Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                        Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                       
Tarix : 14-07-2025, 14:04
Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar - Zərərçəkmiş


Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar - Zərərçəkmiş

İyulun 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilir.
Zərərçəkmiş şəxs - Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımından bir gün sonra, fevralın 27-də girov götürüldüyünü bildirib. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olduğunu söyləyib. Onlar 10 gün girovluqda saxlanılıb. Həmin müddətdə özü də daxil olmaqla, azərbaycanlı girovlar döyülüb, işgəncələrə məruz qalıblar.
Zərərçəkmiş Valeh Hüseynov qohumları ilə Xocalıda yaşadığını, soyqırımı zamanı güllə yarası alaraq girov götürüldüyünü deyib. Hadisə barədə danışan Valeh Hüseynov bildirib ki, həyat yoldaşı Ermənistan silahlı qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib. O, həyat yoldaşının meyitini qoyub getməyib. Nəticədə yaralanıb və girov götürülüb.
Həmçinin soyqrımı zamanı mülki şəxslərin qarşısının hərbi texnika ilə kəsilməsinin, onların atəşə tutulmasının, öldürülməsinin şahid olduğunu bildirib. Deyib ki, Əsgəranda girovluqda olarkən ona və digər girovlara işgəncə verilib. Gitara ifaçısı olduğunu biləndən sonra kəlbətinlə onun dırnaqları çıxarılıb, barmaqları sındırılıb, əli sobaya salınıb. Ona və digər girovlara işgəncə verənlərdən Manvel, Qarik, Slavik və digərlərinin adlarını xatırlayır.
İyirmi yeddi gündən sonra Azərbaycana təhvil verilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!