Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                       
Tarix : 23-04-2015, 15:54
KİTAB MƏKTƏBİN TƏMƏL DAŞIDI

Hidayət Musabəyli
“Nərgiz” Nəşriyyat-Poliqrafiya
Mərkəzinin baş direktoru.

Məndə olan yaxşı cəhətlərə görə kitablara borcluyam
M.QORKİ
Məktəbi, təhsili zəngin, milli ədəbiyyatımızdan, xüsusən uşaq ədəbiyyatından və folklorundan ayrı təsəvvür etmək qeyri-mümkündür. Uşaq dünyası əslində elə nağıl dünyasıdır. Uşaqların inkişafını nağıllardan-istər xalq nağıllarından, istərsə də klassik yazıçılarımızın yaratdığı nağıllardan kənar təsəvvür etmək mümkün deyil. Və bu sahəyə həmişə yüksək dövlət qayğısı olmuşdur. Keçən əsrin 70-90-cı illərində kril əlifbası ilə çap olunmuş kitablardan ibarət zəngin məktəb kitabxanaları formalaşmışdı. Kiçik yaşlı uşaqların sevimli kitabları olan “Məlikməmməd”, Göyçək Fatma”, “Tənbəl Əhmədin nağılı”, Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Saqqallı uşaq”, “Quzu”, Firudin Bəy Köçərlinin “Balalarımıza hədiyyə” kimi kitablarını respublikamızın ən ucqar məktəb kitabxanalarında tapmaq mümkün idi. Uşaqların sevimlisi olan Süleyman Sani Axundov, Abdulla Şaiq, Mirmehdi Seyidzadə, İlyas Əfəndiyev,Teymur Elçin, Mikayıl Rzaquluzadə, İlyas Tapdıq, Bayram Həsənov, Zahid Xəlil kimi görkəmli uşaq yazı¬çı¬ları¬nın əsərləri hesabına zəngin məktəb kitabxanaları yaradılmışdı. Bir faktı qeyd etmək kifayətdir ki, 90-cı illərin ortalarında ümumtəhsil məktəblərinin kitabxana fondu 16 milyon nüsxədən artıq idi. 2000-ci ildə yeni latın qrafikasına keçid bizim Türk dünyasına qoşulmağımızda mütərəqqi bir addım oldu. Lakin bununla bərabər böyük çətinliklər də yaratdı. İstər kütləvi kitab¬xanaların, istərsədə məktəb kitabxanalarının zəngin kitab fond¬larının latın qrafikası ilə yenidən bərpası və formalaşdırılması kimi aktual olduğu qədər də çətin problem yaratdı. Bu sahədəki boşluğu doldurmaq üçün Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 50 cilddən ibarət “Dünya uşaq ədəbiyyatı” 25 min nüsxə tirajla nəşr edildi. Bu seriyadan ümumi dəyəri 8 milyon manatdan artıq olan uşaq ədəbiyyatı əvəzsiz olaraq hədiyyə kimi məktəb kitabxanaları şəbəkələrinə göndərildi. Müxtəlif illərdə Təhsil Nazirliyi tərəfindən verilən kitabları və müxtəlif qrantlar hesabına verilən kitabları da buraya əlavə etsək məktəb kitabxanalarının fondlarında xeyli miqdarda mənəvi sərvətlərin toplandığı inkar edilməz fakdır. Baxmayaraq ki, 70-80-ci illərdə çap olunmuş yüzlərlə adda Azərbaycan uşaq ədəbiyyatı, Türk xalqları¬nın, dünya xalqlarının uşaq ədəbiyyatı nümunələrinin fonddan çıxarılması nəticəsində xeyli boşluq yaranmışdı. Bu mövcud ədəbiyyatdan istifadə başlıca vəzifəyə çevrilməlidir. Lakin bu mənəvi sərvətlərdən lazımınca istifadə edilmir. Bunun başlıca səbəbi oxucuların-şagirdlərin kitabxanaya cəlb edilməməsi ilə bağlıdır. Bu gün məktəb kitabxanaları demək olar ki, oxucu formulyarı ilə təmin edilmir. Belə olan halda isə kitabların oxucuların istifa¬dəsinə verilməsi qeyri-mümkündür. Möhtərəm prezidentimiz İlham Əliyevin bu diqqət və qayğısına cavab olaraq ilk növbədə fond¬lardakı kitabların ümumi və inventar uçotuna alınmasından başlamaq lazımdır. Bütün kitabları kitab formulyarları ilə təmin etmək lazımdır ki, kitab oxucuya verildikdə oxucu formulyarıında lazimi