Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
12-02-2026, 00:14
"Real Madrid" Avropa Superliqasından çıxıb


"Real Madrid" Avropa Superliqasından çıxıb

"Real Madrid" futbol klubu Avropa Superliqası layihəsindən çıxacağını açıqlayıb.
Klubun yaydığı bəyanatda UEFA və Avropa Klublar Assosiasiyası (ECA) ilə prinsipial razılıq əldə edildiyi və qərarın Avropa klub futbolunun rifahı üçün verildiyi bildirilib.
"Real Madrid" bu layihədə qalan sonuncu klub idi və beləliklə, Avropa Superliqası layihəsi fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Avropa Superliqası layihəsi ilk dəfə 2021-ci ildə elan olunmuş və FIFA, UEFA və milli futbol assosiasiyaları tərəfindən tənqid edilmişdi. Bir neçə gün əvvəl isə "Barselona" da layihədən çıxmışdı.
11-02-2026, 23:53
Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim"


Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim"

Respublika Perinatal Mərkəzində yeddi körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə davam etdirilən proses zamanı iki zərərçəkənin ərizəsinin məhkəməyə daxil olduğu bildirilib.
Həmin zərərçəkənlərdən biri bütün təqsirləndirilənlərə qarşı, digəri isə yalnız müttəhim Mehriban Abasquliyevaya münasibətdə şikayət və tələbinin olmadığını bildiriblər.
Mehriban Abasquliyeva ifadəsi zamanı deyib ki, 27 dekabr 2022-ci ildə mərkəzə direktor təyin edilib:
"Mərkəzdə yanğın baş verənə qədər vəzifədə olmuşam. Hadisə baş verən gecə təcili yardım şöbəsindən zəng elədilər, alovlanma olduğunu bildirdilər. Mən də hadisə barədə TƏBİB-in icraçı direktoruna və yanğınsöndürənlərə zəng etmişəm. Əraziyə yanğınsöndürülənlərin cəlb olunduğunu dedilər. Mən ora çatandan xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul olmuşuq. TƏBİB-in icraçı direktoru da orada idi. Prokurorluq əməkdaşları hadisə yerinə gələrək məndən sənədləri, sonra isə istintaq idarəsinə gəlməyimi tələb etdilər. Mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokurorluğun İstintaq İdarəsinə ifadə verməyə getdik. Hadisə zamanı keçirdiyim stress və yorğunluq səbəbindən ifadə verə bilməmişəm, təqdim olunan sənədlərə imza atmışam. Həmçinin orada olan zaman vəkillərimlə də əlaqə saxlaya bilməmişəm".
Mehriban Abasquliyevanın sözlərinə görə, daha sonra yenidən Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb və ona dövlət hesabına vəkillə təmin edildiyi bildirilib:
"Öz vəsaitimlə vəkil tutmağa imkanım olsa da, dövlət hesabına vəkillə təmin etdilər. Sonra cinayət məsuliyyətinə cəlb olundum. O zaman səhhətim yaxşı deyildi, ona görə təqdim edilən hər bir sənədə imza atmışam. 30 il səhiyyə sistemində çalışmışam. Barəmdə seçilən ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirlərindən sonra şəxsi hesabıma tutduğum vəkillərlə əlaqə saxlaya bilmişəm".
M.Abasquliyeva daha sonra əlavə edib ki, yanğının elektrik yuvasından deyil, küvəzdən başladığı da otaqda olan kameradan aydın görünüb:
"Küvəzlərə mütəxəssislər baxış keçirməyiblər. Nasazlıq üç ay əvvəl də, üç saat əvvəl də baş verə bilər. Evimdə olan zaman küvəzdə nasazlığın baş verdiyini haradan bilim? Yeni doğulmuşların intensiv terapiya şöbəsində həkimlər xüsusi geyimlərdən istifadə edirlər, mən isə mərkəzdə adi formada olurdum. 439 nəfərin əvəzinə yalnız mən işləməli deyildim. Mənə qarşı irəli sürülən ittihamda deyilir ki, yanğının söndürülməsində iştirak edən dörd nəfərin sağlamlığına yüngül zərər vurulub. Qeyd edim ki, ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunma tətbiq edilmir".
M.Abasquliyevanın sözlərinə görə, yanğın təhlükəsziliyi ilə bağlı hər hansı bir öhdəliyi olmasa da, Respublika Perinatal Mərkəzində bu məsələdən irəli gələn problemləri də aradan qaldırıb:
"Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkəni zibil yeri kimi istifadə olunurdu və oraya yanan materiallar yığılmışdı. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm".
Növbəti proses fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Araşdırmalar zamanı müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yeni doğulmuş körpə ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində mühakimə olunurlar.
11-02-2026, 23:20
Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var


Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var

Ukraynanın bu il öz maliyyə ehtiyaclarını ödəmək üçün 60 milyard avro həcmində xarici yardıma ehtiyacı olduğu bildirilib.
Bu açıqlamanı Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirlərinin görüşündə verib.
Pistorius deyib: "Bu il Ukraynanın ehtiyaclarını qarşılamaq üçün xarici dəstək tələb olunur və hər iki mənbədən gələn hər bir milyard əhəmiyyətlidir – həm milli, həm də Avropa mənbələrindən."
O, əlavə edib ki, Ukraynaya kredit ayrıldıqdan sonra Aİ ölkələrinə daha çox vəsait lazım olacaq: "Bizə əlavə maliyyə vəsaitinə ehtiyac var."
Qeyd edək ki, Aİ-nin 27 ölkəsindən 24-ü (Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla) dekabrda Ukrayna üçün 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə mexanizmini təsdiqləyib. Bu məbləğin üçdə biri Ukraynanın dövlət büdcəsinə, qalan üçdə ikisi isə silah tədarükünə yönəldiləcək. Aİ ölkələri bu vəsaitləri maliyyə bazarlarından borc götürərək təmin edəcək, faiz ödənişləri isə Avropa Komissiyası tərəfindən Aİ büdcəsindən həyata keçiriləcək.
11-02-2026, 22:56
Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü


Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü

Masallıda kişi ata mülkünə görə xəstə qardaşını döyüb.
Hadisə rayonun Kubin kəndində, yol kənarında qeydə alınıb.
Kənd sakini 50 yaşlı Natiq Muradov (ad və soyad şərtidir) ağac parçası ilə qardaşının baş. əl və bədəninin müxtəlif nahiyələrinə vuraraq, ona xəsarətlər yetirib. Nəticədə Natiq saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mal-qaranı örüşdən gətirmək üçün gedib. Yolda xəstə qardaşını görüb və məlum hadisə baş verib. Onun sözlərinə görə, bu hadisədən əvvəl də zərərçəkən digər qardaşı ilə birləşib onu döyüblər. Aralarında illərdir ata mülkünü bölmək üstündə ədavət yaranıb. Natiq Muradov əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Masallı rayon Məhkəməsinin qərarı ilə N. Muradov barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad olunub.
11-02-2026, 22:18
Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq


Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb.
Bbu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında məlumat paylaşılıb.
Bu yarışda cüdo üzrə Azərbaycan millisinin 10 çəki dərəsində 20 cüdoçusu (13 kişi, 7 qadın) mübarizə aparacaq.
Kişilərin mübarizəsində Yusif Əhmədov, Balabəy Ağayev, Turan Bayramov (hamısı 60 kiloqram), Nizami İmranov (66 kiloqram), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Murad Fətiyev, Zelim Kotsoyev (hər ikisi 90 kiloqram) qüvvəsini sınayacaqlar.
Qadınlarda isə Könül Əliyev, Şəfəq Həmidova, Leyla Əliyeva (hamısı 48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Mədinə Xaysinova (+78 kiloqram) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, turnir fevralın 27-dən martın 1-dək təşkil olunacaq.
11-02-2026, 22:02
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?


Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib?

