Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                       
Tarix : 13-07-2025, 15:10
PKK-nın 11 düşərgəsi ləğv ediləcək


PKK-nın 11 düşərgəsi ləğv ediləcək

Türkiyədə Kürd Fəhlə Partiyasının (PKK) Şimali İraqdakı 11 düşərgəsinin tamamilə ləğv edilməsi və orada olan minlərlə silahlının başqa yerlərə köçürülməsi planlaşdırılır.
“Sabah” qəzetinin verdiyi məlumata görə, bu tədbir Ankaranın terrorizmdən azad olunması istiqamətində həyata keçirdiyi proses çərçivəsində nəzərdə tutulur.
PKK 47 il əvvəl Türkiyənin Diyarbəkir şəhərində yaradılıb və bu müddət ərzində Şimali İraqda 11 əsas düşərgə qurub. Bunlar ölkədə təşkilatın əsas bazaları sayılır və çoxsaylı kiçik dayaq nöqtələrindən əlavədir. Türkiyə sərhədinə ən yaxın yerləşən düşərgələrdən biri - böyük Zap düşərgəsidir ki, o, Türkiyənin Hakkari vilayətindən də görünür. Bu yer PKK üçün ən vacib məntəqələrdən biridir. Qəzetin məlumatına görə, təşkilatla əlaqəsi olmayan şəxslərin ora girişi qadağandır və dəfələrlə oradan Türkiyə ərazisinə keçmək cəhdləri baş verib.
Sərhəddən 20-40 kilometr dərinlikdə yerləşən digər düşərgələr isə Sinat, Haftanin, Gara, Hakurk, Metina, Avaşin-Basyan düşərgələridir. PKK-nın İraqdakı infrastrukturuna xəstəxanalar, elektrik istehsalı üçün kiçik su bəndləri, poliqonlar və təlim obyektləri, çoxsaylı mağaralar, gizlənəcək yerlər və silah anbarları daxildir. Qəzetin bildirdiyinə görə, bu obyektlərin hamısı təşkilatın tərksilah olunması və ləğv olunması mərhələsi başa çatdıqdan sonra PKK-nın mövcudluğundan tamamilə təmizlənəcək.
Ən iri üç düşərgə – Kəndil və Maxmur (İraqda), həmçinin Sincar (Suriyada) – zamanla tamamilə bağlanaraq yerli hakimiyyət orqanlarına təhvil veriləcək. Bu düşərgələrdə PKK-nın ən çox silahlısı və təşkilatın bütün komandirləri yaşayır. Yalnız Maxmur düşərgəsində təqribən 15 min nəfər var. Bu şəxslərin hamısının oradan təxliyə ediləcəyi və müxtəlif yaşayış məntəqələrinə yerləşdiriləcəyi planlaşdırılır. PKK üzvlərinin və ya onların ailə üzvlərinin bir hissəsi Türkiyədə də məskunlaşa bilər. Bunun üçün isə parlamentin hazırlayacağı qanunvericilik bazasına ehtiyac var.
Cümə günü PKK-nın ilk silahlı qrupu tərksilah prosesi çərçivəsində silahlarını təhvil verdi. Silahların təslim olunması və yandırılması mərasimi İraq Kürdüstanının bir hissəsi olan Süleymaniyyə vilayətində baş tutdu. Mərasimdə 30 PKK üzvü iştirak edirdi, onların təxminən yarısı qadın idi.
Qeyd edək ki, hazırda Türkiyədə terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan bu ilin fevral ayında təşkilatla əlaqəli bütün qrupları silahı yerə qoymağa və Ankarayla silahlı münaqişəyə son qoymağa çağırmışdı. May ayında PKK qurultay keçirmiş və orada təşkilatın ləğvi və Türkiyə hakimiyyəti ilə təxminən 50 il davam edən qarşıdurmaya son qoyulması barədə qərar qəbul etmişdi.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!