Tramp: İranın mövqeyindən narazıyam .....                        Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb .....                        “Qalatasaray” prezidentinə 15 günlük cəza verildi .....                        Pakistanla Əfqanıstan niyə döyüşür? .....                        Taliban qaydaları qadınları təhlükəyə atır – XƏBƏRDARLIQ .....                        Şamaxıda 3-cü ZƏLZƏLƏ .....                        Həkim pasiyentin 151 min manat pulunu ələ keçirdi .....                        İmişlidə güclü yanğın başlayıb .....                        Azərbaycanlı tələbə necə saxlanılıb? .....                       
20-12-2025, 20:45
“Fənərbağça”nın prezidenti sərbəst buraxıldı


“Fənərbağça”nın prezidenti sərbəst buraxıldı

Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Saran aparılan araşdırma zamanı Respublika Baş Prokurorluğuna dəvət olunub.
O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
20-12-2025, 19:41
Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu


Məleykə Abbaszadə "təhsil ekspertlərini" topa tutdu

"Özünü "təhsil eksperti" adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir".
Bu sözləri DİM sədri Məleykə Abbaszadə söyləyib.
Sədr qeyd edib ki, "ekspert" demək bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir:
"Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslı olar. Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu, mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var – məqsəd gəlir əldə etməkdir.
Təəssüf ki, bəzi hallarda bu gəlir uğrunda qarşı tərəfə qarayaxma kampaniyaları aparılır, şəxsi piar edilir. Bu cür yanaşma etik və sağlam olmasa da, reallıqdır. Amma unutmaq olmaz ki, biznesdə etik olmayan davranışlar gec-tez ortaya çıxır. Bizdə “təhsil eksperti” kimi tanınanların əksəriyyəti əslində biznes sahəsində olan insanlardır. Onlar özlərini ekspert kimi təqdim edirlər, amma elmi və praktik baza baxımından bu rola uyğun deyillər. Əvəzində, insanlara yanlış və populist fikirlər aşılayırlar.
Bəs insanlar niyə rəsmi qurumlara və səlahiyyətli şəxslərə yox, belə şəxslərə etimad göstərirlər? Səbəblərdən biri odur ki, kimlərəsə uğur qazanmadığı zaman səbəbi özlərində deyil, sistemdə axtarmaq daha rahat gəlir. Heç kim imtahana yaxşı hazırlaşmadığını qəbul etmək istəmir. Əvəzində “imtahan çətin idi”, “suallar proqramdan kənar idi” kimi arqumentlər səsləndirirlər".
20-12-2025, 19:30
907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb


907-ci düzəlişin ləğv olunmasının vaxtı çatıb

ABŞ-da yayımlanan nüfuzlu "The National Interest" jurnalında Azərbaycana həsr olunmuş məqalə dərc edilib.
Jurnal Azərbaycanın Cənubi Qafqazda unikal strateji mövqeyə malik olduğunu və Vaşinqton üçün ticarət, enerji təhlükəsizliyi və regional balanslaşdırma baxımından mühüm imkanlar yaratdığını yazır.
“Xəzər dənizi ABŞ üçün açıqdır” başlıqlı yazının müəllifi Cozef Epstein vurğulayır ki, Bakı Avropa ilə Asiyanı Rusiya və İrandan yan keçməklə birləşdirən yeganə quru marşrut olan Orta Dəhlizin əsas hissəsinə nəzarət edir.
Məqalədə qeyd olunur ki, Azərbaycan üzərindən formalaşan sabit tranzit marşrutu Mərkəzi Asiya üçün yeni imkanlar açmaqla yanaşı, Çinin nadir torpaq elementləri üzərindəki nəzarətinə alternativ yaradır. Müəllifin fikrincə, Rusiya, Çin və İranı kənarda qoyan istənilən etibarlı ticarət yolu mütləq Azərbaycandan keçməlidir və bu da Bakını regionda əsas giriş nöqtəsinə və lider aktora çevirir.
Yazıda Azərbaycanın ABŞ üçün real və dərhal nəticə verən strateji fürsət kimi dəyərləndirilməsi vacibliyi vurğulanır. Bildirilir ki, Bakı Avropaya təbii qaz tədarük edir, İsrail ilə Türkiyə arasında gərginliyin azaldılmasına töhfə verib və ABŞ-ın Çinə alternativ nadir torpaq elementləri axtarışında prioritet saydığı Mərkəzi Asiyaya körpü rolunu oynayır.
Məqalədə, həmçinin qeyd edilir ki, bu il Vaşinqton Ermənistan-Azərbaycan sülh danışıqlarında əsas vasitəçi rolunda Rusiyanı əvəz edib və bu proses 8 avqustda keçirilən, siyasi dairələrdə “Vaşinqton bəyannaməsi” adlandırılan sülh sammiti ilə nəticələnib. Nəşr bunu ABŞ-ın Cənubi Qafqazda xarici siyasət sahəsində ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirir və sammitin normallaşmaya mane olan həssas məsələlər üzrə konkret öhdəliklər yaratdığını vurğulayır.
Yazıda Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində lider rolu və Mərkəzi Asiya ilə məsləhətçi formatda təmsil olunması da xüsusi qeyd edilir. Müəllif ənənəvi C5 formatının C6-ya genişlənməsini vahid regional baxışın formalaşması kimi qiymətləndirir və Vaşinqtona C6+2 konsepsiyasını, yəni Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə yanaşı İsrailin də daxil olduğu platformanı nəzərdən keçirməyi təklif edir. Onun fikrincə, bu format infrastruktur, kibertəhlükəsizlik, su ehtiyatlarının idarə olunması və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi sahəsində koordinasiyanı gücləndirə və ABŞ-ın uzun illər Rusiya və Çinin dominant olduğu regiondakı təsirini artıra bilər.
Məqalənin sonunda müəllif ABŞ Konqresində qəbul edilmiş və Azərbaycana qarşı məhdudiyyətlər nəzərdə tutan 907-ci düzəlişin ləğv olunmasının vaxtının çatdığını bildirir və Vaşinqtonu Bakını periferik tərəfdaş kimi deyil, formalaşmış əsas regional dövlət kimi görməyə çağırır. Yazıda vurğulanır ki, bu cür strateji imkan pəncərələri uzun müddət açıq qalmır.
20-12-2025, 19:27
Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı


