Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Tramp Zelenskini Moskvanı vurmağa çağırıb? - Ağ Evdən AÇIQLAMA .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Ermənistan Fransaya hərbi attaşe təyin etdi .....                        Toy tortundan 60 nəfər zəhərləndi .....                       
1-04-2023, 17:08
31 Mart soyqırımı



Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan-Türk Xalqları Qardaşlığı ictimai birliyinin həmsədri

31 Mart soyqırımı
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Mart ayının 31-dən aprelin 3-ə qədər ermənilər Bakıda və Azərbaycanın müxtəlif bölgələrində uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar, qocaların, qadınların gözlərini çıxarıb divarlara mıxladılar, qundaqdakı körpələri itlərə atıb parçalatdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Minlərlə tarixi sənədləri, dəyərli maddi-mənəvi sərvətləri daşıyıb apardılar.
Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Bakıda bir həftə ərzində əksəriyyətini dinc sakinlər və müsəlmanlar təşkil edən minlərlə əhali vəhşicəsinə qətlə yetirilmişdi. Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdilər. Cəsədlər yanan binalara atılır, quyulara, dənizə tökülürdü. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…”.
Araşdırma göstərir ki, 1918-ci il 31 Mart soyqırımı qurbanlaının sayı barədə dəqiq fikir yoxdur. Belə ki, Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırıma məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəmlər deyil. Çünki bu gün çoxsaylı arxiv sənədləri, soyqırımı faktını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır, azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərin miqyası ilə bağlı dəhşətli rəqəmlər üzə çıxarılır. Həmin sənədlərdən aydın olur ki, təkcə Bakıda 45 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü. Şamaxıda mart-aprel aylarında öldürülənlərin sayının bəzi məlumatlarda 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Daşnak-bolşevik qüvvələri 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, İrəvan Quberniyasında 211, Qarabağda 157 kəndi bütün məscidləri, məktəbləri, qədim memarlıq abidləri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar. Təkcə Qubanın özündə Hamazaspın dəstəsi 105 evi yandırmışdı.
Ermənilər daxildə münaqişə yaratmaq məqsədilə Qubanın yəhudi məhəllələrində evlərə girir, sakinləri öldürür, həmin evlərdən atəş yağdırırdılar ki, guya yəhudilər azərbaycanlıları güllələyirlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi komissiya yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da tarixdə ilk dəfə azərbaycanlılara qarşı yürüdülən soyqırıma və XIX əsrdən başlayaraq torpaqlarımızın işğalı proseslərinə siyasi qiymət verilməsinə cəhd göstərildi. Hətta Topçubaşov özü ilə çox əhəmiyyətli tarixi sənədləri Paris konfransına aparmışdı. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işləri yarımçıq qoydu.
Həmin dəhşətli günlərin şahidi olmuş alman əsilli A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, kəllə sümükləri deşilmiş, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.
Bütün bu vəhşiliklərə baxmayaraq, bolşeviklərin qurduğu təbliğat və represiya nəticəsində qanlı hadisələr “unudulmağa” başlandı, hətta əksər sənədlər, qəzet yazıları yox edildi.
Alim Z.Əliyev, haqlı olaraq yazır ki, 31 Mart soyqırımına gələn yol hələ XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiyanın Qara dənizə və Aralıq dənizinə yiyələnmək üçün hazırladığı planlardan başlamışdı. Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrindən sonra ermənilərin Qafqaza böyük planlı köçürülmələri gələcəkdə bütün Zaqafqaziyanın qana boyanmasına şərait yaradırdı. Məhz həmin dövrdən ermənilərin sayı Azərbaycanda və Qarabağda kütləvi şəkildə artırılmağa başlanmışdı. Yerli əhali məcbiri şəkildə öz ev-eşiyindən çıxarılır, onların yerində ermənilər məskunlaşdırılırdı.
