Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
12-02-2026, 17:44
Ukraynada 20 deputat zəhərləndi


Ukraynada 20 deputat zəhərləndi

Ukrayna Ali Radasında deputatlar zəhərlənib.
Məlumata görə, təxminən 20-yə yaxın deputatda yüksək hərarət və ürəkbulanma müşahidə olunub.
Radadan verilən açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı, parlamentin yeməkxanasında yoxlamalar aparıldığı bildirilib.
12-02-2026, 17:33
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək


Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək

Moskva və İrəvan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəli iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacaq.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
O qeyd edib ki, "Ermənistan tərəfinin xahişinə uyğun olaraq və Ermənistan xalqına olan dostluq və qardaşlıq hisslərinə əsaslanaraq, Rusiya Federasiyası Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı əsaslı danışıqlara başlamaq qərarına gəlib. Bu, onların Yerasx (Arazdəyən) kəndi yaxınlığındakı Azərbaycan Respublikasının dəmir yolları ilə, eləcə də Axuryan (Düzkənd) kəndi yaxınlığındakı Türkiyə Respublikasının dəmir yolları ilə əlaqəsini təmin edəcək".
Xatırladaq ki, layihə Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz və Gümrü-Axuryan-Qars dəmir yolu xətlərinin bərpasını nəzərdə tutur.
12-02-2026, 17:22
Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır


Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatda qeyd olunub ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
12-02-2026, 17:17
İmran Xan görmə qabiliyyətinin 85%-ni itirib


İmran Xan görmə qabiliyyətinin 85%-ni itirib

Pakistanın sabiq baş naziri İmran Xanın səhəti pisləşib.
Həbsxanada hökumətin keçmiş başçısı 85% görmə qabiliyyətini itirib. Onun 1 gözü tamailə görmür.
Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
12-02-2026, 17:08
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü


Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

Salyan rayonunun Qaraçala kəndində 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb
Ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.
Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.
İlkin məlumata görə, ailənin zəhərlənməsinə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
12-02-2026, 16:56
Ramiz Mehdiyevin zəng edərək danışdığı qadının kimliyi məlum oldu


Ramiz Mehdiyevin zəng edərək danışdığı qadının kimliyi məlum oldu

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var. Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda “dövlət idarəetmə sistemində dəyişiklik”lə bağlı – faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir. Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.
Bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R. Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl - 2021-ci il noyabrın 25–26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.
Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub. Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları RAN-da “məsləhətçi” və ya “ekspert” kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə “ekspert”lərdən biridir.
Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.
12-02-2026, 16:50
Müdafiə Nazirliyindən əsgər ailələrinə MÜRACİƏT


Müdafiə Nazirliyindən əsgər ailələrinə MÜRACİƏT

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.
"Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır", - məlumatda qeyd olunub.
12-02-2026, 16:43
Ukrayna əks-hücuma keçdi - bir sıra ərazilər azad olunub


Ukrayna əks-hücuma keçdi - bir sıra ərazilər azad olunub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın "Starlink" sistemlərinin bağlanması fonunda Zaporojye bölgəsində əks-hücum əməliyyatı keçirir.
Ukrayna qüvvələri Rusiyanın işğal etdiyi Zaporojye və Dnepropetrovsk vilayətlərinin bir hissəsində uğurlu əks-hücum əməliyyatları aparıb.
Qayçur çayı sahillərində baş verən döyüşlərdən sonra ukraynalıların 3 kəndi azad etdiyi, Berezovı kəndi uğrunda ağır döyüşlər getdiyi bildrilib. Hazırda Qulaypole və Stepanaqorsk istiqamətində döyüşlərin davam etdiyi əlavə edilib.
12-02-2026, 16:31
Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa ilə görüşdü


Rəşad Nəbiyev Məhəmməd Əli Əl-Şorafa ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılması tədbirləri, yeni elektrikli avtobusların alınması, eləcə də mikromobillik və parklanma infrastrukturunun yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
12-02-2026, 00:35
Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq


Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Ukrayna nümayəndə heyəti Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlar aparmağa hazırdır.
O, bu barədə ukraynalı jurnalistlərə açıqlamasında danışıb.
Zelenski bildirib ki, Ukrayna ABŞ-ın təkliflərini dəstəkləməyə hazırdır və görüş həm Amerikanın, həm Avropa ölkələrinin, həm də neytral dövlətlərin ərazisində keçirilə bilər: “Mayami də ola bilər, Əbu-Dabi də. Əsas məsələ nəticənin əldə olunmasıdır.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!