Tanınmış influenser Fidan Zeyn “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edib.
Bu barədə bloger sosial media hesabında Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən mən və Azerina etibarımızdan sui istifadə edilərək aldadılmışıq, nəticədə çox böyük maddi və mənəvi zərər görmüşük. 2 aydır ki, Xətai Polis İdarəsi tərəfindən araşdırılma aparılmasına baxmayaraq ciddi tədbir görülməyib, mənə vurulmuş ziyan hələ də ödənilməyib. İş üzrə obyektiv araşdırmanın aparılmasını xahiş edirik. Haqq-ədalət artıq öz yerini tapsın”.
Bloqer açıqlamasında bildirib ki, K.Həmzəyeva ilə ortaq biznes qurub:
“Könül Həmzəyeva ilə ortaq biznes qurmuşduq. Bu işə inanaraq həyətyanı sahəmi və avtomobilimi satdım, əldə etdiyim vəsaiti biznesə yatırdım. Amma sonda onun tərəfindən aldadıldım. 150 min manat vəsaitim mənimsənilib”.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, Xətai RPİ-də istintaq araşdırmaları aparılır:
“Araşdırmalarla əmələ hüquqi qiymət veriləcəkdir”.
11-02-2026, 21:42
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı


Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

Sabirabadın Qaratəpə kənd sakini, I Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb.
Şəhid R. Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu.
34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı. Hazırda şəhidimizin adın daşıyan Rəsul adında nəvəsi var.
Şəhid R. Ağayevin nəşinin gələn həftə doğulduğu Qaratəpə kənd qəbirstanlığında dəfn olunacağı gözlənilir.
11-02-2026, 21:34
Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB


Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB

Gəncədə ana 40 günlük körpəsindən imtina edib.
Cinsiyyəti qız olan körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini, körpənin körpələr evinə verilməsini istəyib.
Hazırda körpə Uşaq Xəstəxanasındadır.
11-02-2026, 21:31
Türkiyədə gözlənilməz kadr dəyişikliyi - MHP nazirdən narazı idi


