5-04-2023, 23:18
Sabitlik inkişafın əsasıdır - İlham ƏliyevBu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında səsləndirib. "Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”, - deyə dövlət başçısı bildirib.
5-04-2023, 23:12
Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyirik, amma.. - Çexiya XİNÇexiya Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləyir, lakin hesab edir ki, təkcə bu addım Rusiya təcavüzünə qarşı Kiyevin problemlərini həll etməyəcək. Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib. "Əlbəttə, biz Ukraynanın NATO-ya üzv olmaq istəyini dəstəkləyirik. Amma bu, Ukraynanın problemini avtomatik həll edəcək bir şey deyil", - XİN başçısı deyib. Lipavski hesab edir ki, NATO-ya üzv ölkələr Ukraynaya yardımın artırılmasına, o cümlədən hərbi texnika fonduna pul ayrılmasına diqqət yetirməlidirlər. Çexiya XİN rəhbəri Ukraynanın Alyansa qoşulmasının uzaq perspektiv olduğunu vurğulayıb.
5-04-2023, 23:01
Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski"Baxmutda vəziyyət indi ağırdır, lakin düşmən şəhərə nəzarət etmir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfəri zamanı deyib. Prezident qeyd edib ki, şəhərdə vəziyyət hər gün dəyişir və orada hər gün müxtəlif silahlardan, artilleriyadan istifadə olunur, vaxtaşırı silah qıtlığı yaranır. "Operativ vəziyyətə general Sırski rəhbərlik edir. Təbii ki, onun üçün əsas olan şəxsi heyəti qorumaqdır. Mənim üçün də əsas məsələ ordumuzu itirməməkdir. Və təbii ki, şəxsi heyəti itirmək təhlükəsi yaranarsa, müvafiq düzgün qərarlar veriləcək”, - o bildirib.
5-04-2023, 16:55
Baxmutda vəziyyət ağırdır, lakin düşmən şəhərə nəzarət etmir - Zelenski"Baxmutda vəziyyət indi ağırdır, lakin düşmən şəhərə nəzarət etmir". Bunu Ukrayna prezidenti Volodimir Zelenski Polşaya səfəri zamanı deyib. Prezident qeyd edib ki, şəhərdə vəziyyət hər gün dəyişir və orada hər gün müxtəlif silahlardan, artilleriyadan istifadə olunur, vaxtaşırı silah qıtlığı yaranır. "Operativ vəziyyətə general Sırski rəhbərlik edir. Təbii ki, onun üçün əsas olan şəxsi heyəti qorumaqdır. Mənim üçün də əsas məsələ ordumuzu itirməməkdir. Və təbii ki, şəxsi heyəti itirmək təhlükəsi yaranarsa, müvafiq düzgün qərarlar veriləcək”, - o bildirib.
5-04-2023, 16:51
İranda məktəbli qızlar kütləvi şəkildə zəhərləndiİranda Novruz bayramı tətilinin başa çatmasından və təhsil müəssisələrinin açılmasından sonra məktəbli qızlara kimyəvi hücumlar yenidən başlayıb. Bazar ertəsi və çərşənbə axşamı ölkə daxilində ən azı beş məktəb hədəfə alınıb. Məktəbli qızlar binalara buraxılan kimyəvi maddələrdən zəhərləniblər. Urmiya və Nəqədə şəhərlərində, Təbriz və İsfahanda məktəblərə hücumlar barədə məlumat yayılıb. ISNA dövlət xəbər agentliyinin verdiyi məlumata görə, təkcə Təbrizdən 20 qız tələbə tənəffüs əlamətləri və nəfəs darlığı ilə xəstəxanaya aparılıb. Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. Məlumata görə, indiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib. İran rəsmiləri qızların kütləvi zəhərlənməsinə görə xarici qüvvələri günahlandırır və bunun ölkənin düşmənləri tərəfindən törədildiyini bildirirlər.
5-04-2023, 16:35
Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq - ZelenskiUkrayna prezidenti Volodimir Zelenski Polşada mühüm açıqlama verib. Zelenski gələcəkdə Ukrayna ilə Polşa arasında heç bir sərhəd olmayacağını bəyan edib. "Gələcəkdə xalqlarımız arasında heç bir sərhəd olmayacaq. Siyasi, iqtisadi və daha çox vacib olan tarixi sərhədlər aradan qalxacaq. Ancaq bunun üçün hələ qalib gəlmək lazımdır. Bunun üçün bir az daha sıx şəkildə irəli getməliyik", - deyə o bildirib.
5-04-2023, 13:24
Krımı 5-7 aya geri qaytaracayıq - Podolyak"Ukrayna Krımı 5-7 aya geri qaytaracaq". Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Krım. Reali”yə müsahibəsində deyib. O qeyd edib ki, Rusiya Federasiyasının ələ keçirilən yarımadanı saxlamaq üçün resursları yoxdur və onun sözlərinə görə, müharibənin məntiqi Krımın işğaldan azad edilməsinin bu müddət ərzində baş tutacağını göstərir. “Biz mütləq çox qısa müddətdə Krımda olacağıq, tarixi baxımdan 5-7 aya geri alacağıq”, - o əlavə edib. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.
5-04-2023, 13:22
Sabahın hava proqnozuBakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.
5-04-2023, 13:20
İlham Əliyev İsmoili Somoni abidəsini ziyarət etdiAprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
5-04-2023, 13:14
Prezident Tacikistanda səfərdədirAprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.