qeydlər aparsın. Kitabformulyarıları kitab¬xanadakı hər bir kitabın mövcudluğunu özündə əks etdirən sənəddir. Bir növ kitabın pasportudur. Məktəb kitabxanaları “Kitabxana gündəlikləri” ilə təmin edilməlidir ki, sinif müəllimləri, sinif rəhbərləri şagirdlərin mütaliəsini izləyə bilsin. Nəyi və necə mütaliə etdiyinə nəzarət edə bilsin. Bu sahədə kütləvi tədbirlər təşkil edə bilsinlər. Tədbirlərdə uşaqların iştirakı təmin edilsin. Bir sözlə məktəb kitabxanalarını lazımı kitabxana ləvazimatları ilə təmin etmədən oxucuları kitabxanalara cəlb etmək qeyri-mümkündür.Məktəb kitabxanaları zəruri ləvazimatlarla, ilk növbədə ümumi və inventar uçot kitabları, oxucu formulyarı, ciblik, müddət vərəqi və kitab formulyarları ilə təmin edilməlidir. Əks təqdirdə mütaliyə mədəniy¬yətindən söhbət belə gedə bilməz. Əgər oxucu formulyarı yoxdur¬sa oxucunu kitabxanaya üzv yazmaq mümkün deyil. Kitab formulyarı ilə təmin edilməmişsə “Kitabxana işi haqqında” qanunun müvafiq maddələrinə əsasənkitabın oxucuya verilməsi qəti qadağandır. Odur ki, kitabxanalar bu ləvazimatlarla təmin edilməlidir. Özü də keçən əsrin 70-80-ci illərində olduğu kimi rayon (şəhər) təhsil şöbələri tərəfindən yerli büdcə vəsaiti hesabına.Necə ki, Mədəniyyət Nazirliyi sistemindəki kitabxanalar belə ləvazimatlarla yerli büdcə vəsaiti hesabına tam təmin olunur. Kitab fondlarının zənginləş¬dirilməsi isə əvvəlki illərdə (Mətbuat Nazirliyinin ləğv edildiyi 2006-ci ilə qədər) olduğu kimi həm respublika büdcəsi, həm də yerli büdcələr hesabına həyata keçirilməlidir. Yalnız belə olan halda biz kitabi uşaqların mənəvi sərvətinə çevirə bilərik. Vətənini, xalqını, torpağını sevən yeni nəsil yetişdirə bilərik. Təhsil şöbəsi müdirləri bir məsələni də unutmamalıdırlar ki, onlar bu cür yarıtmaz fəaliyyətləri ilə məktəb kitabxanalarını bağlanmaq təhlükəsi qarşısında qoyurlar. Necə ki, bir sıra rayonlarda Respub¬lika Hesablama Palatası tərəfindən aparılmış araşdırmaların nəticələri bu qənaəti təsdiq etdi. Halbu ki, bu gün respublikamızın ümumtəhsil məktəblərindəişini günün tələbləri səviyyəsində qura bilən və qura biləcək kitabxanaçılarımız yüzlərlədir.
İstər Respublika büdcəsində, istərsə də yerli büdcələrdə 7.1.5.225.413-cü yarımbölmələr üzrə bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılması nəzərdə tutuldu. Lakin bu sahədə ciddi nöqsanlara da yol verildi. Mən yazımın əvvəlində keçmiş nazir Misir Mərdanovun məktəblərdə kitab satışının qadağan edilməsi ilə bağlı əmrinin müsbət cəhətlərini qeyd etmişdim. Bu müsbət cəhətlərlə yanaşı məktəb kitabxanalarına ciddi zərbə də vurdu. Əksər rayon (şəhər) maliyyə idarələri bu əmrdən öz məqsədləri üçün istifadə etdilər. Bu sahəyə ayrılan vəsaitlər ya istifadəsiz qalırdı, ya da təyinatı üzrə deyil, başqa məqsədlər üçün xərclənirdi.
Belə bir müqayisə aparmaq kifayət edər ki, Təhsil Nazirliyi sistemindəki kitabxanalar şəbəkəsi respublikamızda ən böyük kitabxana şəbəkəsidir. Əgər Mədəniyyət Nazirliyi sistemində 3 mindən artıq kitabxana fəaliyyət göstərirdisə, məktəb kitabxanalarının sayı 3 min 800 dən artıqdır (ali və orta ixtisas məktəblilərinin kitabxanaları da daxil olmaqla). Mədəniyyət Nazirliyi sistemində işləyən kitabxanaçıların sayı 3 min 600 dən artıqdırsa, bu rəqəm məktəb kitabxanalarında 4 min 500-ə yaxındır.
