Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu .....                        Reper Əkbər Novruzlu həbs olundu .....                        Ukrayna hökuməti istefa verdi .....                        "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu .....                        Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxıldı .....                        Ziya Bünyadov prospekti ilə Böyükşor-Pirşağı yolunun kəsişməsində dəyişiklik .....                        Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində .....                        Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək istəyir .....                        Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                       
4-04-2023, 22:53
Prezidentdən Ərdoğana təşəkkür mesajı


Prezidentdən Ərdoğana təşəkkür mesajı

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib. "Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir", - paylaşımda deyilir. Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
4-04-2023, 22:51
Türkiyə XİN amerikalı həmkarıyla görüşdü


Türkiyə XİN amerikalı həmkarıyla görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşüb. Bu barədə Çavuşoğlu özünün "Twitter" hesabında məlumat yayıb. Görüş Belçikanın paytaxtı Brüsseldə NATO-nun mənzil-qərargahında baş tutub. Diplomatlar Türkiyə-ABŞ münasibətlərini müzakirə edib.
4-04-2023, 22:49
Finlandiyanın NATO-ya üzvlüyü təhlükəsizliyi zəiflədəcək - Rusiya XİN


Finlandiyanın NATO-ya üzvlüyü təhlükəsizliyi zəiflədəcək - Rusiya XİN

"Britaniyanın Ukraynaya uran mərmiləri tədarükü ən böyük eskalasiya hərəkəti olardı". Bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib. "Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətini “çökmək” sözü ilə izah etmək olar, buna ABŞ tərəfi cavabdehdir. START-ın dayandırılmasından sonra Rusiya öz təhlükəsizliyini təmin etmək üçün əlavə imkanlar əldə etdi. Şimali Avropanın təhlükəsizliyi Finlandiya NATO-ya daxil olduqdan sonra artmayacaq, əksinə zəifləyəcək. Rusiya Federasiyası Finlandiyanın NATO-ya daxil olmasına sakit şəkildə, lazımi anda cavabını verəcək", - deyə Lavrovun müavini bildirib.
4-04-2023, 22:40
Blinken NATO-nun baş katibi ilə bir sıra məsələləri müzakirə etdi


Blinken NATO-nun baş katibi ilə bir sıra məsələləri müzakirə etdi

ABŞ dövlət katibi Antoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş keçirilib. Görüşdə blokun Ukraynaya dəstəyinin davam edəcəyi vurğulanıb. Tərəflər Belçikada keçirilən görüşdə həmçinin Çinlə bağlı müzakirələr aparıblar.
4-04-2023, 22:38
Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov


Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov

"Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir, bu, Rusiyanın təhlükəsizliyinə qəsddir. Hərbçilərimiz NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcək", - deyə o bildirib. Peskov Rusiya prezidentinin görüşü barədə də məlumat verib: "Putin ötən həftə Moskvada Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşavirini qəbul edib".
4-04-2023, 14:26
Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov


Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir - Peskov

"Finlandiyanın NATO-ya daxil olması Rusiya Federasiyasını öz təhlükəsizliyini təmin etmək üçün əks tədbirlər görməyə məcbur edir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası Finlandiya ərazisində NATO infrastrukturunun və silahlarının yerləşdirilməsinə ciddi nəzarət edəcək. Finlandiyanın NATO-ya daxil olması vəziyyətin gərginləşməsidir, bu, Rusiyanın təhlükəsizliyinə qəsddir. Hərbçilərimiz NATO-nun Finlandiyadakı hərəkətlərinə reaksiya barədə dərhal məlumat verəcək", - deyə o bildirib. Peskov Rusiya prezidentinin görüşü barədə də məlumat verib: "Putin ötən həftə Moskvada Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə müşavirini qəbul edib".
4-04-2023, 14:21
Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaq


Türk dövlətləri arasında gömrük dəhlizi yaradılacaq

Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılacaq. Bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
4-04-2023, 14:18
“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təsdiqləndi


“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təsdiqləndi

Milli Məclis “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib. Məsələ parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən Müharibəsi Qəhrəmanı” medalı hissəsindən əvvəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı məzmunda yeni hissə əlavə edilir. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
4-04-2023, 13:33
Erməni özlərinin basdırdığı minaya düşdü


Erməni özlərinin basdırdığı minaya düşdü

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.
4-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!