Bu proses XX əsrin əvvəllərində də davam etdirilirdi. Qafqaz cəbhəsində hərbi əməliyyatlar zonasından çox sayda erməni Cənubi Qafqaza gətirilmiş, onların çoxu azərbaycanlılara məxsus torpaqlara yerləşdirilmişdi. Z.Əliyev göstərir ki, erməni qaçqınlarına yardım üzrə Mərkəzi Komitəsinin fəxri sədri Yepiskop Mesrop Petroqrad şəhər başçısına 100 min Türkiyə ermənisini Qafqaz diyarında yerləşdirmək ümidində olduğunu yazırdı. Ermənilərin yerləşdirilməsi böyük şəhərlərdə münasibətləri kəskinləşdirdiyindən Bakı general-qubernatorunun təqdimatı ilə onların Bakı şəhərinə kütləvi yerləşdirilməsi qadağan edildi.
Alim fikrini davam etdirərək göstərir ki, “Baku” qəzeti “Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan erməni, əsasən, Naxçıvan, Sürməli, Eçmiədzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişdi. 1915-ci ilin martında keçirilən Eçmiədzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişinin sərəncamına əsasən Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Bundan sonra ermənilərin Azərbaycan əraizlərində silahlı hücumları daha geniş miqyas almağa başladı.
1905-1907-ci illər hadisələri göstərdi ki, XX əsrin əvvəllərinədək Azərbaycan torpaqlarını “dinc” üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirlər. Bununla belə, həmin vaxt milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala bilmişdilər. 1912-ci ildə Rusiya imperiyası Xarici İşlər Naziri S.D.Sazonov Nazirlər Kabinetindəki məruzəsində “Rusiyanın məqsədi, nəyin bahasına olursa-olsun, türklər, kürdlər və bizim tatarlar arasında səddi - Ermənistanı yaratmaqdır” söyləməklə ermənilərlə bağlı plan və məqsədlərini açıqlamışdı.
Tarixi sənəd və materiallar açıq-aydın göstərir ki, bu qanlı cinayətlərin məqsədi ermənilərin “Böyük Ermənistan” sərsəmləməsi olmuş, baş verənlər vahid mərkəzdən - Rusiyadan idarə olunmuşdu. Azərbaycanlıların 1905, 1906 və 1918-ci il soyqırımlarının ideya müəllifi V.İ.Lenin idi. Məhz Leninin tapşırığı ilə Osmanlı ərazilərində yaşayan beş min erməni silahlısı Bakıya dəvət edilmişdi. Beş min silah, iki zirehli qatar və bir hərbi gəmi ermənilərə Leninin əmri ilə verilmişdi. 1918-ci il mart soyqrımları zamanı ermənilərin etdikləri talanlardan sonra təkcə Stepan Şaumyana 80 milyon manat dəyərində qızıl, pul və digər əşyalar qalmışdı.
Rusiya hökumətinin “türklərin zülmü altında inləyən” ermənilərə “kömək etmək” məqsədi ilə verilmiş 29 dekabr 1917-ci il tarixli-dekreti də bu fikri sübut edir. V.İ.Leninin Şaumyana və onun ətrafında birləşmiş daşnaklar qrupuna belə bir tapşırığı var idi: "Azərbaycanlıları son nəfərinədək qırmaq, yaxud öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq".
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Artıq uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı tarixi unutmamaq məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Müxtəlif ölkələrin, o cümlədən Rusiya, Ermənistanın Matenadaran kilsəsinin, Gürcüstan, İran, Türkiyə, Amerika, Britaniya kimi ölkələrin, eləcə də AXC-nin Fövqəladə Təhqiqat Komissiyasının arxivində hələ də qalan çoxsaylı sənədlər, şahidlərin yaddaşlarda yaşayan ifadələri azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın miqyası, qurbanlarının sayı və s. vacib məsələlər haqqında dəqiq məlumatların üzə çıxarılmasına imkan yaradır. Bu baxımdan hələ də çoxu öyrənilməmiş olan xarici arxiv sənədlərinin üzə çıxarılıb araşdırılması günümüzün ən vacib vəzifələrindəndir.