Əgər 90-cı illərin sonlarında Mədəniyyət Nazirliyi sistemində kitab-xanalara yerli büdcədən ayrılanvəsait 1 milyon 200 min manat, nazirlik büdcəsində isə 600 min manat idisə,Təhsil Nazliyi sistemində yerli büdcələr üzrə bu vəsait 1,5 milyon, nazirlik büdcəsi üzrə isə 700-800 min manat təşkil edirdi. Mədəniyyət nazirliyi sistemində yerli büdcə ilə bu vəsait 1 milyon 200 manatdırsa, nazirlik büdcəsində ayrılan vəsait 3,5 milyondan artıqdır.Bu gün doğrudur, Təhsil Nazirliyi sistemində yerli büdcə¬lərdə 1 milyon 800 min manat vəsait ayrılır.Nazirlik büdcəsində isə vəsaitin ayrılmadığını iddia edirlər. Yerli büdcə¬lərdə ayrılan vəsaitin demək olar ki, böyük əksəriyyəti təyinatı üzrə xərclənmir.
Məktəb kitabxanalarının fondlarının komplektləş¬dirilməsində Qusar, Şabran, Siyəzən, Ağsu, Lerik, Astara rayon icra hakimiy¬yətlərinin və təhsil şöbələrinin təşəbbüskarlığını qiymətlən¬dirməyi özümüzə borc bildik.
İsmayıllı, Saatlı, Göyçay, Sabirabad, Salyan rayonlarında bu sahəyə kifayət qədər vəsait ayrılmasına baxmayaraq nə təhsil şöbələri, nə də maliyyə idarələri bu vəsaitin təyinatı üzrə xərclən¬məsinə təşəbbüs belə göstərmirlər. Bir çox rayon(şəhər) təhsil şöbəsi müdirləri təhsilə ayrılan maliyə vəsaitlərinin miqdarını belə bilmir, təhsilə ayrılanmaliyyə vəsaitinin sərəncamcısı olduqlarını unudurlar. İsmayıllı, Quba,Xacmaz, Saatlırayon təhsil şöbələrində müvafiq olaraq47 min manat, 45 min manat, 45 min manat və 25 min manat məktəb kitabxanaları üçün uşaq kitabxanalarının, kitab¬xana ləvazimatları alınmasına vəsait ayrıldığı halda,heç bir vəsait xərclənmədi. Bu məsələ ilə bağlı yuxarıda adları göstərilən rayon¬ların icra başçıları ilə görüşmüşük. Müsbət münasibət bildirsələr də, heç bir nəticə hasil olmamışdır. Sabirabad rayonunda isə maliyyə idarəsinin rəisi və təhsil şöbəsinin baş mühasibi ayrılan 50 min manatdan artıq vəsaitin yalnız abunə üçün nəzərdə tutulduğunu bildirdilər. Təhsil Nazirliyinin əmri ilə kitab alınmasına qadağa qoyulduğunu iddia etdilər. Yevlax,Şəki, Oğuz, Sumqayıt şəhər təhsil şöbələri Təhsil Nazirinin göstərişinə əsasən məktəb kitabxanaları üçün uşaq kitablarının və kitabxana ləvazimatlarının alınmasının qeyri-mümkünlüyü iddiasında oldular (Qəribə deyilmi?).
“Ümumtəhsil məktəbi şagirdlərinin mütaliə vərdişlərinin tək¬min¬ləşməsi və onlarda mütaliə mədəniyyətinin formalaş¬dırlması ilə bağlı tədbirlər barədə” Təhsil Nazirinin 16 dekabr 2014-cü il tarixli əmri ürəyimizdən oldu. Bu əmr məqsəd etibari ilə alqışa layiqdir. Amma sənəddə mövcud nöqsanlar və bu nöqsanların aradan qaldırıl¬ması yolları, qarşıya qoyulmuş konkrent məqsədlər öz əksini tapmır. Təəssüf doğuran cəhət odur ki, bir növ tövsiyyə xarakteri daşıyır və mütaliə mədəniyyətini inkişaf etdirməyin əsas elementləri unudulur. Cənab Nazir Mikayıl Cabbarovun bu sahədə təşəbbüsü təqdirəlayiqdir. Təəssüf ki, sənəd bu sahəni bilən, bu sahədəki problemlərlə tanış olan təcrübəli adamlar tərəfindən hazırlan¬mamışdır. Məktəblərdəki, məktəb kitabxanalarındakı mövcud vəziy¬yət, nöqsanlar, bunları doğuran səbəblər və onların aradan qaldırılması yolları göstərilmir.
Şagirdlərdə mütaliə mədəniyyətini inkişaf etdirmək üçünmütaliənin uçotunu aparmaq, onu izləmək, istiqamətləndirmək, təhlil etmək və genişləndirmək lazımdır. Şagirdlərin, xüsusən də kiçik yaşlı məktəblilərin nəyi və necə mütaliə etdiyini öyrənmək lazımdır. Bu isə yalnız məktəb kitabxanalarında oxucu formulyarları (pasport), kitab formulyarları və kitabxana gündəlikləri əsasında aparıla bilər. Odur ki, məktəb kitabxanalarını kitablarla təmin etməklə yanaşı, “İnventar kitabı”, “Kitabxana gündəliyi”, “Oxucu formulyarı”, kitab formulyarı, müddət vərəqəsi və cibliklərlə təmin etmək vacibdir.
