Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 5-05-2015, 13:36
Azərbaycan təyyarəçilərinin böyük Qələbədə rolu

Böyük Vətən müharibəsi başlandığı gündən keçmiş Sovet ölkəsinin iqtisadiyyatı hərbi rels üzərinə keçirildi. Bu amansız müharibə Azərbaycan aviasiya sənayesi müəssisələri qarşısında da çətin və təxirəsalınmaz vəzifələr qoydu. Təyyarəçilərimiz müharibənin ilk vaxtlarından sonunadək cəbhənin ən təhkükəli ərazilərində xidmət aparıb və faşizmlə müharizədə şücaət göstəriblər. Onlar kəşfiyyat, bombardmançı, qırıcı və hərbi nəqliyyat uçuşlarını yerinə yetirməklə yanaşı, fövqəladə dövlət tapşırıqlarının həyata keçirilməsində də fəal iştirak ediblər. Məlumat üçün qeyd edim ki, müharibənin ağır illərində Azərbaycanın hərbi aviasiya qüvvələri kimi, Milli Hava Donanması təyyarəçiləri də “Hər şey cəbhə üçün, hər şey Qələbə naminə” şüarı altında gecə-gündüz çalışdılar. Belə ki, onlar 79 min saat havada uçuş keçirmiş, 500 min kilometr məsafə qət etmiş, 5 min ton yük və 49 min nəfər sərnişin daşımışlar. Bakı təyyarə meydanının müttəfiq dövlətlərlə hava rabitəsində də xüsusi rolu olmuşdur. Təkcə 1944-cü ildə Bakı hava donanması xaricə 1145 nəfər sərnişin daşımışdır. Azərbaycan Mülki Hava Donanması təyyarəçilərinin Vətən qarşısındakı xidmətləri qiymətləndirilərək, 152 nəfər orden və medallara layiq görülüb, 210 nəfər isə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilib.
Azərbaycan təyyarəçilərinin böyük Qələbədə rolu

Bu gün Milli Aviasiya Akademiyasının Mülki Aviasiya Muzeyində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunmuş “Azərbaycanın təyyarəçiləri Böyük Vətən müharibəsində” mövzusunda təntənəli tədbir keçirilib. Tədbirdə Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla vuruşmuş təyyarəçilərimizdən polkovnik Rizvan Zeynalov, aviasiya kapitanı Züleyxa Seyidməmmədova, təyyarəçi-təlimatçı Leyla Məmmədbəyovanın ailə üzvləri, kinorejissor Nazim Rza İsrafil oğlu akademiyanın professor – müəllim, tələbə heyəti və digər qonaqlar iştirak ediblər.
Tədbiri muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova giriş sözü ilə açaraq faşizm üzərində qələbədə xalqımızın misilsiz xidmətlərindən, şərəfli döyüş yolu keçmiş fədakar aviatorlarımızın qəhrəmanlıqlarından ətraflı məlumatları diqqətə çatdırıb. O bildirib ki, müharibə illərində Azərbaycan cəbhəyə lazım olan neft və neft məhsullarının 90%-ni vermişdir. Marşal F.Tolbuxinin cəbhədən Azərbaycana ünvanladığı məktub buna əyani sübutdur. Muzeyin direktoru çıxışına davam edərək cəbhədə yüksəkoktanlı aviasiya benzininə tələbatın artmasıyla əlaqədar, görkəmli azərbaycanlı alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə həmin növ yanacağın hazırlanmasının yeni üsulunun icad edilməsindən danışıb. “Bu üsul aviasiya benzininin istehsalını artırmış, müharibə illərində Bakı zavodları cəbhəyə tələb olunan aviasiya yanacağının 75%-ni vermişdir. Hətta bu benzin haqqında aviasiya general-mayoru A.Pokuşkinin 1943-cü il 13 oktyabr tarixdə SSRİ Müdafiə Nazirliyinin Baş qərargahına ünvanladığı xidməti məlumatında deyilirdi ki, yeni yanacaq yüksək tərifəlayiqdir, motora güc verərək, yüksək manevr və gözlənilmədən hücum etmək üçün geniş imkanlar yaradır”.
Məlumatlardan o da aydın oldu ki, müharibə dövründə Bakının Keşlə qəsəbəsində kodlaşdırılmış adları “168” və “458” olan iki aviazavod fəaliyyət göstərib. Fasiləsiz işləyən bu sənaye müəssisələrində “UTİ-4” və “YAK-3” tipli qırıcı təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal edilib. Düşmənin başına od yağışı ələyən və müharibənin sonunadək “sirrini” qoruyub saxlaya bilən əfsanəvi “Katyuşa”nın raket-mərmiləri də Bakıda hazırlanıb. Onu da qeyd etməliyik ki, düşmənlə hava döyüşlərində mühüm rol oynayan “YAK” qırıcı təyyarələrinin 80%-i və onun müxtəlif modelləri həmyerlimiz, aviasiya mühəndisi İbrahim Seyidovun çalışdığı Moskva, evakuasiyadan sonra isə Novosibirsk aviazavodlarında istehsal olunurdu. Tanınmış aviakonstruktor Yakovlev cəbhə xatirələrində yazırdı: “Stalinin xüsusi tapşırığı ilə cəbhəni sürətli və davamlı “YAK”larla təmin etmək üçün İbrahim Seyidovun xidmətləri əvəzsiz idi...”
1941-ci ildə Gəncə şəhər aviaməktəbinin, aviaemalatxanalarının və Bataysk şəhərindən köçürülmüş aviaemalatxanalarının bazası əsasında Gəncə aviatəmir zavodu yaradıldı. Müharibə illərində bu müəssisədə 782 müxtəlif tipli təyyarələr, 1550-dən çox təyyarə mühərriki və digər aviahissələr vaxtında təmir olunaraq, cəbhəyə göndərilib.
Aviasiya kapitanı qırıcı-təyyarəçi Züleyxa Seyidməmmədovanın oğlu Aydın Seyidməmmədov anasının keçdiyi rəşadətli ömür yolundan qürur duyduğunu bildirdi. “Züleyxa xanım 586-cı qırıcı qadın aviapolkunun komandir müavini 500-ə qədər döyüş uçuşunun iştirakçısı olub. Təyyarəçi qadınlar 4419 döyüş uçuşu, 152 hava döyüşü yerinə yetirib, 38 düşmən təyyarəsini məhv etmişlər. Onun döyüş xidmətləri 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni və “Almaniya üzərində qələbəyə görə” medalı ilə qiymətləndirilib”.
İlk qadın təyyarəçilərimizdən, Bakı aeroklubunun yetirməsi olan Leyla Məmmədbəyovanın oğlu Xanlar Məmmədbəyov isə müharibə başlananda anasının təyyarəçi-təlimatçı vəzifəsində çalışmasından, məcburiyyət olmadığı halda azərbaycanlı bir qızın könüllü cəbhəyə getməsindən, onun rəhbərliyi ilə cəbhə üçün 4000-dən çox planerçi-paraşütçü, yüzlərlə təyyarəçi hazırlanmasından söhbət açıb.
Aviasiya qvardiya polkovniki, qırıcı-təyyarəçi Rizvan Zeynalovun qızı Sveta Fərzəliyeva vaxtilə atasının onlara danışdığı cəbhə xatirələrini yada salaraq tədbir iştirakçıları ilə bölüşdü.
Azərbaycan təyyarəçilərinin böyük Qələbədə rolu

Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin faşizm üzərində böyük qələbənin 70 illiyi münasibətilə tədbir iştirakçılarına və qonaqlara təbrikini çatdıran akademiyanın tədris işləri üzrə prorektoru Ədalət Səmədov vurğuladı ki, “Dünya müharibəsi XX əsrin ən dağıdıcı və dəhşətli müharibəsi kimi tarixə düşüb. Bu uzun sürən müharibənin qələbə ilə başa çatmasına xalqımız da öz böyük töhfələrini verib. Natiq çıxışına ümummilli liderimiz Heydər Əliyevin fikirlərini söyləməklə davam edib. “Tarix bu gün və gələcəkdə bilməlidir ki, Azərbaycan Respublikasının Böyük Vətən müharibəsindəki xidməti, rolu, fəaliyyəti böyük olmuşdur. Bir daha təkrar edirəm, bizim insanların cəbhədəki mərdliyi, eyni zamanda Azərbaycan xalqının cəbhəyə vacib olan hər bir məhsul istehsalında iştirakı, həmçinin neftçıxarma sahəsindəki xidmətləri qiymətsizdir və tarixi əhəmiyyət kəsb edir” – deyə prorektor qeyd edib.
Kinorejissor Nazim Rza İsrafiloğlu “Böyük Vətən müharibəsi Azərbaycan kinosunda” mövzusunda çıxış edərək Vətəndən çox-çox uzaqlarda döyüş meydanlarında faşizmlə ölüm-dirim mübarizəsinə qalxan qəhrəman həmyerlilərimizin adlarını fəxrlə çəkib. Adil Quliyev, Ağasəf Səmədov, Vladimir-Cahangir Bağırov, Məzahir Abbasov, Kərim Məmmədəlizadə, Hüseyn Bala oğlu Əliyevin və digərlərinin xatirələrinin hər zaman bu muzeydə yad edildiyindən, onların şərəfli döyüş yolunun muzeyin ekspozisiyasında əks olunmasından, gənc nəslə vətənpərvəlik tərbiyəsi aşılayan muzeyin əhəmiyyəıtindən danışıb.
Akademiyanın müəllimi xalq şairi Nəriman Həsənzadənin müharibə ədəbiyyatından gətirdiyi nümunələr tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Sonra tədbir iştirakçıları “Böyük Vətən müharibəsi Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgiylə tanış olub, döyüşçü təyyarəçilərimizlə bağlı videoçarxa tamaşa ediblər. Onlara qələbənin 70 illik yubileyi münasibətilə muzeyin əməkdaşları tərəfindən tərtib olunmuş “Azərbaycanın təyyarəçiləri Böyük Vətən müharibəsində” adlı kataloq təqdim olunub.
Sonda akademiyanın mədəni-maarif kompleksinin vokal dərnəyinin üzvlərinin musiqi nömrələri dinlənilib.
Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!