Türkiyədə gözlənilməz kadr dəyişikliyi - MHP nazirdən narazı idi

Türkiyə Böyük Millət Məclisinin bugünkü iclasında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış sərəncam oxunub. Sərəncama əsasən, İstanbulun baş prokuroru Akın Gürlək ədliyyə naziri, Ərzurum valisi Mustafa Çiftçi isə daxili işlər naziri təyin olunub.
Parlament sədrinin müavini Bekir Bozdağ yeni hökumət üzvlərini and içmək üçün tribunaya dəvət edib. Lakin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) deputatları Akın Gürləkin təyinatının Türkiyə Konstitusiyasına zidd olduğunu bildiriblər. Onların iddiasına görə, Gürlək hələ də İstanbulun baş prokuroru vəzifəsini icra edir.
Akın Gürlək and içmək üçün tribunaya yaxınlaşarkən CHP deputatları tribunaya çıxışın qarşısını almağa cəhd göstəriblər. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) deputatları buna mane olub. Nəticədə parlament üzvləri arasında qarşıdurma və itələşmə baş verib. Daha sonra hakim partiyanın deputatları tribunaya zəncirvari düzülərək andiçmə prosesinin davam etməsini təmin ediblər.
Xatırladaq ki, fevralın 10-da imzalanmış prezident sərəncamına əsasən, Yılmaz Tunçun yerinə Akın Gürlək ədliyyə naziri, Əli Yerlikayanın yerinə isə Mustafa Çiftçi daxili işlər naziri təyin edilib. Sərəncamda Tunç və Yerlikayanın öz istəkləri ilə istefa verdiyi bildirilsə də, kabinetdə dəyişikliklər siyasi kursda mümkün yenilənmələrlə bağlı müzakirələri gücləndirib.
CHP bəyan edib ki, hər iki yeni nazir “sərt xətt” tərəfdarı kimi tanınır və prezidentin qərarına etiraz edib. Xüsusilə Akın Gürlək 2024-cü ilin oktyabrında İstanbul prokuroru təyin olunduqdan sonra CHP-nin nəzarətində olan bələdiyyələrə, o cümlədən İstanbul meri Ekrem İmamoğluya qarşı korrupsiya araşdırmalarına başlamışdı. O, həmçinin çirkli pulların yuyulması, maliyyə cinayətləri, narkotik və fahişəlik şəbəkələri ilə bağlı əməliyyatlarla gündəmə gəlmişdi. Daha əvvəl onun Ərdoğanla görüşdüyü və ədliyyə naziri postuna təyinatının zaman məsələsi olduğu bildirilirdi.
Siyasi dairələrdə daxili işlər naziri vəzifəsinə mümkün namizədlər arasında İstanbul valisi Davud Gülün adı çəkilsə də, nəticədə Ərzurum valisi Mustafa Çiftçi təyin olunub. "Haqqin.az" saytında dərc edilən xəbərdə bildirilir ki, əvvəlki daxili işlər naziri Əli Yerlikayanın fəaliyyəti Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbərliyini tam qane etmirdi. Xüsusilə nazirlik daxilində aparılan kadr dəyişiklikləri narazılıq doğurmuşdu. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, Yerlikaya strukturlarda MHP-yə yaxın hesab olunan bəzi bürokratları vəzifədən uzaqlaşdırıb və ya onların təsir imkanlarını məhdudlaşdırıb. Bu isə koalisiya daxilində gərginlik yaradıb.
MHP-nin bir hissəsinin keçmiş daxili işlər naziri Süleyman Soylunun yenidən bu posta qayıtmasını istədiyi barədə də iddialar səslənirdi. Soylu MHP elektoratı və milliyyətçi çevrələr arasında sərt təhlükəsizlik siyasəti ilə tanınır və partiya bazasında müəyyən simpatiyaya malikdir. Lakin siyasi reallıqlar və Prezidentin qərarı nəticəsində bu ssenari baş tutmayıb.
Nəticədə Ərzurum valisi Mustafa Çiftçinin namizədliyi üzərində dayanılıb. Məlumatlara görə, MHP Çiftçinin təyinatına açıq etiraz etməyib və onu qəbulolunan kompromis fiqur kimi dəyərləndirib. Mustafa Çiftçi Ankara Universitetinin siyasi elmlər fakültəsinin məzunudur və konservativ mövqeyi ilə tanınır. O, Türkiyə Respublikasının ilk illərində mübahisəli İstiqlal Məhkəmələrinin qərarı ilə edam edilmiş İskilipli Atıf Hocanın anım mərasimində iştirakı səbəbilə kemalist dairələrin tənqidinə məruz qalmışdı.
11-02-2026, 21:25
Hakim etiraz etdi: “Atanı qolu qandallı göstərməyin uşağa”


Hakim etiraz etdi: “Atanı qolu qandallı göstərməyin uşağa”

"Bakı Apellyasiya Məhkəməsində iştirak etdiyim cinayət işi üzrə bir iclasda unudulmaz bir an yaşadım".
Bunu vəkil Zaur Saadov bildirib.
O qeyd edib ki, bu gün iştirak etdiyi məhkəmə prosesindən birinə təqsirləndirilən şəxsin azyaşlı qızı da gəlib. Hakim Əli Məmmədov bunu görən kimi valideynə irad bildirib və uşağın zaldan çıxarılmasını tələb edib.
"Sonda isə hakim elə bir cümlə dedi ki, vəkillik fəaliyyətimdə eşitdiyim ən təsirli sözlərdən biri oldu. O dedi: "Hər ata övladı üçün bir qəhrəmandır. Atanı qolu qandallı uşağa göstərməklə onun qəhrəmanını öldürməyin"", - Z.Saadov qeyd edib.
"Bəzən biz hüquqşünaslar qanunlar arasında insan faktorunu unuduruq. Amma unutmayaq ki, məhkəmə zalında təkcə təqsirləndirilən, zərərçəkmiş və vəkil olmur, orada bir ailə, bir övladın dünyası, bir uşağın gələcək psixologiyası da olur. Qanun ədaləti təmin etməlidir. Amma ədalət yalnız cəza ilə ölçülmür. Ədalət bəzən bir uşağın qəlbini də qorumaqdan ibarətdir. Bir daha anladım ki, hakim kürsüsündə oturmaq təkcə hüquqi bilik deyil, həm də vicdan məsuliyyətidir", - deyə vəkil əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!