Əli Həşimli Federasiya prezidenti seçildi .....                        Prezident deputatla bağlı sərəncam İMZALADI .....                        Xırdalanda bu gecə işıq olmayacaq .....                        4 aydır boş olan birinci müavin postuna təyinat .....                        Gürcüstan Patriarxı 22 martda dəfn olunacaq .....                        İran 3 ərəb ölkəsinə təcili xəbərdarlıq etdi .....                        Azərbaycandan köçən 34 576 nəfərə Ermənistan vətəndaşlığı verilib .....                        İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ .....                        İsrailli nazir yaralı oğlu ilə foto paylaşdı .....                       
4-02-2026, 18:01
Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq


Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq

Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.
“Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi artırırıq və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
4-02-2026, 17:58
Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir?


Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir?

Ötən axşamdan etibarən ölkə ərazisində, o cümlədən Bakıda əlverişsiz hava şəraiyi hökm sürür. Şiddətli küləyin və çovğunun əsdiyi, sulu qarın yağdığı bu havada daimi yaşayış yeri olmayan, küçələrdə yaşayan vətəndaşların aqibəti narahatlıq doğurur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib ki, həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə son günlər cəmi 2 nəfər müraciət edib:
"Son günlərdə müəssisəyə 2 yeni sakin qəbul edilib. Hazırda isə müəssisənin müxtəlif şöbələrində ümumilikdə 76 nəfərə xidmət göstərilir. Onlardan 46-sı kişi, 30-u qadındır. Çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər. Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir sakin üçün fərdi plan hazırlanır. Sakinlər 6 ay (180 gün) ərzində sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-iqtisadi xidmətlərə cəlb olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. Burada sakinlərin məşğulluqlarının təminatı istiqamətində işlər görülür və cəmiyyətə reinteqrasiyasına dəstək göstərilir”.
Təşkilatdan bildirilib ki, müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır:
“Həmçinin vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər”.
4-02-2026, 17:54
Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident


Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident

İlk növbədə, bu mükafata görə mən Hakimlər Komitəsinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində deyib.
4-02-2026, 17:50
Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır


Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib. Əli Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib. 3.02.2026-cı il tarixində saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.
Baş Prokurorluqdan bildirilib ki, Nağıyev Əli Hüseynbala oğlunun ölüm faktı araşdırılır.
"Qəsdən adam öldürmə faktı ilə bağlı istintaqı aparılan cinayət işinin daxilində təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölüm faktı da araşdırılır. Araşdırmanın nəticəsi olaraq məsələyə hüquqi qiymət veriləcək", - deyə Baş Prokurorluqdan saytımıza bildirilib.
Qeyd edək ki, Əli Nağıyev üç gün əvvəl Cəlilabadın Üçtəpə kəndində yaşayan qardaşı uşaqlarına baltalı hücum edib. Nəticəfə 15 yaşlı Həqiqət Nağıyeva ölüb, onun 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
4-02-2026, 17:47
İlham Əliyev Trampa təşəkkür etdi


İlham Əliyev Trampa təşəkkür etdi

Vaşinqtonda Sammitdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan – red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.
“Mən, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”, - deyə dövlətimizin başçısı əlavə edib.
4-02-2026, 17:41
Biz sülh şəraitində yaşamağı öyrənirik - İlham Əliyev


Biz sülh şəraitində yaşamağı öyrənirik - İlham Əliyev

Biz (Ermənistan və Azərbaycan – red.) 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Mən bunu əvvəl də söyləmişəm. Bu, xüsusi bir hissdir.”
4-02-2026, 17:33
Azərbaycan və Ermənistan arasında tarix yazılır - Hikmət Hacıyev


Azərbaycan və Ermənistan arasında tarix yazılır - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib.
Bu barədə onun "X" hesabındakı paylaşımında qeyd olunub:
"Azərbaycan və Ermənistan arasında tarix yazılır! Sülh qazanır!!!"
Qeyd edək ki, Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
4-02-2026, 17:28
Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi


Mehriban Ələkbərzadəyə yeni vəzifə verildi

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəyə yeni vəzifə verilib.
O, "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub.
Mehriban Ələkbərzadə xəbəri təsdiqləyib.
"Məlumat doğrudur. Bu gündən işimin başındayam. AzTV-də bədii rəhbər vəzifəsini icra edirəm. Yeni mərhələdə görəcəyimiz işlər çoxdur" - deyə, M.Ələkbərzadə bildirib.
4-02-2026, 17:22
Prezidentə mükafat təqdim olunur - CANLI


Prezidentə mükafat təqdim olunur - CANLI

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirildi.
“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.
Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.
Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.
Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış etdi.










[media=https://www.youtube.com/live/tZ84HRZnLpU?si=zIR7BzeZlAKuORGt]
4-02-2026, 17:11
Qusarda avtobus aşdı - Xəsarət alanlar var


Qusarda avtobus aşdı - Xəsarət alanlar var

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı "Lada" markalı minik avtomobilinə də zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!