Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Atəşkəs sonrası ilk zəng: Azərbaycanın İrana verdiyi siyasi mesaj .....                       
27-02-2026, 18:21
Pakistan–Əfqanıstan gərginliyi: “Açıq müharibə” bəyanatı


Pakistan–Əfqanıstan gərginliyi: “Açıq müharibə” bəyanatı

Pakistan ötən gecə Əfqanıstanda Taliban hökumət qüvvələrinə qarşı hava zərbələri endirib. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif vəziyyəti “açıq müharibə” kimi qiymətləndirib.
Zərbələr paytaxt Kabil, həmçinin Taliban rəhbərliyinin yerləşdiyi Qəndəhar və Pəktiya vilayətini hədəf alıb. Pakistan tərəfi hücumların Talibanın hərbi obyektlərinə qarşı həyata keçirildiyini bildirib.
Taliban Pakistana qarşı cavab zərbələri endirdiyini açıqlasa da, danışıqlara hazır olduqlarını bəyan edib. Sərhəd boyunca toqquşmaların davam etdiyi və tərəflərin bir-birinə ağır itkilər verdiyini iddia etdiyi vurğulanır.
Gərginlik 2 600 kilometrlik sərhəd xətti boyunca uzunmüddətli münaqişə riskini artırır. Rusiya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçilik səyləri göstərdiyi bildirilir.
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi türkiyəli həmkarı Hakan Fidan ilə danışığında problemin həlli üçün qarşı tərəfin də öhdəlik götürməsinin vacib olduğunu qeyd edib. İran da vasitəçilik təklif edib.
27-02-2026, 18:00
Nazirlik 2,5 milyona eşitmə aparatları alacaq


Nazirlik 2,5 milyona eşitmə aparatları alacaq

Eşitmə aparatlarının satın alınması üzrə 2,5 milyon manatlıq tender elan edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki "Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsi genişmiqyaslı satınalma müsabiqəsi elan edib.
Müsabiqə çərçivəsində ölkə üzrə eşitmə qabiliyyəti məhdud olan şəxslərin reabilitasiyası üçün zəruri olan eşitmə aparatlarının satın alınması nəzərdə tutulur.
Tenderin qiyməti 2 570 630,00 azn-dir.
Qeyd edək ki, bu satınalma dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.
27-02-2026, 00:07
Cəlilabad sakinini avtomobil vuraraq öldürüb


Cəlilabad sakinini avtomobil vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı şəhərində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini olan Cavid Qəniyev yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
26-02-2026, 23:53
Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı


Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı

Sankt-Peterburq şəhərində yaşayış binasının 10-cu mərtəbəsindən yıxılan 18 aylıq körpə ətrafdakı şəxslərin cəld reaksiyası sayəsində xilas edilib.
Hadisə zamanı pəncərəyə çıxan körpənin yıxılmaq üzrə olduğunu görən sakinlər binanın qarşısına toplaşıb. Onlardan biri montunu açaraq körpənin yerə sərt çırpılmasının qarşısını alıb. Körpə xəstəxanaya yerləşdirilib və nəzarət altındadır.
İlkin məlumata görə, hadisə baş verən vaxt ana hamamda olub, evdəki digər uşaq isə kompüterdə oyun oynayırmış. Faktla bağlı araşdırma başlanıb.
26-02-2026, 23:50
Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları


Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları

ABŞ-li milyarderin qurduğu və azyaşlı qızların cəlb olunduğu fahişəlik şəbəkəsi ilə əlaqəli qadınların, onun 2019-cu ildə həbsinədək Böyük Britaniya hava limanlarından istifadə edərək müxtəlif ölkələrə səfər etdikləri müəyyənləşib.
Bu barədə The Times uçuş qeydlərinə əsasən məlumat yayıb.
Məlumata görə, Epşteynin şəxsi təyyarəsi 60-dan çox Britaniya hava limanına eniş edib. O, pedofiliya ittihamı ilə saxlanılanadək şəbəkədə yer alan qadınların Böyük Britaniya üzərindən müntəzəm reyslərlə uçuşlarını təşkil edib.
Qeyd olunan məntəqələr arasında Londranın qərbində yerləşən RAF Northolt hərbi hava bazası da var. Faktlarla bağlı altı müxtəlif polis qurumu araşdırma aparıb.
Bildirilib ki, 2019-cu ilin iyulunda bir rus qadın London–Nyu-York marşrutu üzrə uçuş həyata keçirib və onun üçün Epsteinin köməkçisi Lesli Qeff tərəfindən ləğv edilə bilən otel rezervasiyası edilib.
Epşteynin şəxsi təyyarəsinin 2015-ci ilin mayında Northolt bazasına enərək yanacaq götürdüyü, onun Londona əsasən London Luton Airport vasitəsilə daxil olduğu qeyd olunur.
26-02-2026, 23:12
İsrail “Hizbullah” mövqelərini vurdu


İsrail “Hizbullah” mövqelərini vurdu

İsrail ordusu Livan ərazisində “Hizbullah”ın Radvan Xüsusi Təyinatlı Qüvvələrinə aid olduğu bildirilən səkkiz hərbi düşərgəni hədəf alıb.
Bu barədə İsrail ordusunun Mətbuat Xidməti açıqlama yayıb.
Məlumata görə, zərbələr Baalbek bölgəsində endirilib. Bildirilir ki, hədəfə alınan düşərgələrdə “Hizbullah”a məxsus raketlər də daxil olmaqla xeyli sayda silah-sursat saxlanılıb. İsrail tərəfi iddia edir ki, Radvan qüvvələri həmin məntəqələrdən təlim, döyüş hazırlığı və həm hərbçilərə, həm də mülki şəxslərə qarşı hücumların planlaşdırılması məqsədilə istifadə edib.
26-02-2026, 23:02
Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları


Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının doqquzuncu günüdür.
İmsak vaxtı 05:53-ə, iftar isə 18:43-ə təyin olunub.

Doqquzuncu günün imsak duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl- müştaqin”.

Tərcüməsi:

“İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

26-02-2026, 22:53
Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB


Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB

Pakistan–Əfqanıstan sərhədində baş verən qarşıdurmalar nəticəsində azı 22 “Taliban” üzvü zərərsizləşdirilib.
Geo News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, Pakistan təhlükəsizlik qüvvələri sərhəddə Talibanın başladığı əməliyyata cavab olaraq “Ghazab-lil-haqq” adlı əməliyyata start verib.
Mənbələrin sözlərinə görə, əməliyyat zamanı silahlılar arasında itkilər qeydə alınıb.

22:10

Pakistan və Əfqanıstan hərbçiləri arasında sərhəddə silahlı insidentlər baş verib.
Qarşıdurmalar Əfqanıstanın Pakistanla həmsərhəd olan Nanqarhar, Nuristan, Kunar, Xost, Paktia və Paktika əyalətlərində qeydə alınıb. Atışmaların əsasən Durand xətti ətrafında davam etdiyi bildirilir.
Hadisə ilə bağlı tərəflərdən mümkün itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.
26-02-2026, 22:26
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır


Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

27 fevral 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.
Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.
26-02-2026, 21:32
Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB


Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB

Tələbələrin fotolarını yayan şəxsi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxladı.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!