1-04-2023, 14:55
Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndi


Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib. Qərar “Rəsmi Qəzet”də dərc olunub. Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.
1-04-2023, 14:52
Rusiya Ukraynanın 9 vilayətini atəşə tutdu


Rusiya Ukraynanın 9 vilayətini atəşə tutdu

Ötən sutka Rusiya qoşunları Ukraynanın 9 vilayətində yüz yaşayış məntəqəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Rusiya ordusu ümumilikdə 100 yaşayış məntəqəsini müxtəlif növ silahlardan atəşə tutub.
1-04-2023, 14:48
XİN-in mətbuat katibi iralı həmkarına cavab verdi


XİN-in mətbuat katibi iralı həmkarına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib. Bu barədə o, özünün “Twitter“ hesabında paylaşım edib. “Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, - XİN rəsmisi qeyd edib.
1-04-2023, 14:46
Moldova prezidenti ukraynalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi


Moldova prezidenti ukraynalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi

Moldova Prezidenti Maya Sandu ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü barədə məlumat yayıb. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, görüş zaman enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi və Avropa İttifaqına inteqrasiyada birgə fəaliyyətlər müzakirə olunub. “Mən Ukrayna Prezidenti ilə gündəlikdə duran məsələləri, o cümlədən infrastrukturun modernizə edilməsi və genişləndirilməsi layihələri üzrə əməkdaşlığımızı, enerji təhlükəsizliyinin gücləndirilməsini müzakirə etdim. Həmçinin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinin başlanması üçün səylərimizi daha yaxşı koordinasiya etmək barədə razılığa gəldik”, - deyə Sandu bildirib. Xatırladaq ki, Zelenski dünən moldovalı həmkarı, həmçinin Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qlob və Andrey Plenkoviçlə birlikdə Rusiya ordusunun qətliam törətdiyi Buça şəhərinə səfər edib.
1-04-2023, 14:43
Sabahın havası - Yağış, qar gözlənilir


Sabahın havası - Yağış, qar gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
1-04-2023, 14:41
Ankarada azərbaycanlı gənc qətlə yetirildi


Ankarada azərbaycanlı gənc qətlə yetirildi

Türkiyədə azərbaycanlı qətlə yetirilib. Hadisə paytaxt Ankarada, Yeniməhəllə qəsəbəsində qeydə alınıb. Tütün məmulatları satan 30 yaşlı Şamil Xalidlə şəriki Ahmet Dikbaş arasında mübahisə yaranıb. Mübahisə zamanı A.Dikbaş Şamilin qasıq nahiyəsinə tapança ilə atəş açıb. Yaralanan Şamil qaçaraq, meyvə-tərəvəz dükanında gizlənsə də, şəriki orada bu dəfə onun ürəyinə 3 dəfə atəş açaraq, həyatına son qoyub. İlkin məlumata görə, hadisəyə səbəb şəriklərin pul bölgüsü olub.
1-04-2023, 14:38
Zakir Həsənovun rəhbərliyi altında müşavirə keçirildi


Zakir Həsənovun rəhbərliyi altında müşavirə keçirildi

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdıran nazir həyata keçirilən son əməliyyatların planlaşdırılmasına və icrasına cəlb olunan şəxsi heyətə, xüsusilə birliklərin komando heyətinə göstərdikləri peşəkarlığa görə Ali Baş Komandan adından təşəkkür edib, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. Qısa müddət ərzində icra olunan lokal əməliyyatların Ordumuzun yüksək döyüş əzminin növbəti göstəricisi olduğunu qeyd edib. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib. Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib. Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir. General-polkovnik Z.Həsənov real döyüş şəraitinə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılmasının, həmçinin silahlanmada olan müasir silah və hərbi texnikanın effektiv tətbiqi üsullarının təkmilləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib. Müdafiə naziri təhlükəsizlik qaydalarına, eləcə də yanğın əleyhinə zəruri tədbirlərə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladıb. Nazir şəxsi heyətə diqqət və qayğının artırılması, onların tibbi təminatının mövsümün tələblərinə uyğun ciddi nəzarətdə saxlanılması, xüsusilə də xidmətə yeni gələn gənc əsgərlərin adaptasiya prosesinə həssaslıqla yanaşılması barədə komandir heyətinə tövsiyələrini çatdırıb. Şəxsi heyətin xidməti-döyüş və sosial-məişət şəraitinin daima yaxşılaşdırılmasının hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətində, eləcə də döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında mühüm rol oynadığını qeyd edən nazir bu istiqamətdə görülən işlərin planlı şəkildə davam etdirilməsinə dair əlavə göstərişlər verib. Sonda general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə, həmçinin yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizdə mühəndis təminatı tədbirlərinin daha keyfiyyətli yerinə yetirilməsi barədə konkret tapşırıqlar verib.
1-04-2023, 14:34
Erməni hərbiçilər arasında atışma baş verib


Erməni hərbiçilər arasında atışma baş verib

Ermənistanın cənub-şərq sərhədində hərbçilər arasında atışma olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə əlverişsiz hava şəraiti səbəbindən erməni hərbçilər arasında anlaşılmazlıq zəminində baş verib. Atışma zamanı Ermənistan ordusunun hərbi qulluqçusu Hraçya Saruxanyan ölüb, daha bir hərbçi isə yaralanıb. İnsidentin başvermə səbəbləri araşdırılır.
1-04-2023, 14:32
ABŞ-da fövqəladə vəziyyət elan olundu


ABŞ-da fövqəladə vəziyyət elan olundu

ABŞ-ın beş ştatında tornado qeydə alınıb. Arkanzas ştatında tornado nəticəsində 600 nəfər yaralanıb, üç nəfər ölüb. Martın 31-i axşam saatlarına olan məlumata görə, 300 minə yaxın abonentin elektrik enerjisində fasilələr yaşayıb. İllinoys, Ayova, Viskonsin, Tennessi, Missisipi ştatlarında da tornado baş verib. Arkanzas ştatının qubernatoru Sara Sanders fövqəladə vəziyyət elan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!