Avtobus qaz xəttinə çırpıldı, təchizat dayandırıldı

Ordubad rayonunda avtobusun qaz xəttinə çırpılması nəticəsində orta təzyiqli qaz xətti (dairəvi xətt) qırılıb.
Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə M.F.Axundov küçəsində, Kolanı kəndində 157 abonentin qaz təchizatı dayandırılıb.
Nüsnüs kəndində 516, Yuxarı və Aşağı Əndəmic kəndlərində 416, Gənzə və Anabat kəndlərində 335 abonentdə qaz təzyiqində azalma müşahidə olunacaq.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
20-12-2025, 19:08
İran-İsrail müharibəsi yenidən başlayır?


İran-İsrail müharibəsi yenidən başlayır?

İranın ballistik raket istehsalını sürətləndirməsi fonunda yaranan narahatlıqlar İsrailin yeni hərbi planları gündəmə gətirib.
İsrailin baş naziri Beniyamin Netanyahu ABŞ prezidenti Donald Trump ilə planlaşdırılan görüş zamanı İrana qarşı mümkün yeni hücum planını təqdim etməyi planlaşdırır.
Bu barədə NBC telekanalı məsələ ilə tanış olan bir mənbəyə və dörd keçmiş amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, İran ballistik raketlərin istehsalı ilə bağlı obyektləri bərpa edir və 2025-ci ilin iyun ayında endirilmiş zərbələr zamanı zədələnmiş hava hücumundan müdafiə sistemlərini təmir edir. İsrail üçün İranın nüvə proqramı hələ də ciddi təhlükə olaraq qalır, lakin Təl-Əvivdə raket potensialının bərpası daha təcili və konkret risk kimi qiymətləndirilir.
NBC-nin mənbələrinin bildirdiyinə görə, Donald Trampın mümkün yeni hücumu əsaslandırmaq üçün istifadə edəcəyi arqumentlərdən biri İranın fəaliyyətlərinin təkcə İsrail üçün deyil, bütövlükdə region və ABŞ-ın maraqları üçün də təhlükə yaratması ola bilər. Bu yanaşmanın Vaşinqtonda qərarvermə prosesinə təsir göstərə biləcəyi istisna edilmir.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, yayılan məlumatlar Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşə biləcəyinə dair narahatlıqları artırır.
20-12-2025, 16:25
"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi


"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi

Misli Premyer Liqasının XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.
Yevlax şəhər stadionunda baş tutan oyun Bakı kollektivinin 2:1 hesablı qələbəsi ilə bitib.
Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb. "Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Tərəflər arasında I dövrədə keçirilən oyun bərabərə bitmişdi - 0:0.
"Neftçi" 20 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq.
20-12-2025, 16:16
Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO


Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Gəncədə Vətən müharibəsi iştirakçısı dünyasını dəyişib.
44 günlük Vətən müharibəsi iştirakçısı, 38 yaşlı Aslan Zeynalov ötən gün vəfat edib.
Mərhum bu gün Gəncə şəhər Şəhidlər xiyabanı kompleksindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, A.Zeynalov Birinci Qarabağ müharibəsində itkin düşən Yevgeni Zeynalovun oğludur.

20-12-2025, 16:06
Azyaşlı qıza qeyri-etik hərəkətlər edənlər həbs olundu


Azyaşlı qıza qeyri-etik hərəkətlər edənlər həbs olundu

Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.
İki nəfər rayon sakini 2011-ci il təvəllüdlü Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunublar. Barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri aparılır.
20-12-2025, 15:45
13 yaşlı qız dəm qazından boğularaq öldü


13 yaşlı qız dəm qazından boğularaq öldü

Goranboyda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Məşədiqaralar kəndində baş verib.
Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
20-12-2025, 15:33
Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər


Keçmiş məcburi köçkünləri sevindirəcək xəbər

Keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb.
Əməliyyat bir neçə saat əvvəl həyata keçirilib.
Məcburi köçkün statusu olan şəxslər hər ay dövlətdən 60 manat müavinət alırlar.
Bu vəsait onlara kommunal xərcləri ödəmək üçün verilir. Köçkünlərin öz aralarında "çörəkpulu" adlandırdıqları bu pul hər ayın 25-dən sonra ödənilir. Amma Yeni il bayramı ilə əlaqədar olaraq bu dəfə ödəniş vaxtından bir neçə gün əvvəl reallaşıb.
Qeyd edək ki, keçmiş məcburi köçkünlər daimi yaşayış yeri ilə təmin olunduqdan uç il sonra onlara verilən sosial müavinət dayandırılır.
Hazırda ölkədə 400 minə yaxın keçmiş məcburi köçkün dövlətdən sosial müavinət alır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!