Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 30-06-2014, 18:38

“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib

 

“Zərdabi Mətbuat Mərkəzi” “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirib

Bu gün “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirib. Tədbir qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində sayca üçüncü-sonuncu toplantıdır.

Mətbuat Şurasında baş tutmuş “dəyirmi masa”nı giriş sözü ilə “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinin

“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib

 

“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib

 

koordinatoru, “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə açıb. O, mart-iyun ayları ərzində gerçəkləşdirilməkdə olan layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Dil probleminə kompleks yanaşılmasının vacibliyini önə çəkib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 23 may 2012-ci il tarixli sərəncamından söz açan R.Hüseynzadə vurğulayıb ki, sənəddə dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək əsas götürülür, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilir. “Mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi əhəmiyyətlidir. Layihəmiz də bunun üçün bir çağırışdır, habelə dövlət miqyasında başlanılmış işə dəstəkdir”, - deyə o əlavə edib..

Layihədə ekspert qismində çıxış edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, son onilliklərdə cəmiyyətimizin həyatında baş verən cilddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Ancaq ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola  ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq. Layihə belə məsələlərin aradan qaldırılmasına dəstək vermək üçün reallaşdırılır. “İndiyədək Lənkəran və Şəkidə də eyni mövzuda tədbirlərimiz olub. Hesab edirəm ki, ictimaiyyət məsələyə kifayət qədər dəstək verir”.

“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, dilə yanaşma məsələsində müsbət nəticələrin əldə olunması üçün ictimai təşkilatların üzərinə də böyük missiya düşür. “Dilimizin qaydalarının pozulmasının qarşısı alınmalıdır. Bu, həyat və su qədər vacib məsələdir. Son zamanlar elektron medianın geniş şəkildə təşəkkül tapması dil məsələlərinin arxa plana keçməsinə gətirib”, - deyən baş redaktor müavini fikrini mətbuatda təsadüf edilən dil xətaları üzərində qurub. O bildirib ki, dil pozuntularının aradan qaldırılması mətbuatımızın peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün ən vacib məsələlərdən biridir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət daha çox tele-radio məkanında dil xətalarına yol verildiyini diqqətə çatdırıb. Bununla bağlı bir sıra xarakterik cəhətlərdən söz açan A.Həsrət dövlətin dil məsələsinə daha həssas yanaşmasının vacibliyindən danışıb.

Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva dilə yanaşma məsələsinin önəmindən bəhs edərək bildirib ki, jurnalistika fakultəsində qabiliyyət imtahanı mexanizminin tətbiqi mövcud

“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib

 

istiqamətdə əsaslı irəliləyişlər üçün nikbinlik yaradır.

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli vurğulayıb ki, dil normalarının qorunmasında dövlətin rolu ilə yanaşı, hər bir vətəndaşın üzərinə düşən missiya da önəmlidir.

Çıxış edənlərdən uzun müddət dövlət radiosunda çalışmış jurnalist İntiqam Mehdizadə, Qərb Universitetinin müəllimi Akif Şahverdiyev, hərbçi jurnalist İbrahim İsgəndərov və başqaları “Zərdabi Mətbuat Mərkəzi” İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın olduğunu vurğulayıblar.

Zərdabi Mətbuat Mərkəzi



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!