Sürücülərin nəzərinə! - Bu yolda təmir başa çatdı - VİDEO
“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın Süleyman Vəzirov küçəsinin bir hissəsində aparılan yenidənqurma işləri uğurla tamamlanıb. Yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən Babək prospektinədək olan ərazini əhatə edib. Agentlikdən verilən məlumata görə, uzunluğu 1100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb. Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb. Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb. Aidiyyəti üzrə “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib. Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirov küçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Erməni terrorundan 34 il keçir: 25 ölü, 88 yaralı...
Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli terror aktından 34 il ötür. Söhbət Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terrordan gedir. Ermənilər 1992-ci il yanvarın 8-də Türkmənistandan Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində terror aktı törətməklə 25 nəfəri qətlə yetirmişdilər. Həmin faciədə 88 nəfər yaralanmışdı.
Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq. Bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq. “Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir”, - o bildirib. Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları “Mega Trade” və “Shisha World” şirkətləridir.
8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a Rusiyanın rəhbərliyindəki şəxslərə, xüsusən də Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı “Venesuela təcrübəsi” əsasında hərbi-siyasi əməliyyat keçirməyi tövsiyə edib. Zelenski bunun Putini sülhə razılaşmağa razı salmaq üçün ciddi mesaj ola biləcəyini vurğulayıb. O qeyd edib ki, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən nümayişkaranə şəkildə həyata keçiriləcək belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər. “Məsələn, Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər”, — Ukrayna Prezidenti əlavə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə getmək imkanı təklif etməsi ilə bağlı xəbərləri təkzib edib. Bu barədə TRT məlumat yayıb. "Bizə belə bir məlumat gəlməyib; belə bir şey olmayıb", - deyə Ərdoğan bildirib. Xatırladaq ki, "The New York Times" (NYT) qəzeti 23 dekabrda Amerika hakimiyyətinin Maduroya ölkəsini tərk edib Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Venesuela liderinin "planı qəzəblə rədd etdiyini" bildirib.
025-ci ildə dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib. Məlumata görə, il ərzində terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə bağlı 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. İl ərzində Dövlət Sərhəd Xidmətinin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.
Astarada avtomobil mopedlə toqquşub. Hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb. Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır.
Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir
İtaliyada keçirilən Tour de Ski turniri zamanı sponsor loqotipini – “Azərbaycan” sözünü gizlətdiyinə görə cərimələnən erməni xizəkçi Mikael Mikaelyan bu addımı ilə "qürurlanıb". Erməni xizəkçi Ermənistanın “Azadlıq Radiosu”na müsahibəsində bu addımı qəsdən atdığını deyib. İdmançının sözlərinə görə, yarış forması ona startdan təxminən iki saat əvvəl təqdim olunub və sinə hissəsində ölkəmizin adını gördükdən sonra bu yazı ilə yarışa çıxmamaq qərarına gəlib. “Adı bağladım və starta çıxdım. Münsiflər heyəti buna yarışdan sonra diqqət etdi. Onlar hisslərimi başa düşdüklərini bildirdilər, lakin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) qaydalarına əsasən bütün sponsorların loqotipləri görünməlidir”, – deyə Mikaelyan qeyd edib. Qeyd edək ki, FIS qaydalarına görə, rəsmi turnirlərdə sponsor loqotiplərinin gizlədilməsi qayda pozuntusu hesab olunur və bu hal cərimə ilə nəticələnir. Maraqlıdır ki, onun cəriməsini Ermənistan Xizək və Snoubord Federasiyası ödəyəcək. Xatırladaq ki, o, bir müddət əvvəl yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb. Bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir. Bu barədə DİN məlumat yayıb. Bildirilib ki, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən sürücü saxlanılıb və ona qanunvericiliyin tələbi izah olunub: "Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!"
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!