Bu gün tədris ədəbiyyatının,elmi-pedaqoji kitablarının nəşri, təbliği sahəsində də ciddi problemlər mövcuddur. Müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitlər Sovetlər dönəmində respub¬likamızda ehtiyaca uyğun nəşr olunur və yayılırdısa, bu gün bu sahədə də böyük boşluqlar var. Ali məktəblər üçün dərsliklərin və dərs vəsaitlərinin nəşri sahəsində də həmin problemlər mövcuddur. Bir neçə ali məktəbdə tədris olunan dərslik bəzən ehtiyaca uyğun deyil, müəllifin imkanı daxilində 100-150 nüsxə tirajla sürətçıxarma yolu ilə çap edilir. Halbu ki, əvvəllər 250 nüsxədən aşağı tirajla çap edilən belə kitabların üzərinə “əlyazma hüququnda” yazılar, o çap əsəri sayılmazdı. Mənə belə gəlir ki, dərslik müəllifləri üçün bu fəxr deyil fəxarətdir. Nazirlik isə bu sahədə “qrif” verməklə öz işini bitmiş hesab edir. dəyərli metodik vəsaitlərin, ali və orta ixtisas məktəbi dərsliklərinin ehtiyaca uyğun nəşri, ali, orta ixtisas və orta ümümtəhsil məktəb¬lərinin kitabxanaları vasitəsi ilə oxuculara çatdırılması zəruridir.
Elmi-pedaqoji kitabların nəşri sahəsində də ciddi problemlər çoxdur. Hüseyn Əhmədov, Yəhya Kərimov, Əjdər Ağayev, Vidadi Xəlilov, Akif Abbasov kimi alimlərimiz nəinki respublikamızda, keçmiş SSRİ məkanında tanınır. Rusiya Pedaqoji Elmlər Akade¬miyasının həqiqi üzvləridir.Onların 5-10 cildlik “Seçilmiş pedaqoji əsərləri” çap olunub. Lakin təəssüf doğuran hal odur ki, bu əsərlər yalnız müəllif vəsaiti hesabına 100-200 nüsxə tirajla nəşr olunmuşdur. Belə kitabların ən azından məktəb kitabxanaları üçün nəşr edilməsi, bu cür görkəmli alimlərin elmi-nəzəri və metodiki təlimlərinin təcrübəyə tətbiqinə nail olmaq vacibdir. Akademik M.Mehdizadə kimi dünya şöhrətli pedaqoq-alimin əsərlərinin latın qrafikası ilə nəşr edilməməsi, onun ideya¬larının pedaqoji ictimaiyyətə çatdırılmaması təəssüf doğurur. Halbu ki, bu gün nümunə kimi istfadə etdiyimiz təlim sistemlərinin böyük əksəriyyəti vaxtı ilə SSRİ təlim sistemi adı ilə Qərbə aşılanırdı. Qədim tarixi ənənələri olan Şərq təhsil sistemi unudulub, Qərbin yedəyində getməyə daha çox səy göstərilir. Təkcə bir fakdı qeyd etmək yerinə düşər: pedaqoji fikir tarixində məktəb-sinif-dərs sisteminin təşkili ideyası XVII əsr çex pedaqoqu Y.A. Komenskinin adi ilə bağlıdır. Halbu ki, hələ XII əsrdə dahi Nizaminin “İskəndərnamə”sində bu ideya öz ifadəsini nə gözəl tapır:

Ərəstu da ona atalıq etdi,
Təlim vermək üçün xana tikdi.
Yüz nəfər şagirdə dərs öyrədirdi,
Yaxşını, yamanı təlim edirdi.


Füzuli “Leyli Məcnun” əsərində Nizamini özünün ustadı-müəllimi sayır, onunla fəxr edir. Onun əsərlərini oxuyub öyrəndiyi üçün özünə müəllim sayırdı. Nizaminin ruhu, mənəviyyatı ideyaları kitablarda maddiləşib yaşayır. Kitab özü ən böyük müəllimdir.
Unuduruq ki, Şərq xaqlarında ən zəngin kitabxanalar saraylarda və tədris müəs¬sisələrinin nəzdində yaradılırdı. Kitaba müqəddəs nemət kimi baxılırdı. “Kitab da çörək kimi müqəddəsdir”xalq məsəli fikrimizi bir daha təsdiq edir...


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!