Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
31-01-2026, 12:50
Sabahın hava proqnozu: 18 dərəcə isti


Sabahın hava proqnozu: 18 dərəcə isti

Sabah - fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.
31-01-2026, 12:41
Bakıda iki marşrutun gedişhaqqı 50 qəpiyə endirildi


Bakıda iki marşrutun gedişhaqqı 50 qəpiyə endirildi

Fevralın 1-dən 76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
76 nömrəli marşrut Bakıxanov dəmiryol stansiyası - “Neftçilər” m/st;
78 nömrəli marşrut isə Bakıxanov dəmiryol stansiyası - “Qara Qarayev” m/st istiqamətləri üzrə işləyəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada olacaq.
AYNA 76 və 78 nömrəli marşrutların avtobuslarında gedişhaqqının 50 qəpik olacağını bəyan edib.
31-01-2026, 12:29
İnterpolun axtardığı türkiyəli Gürcüstanda saxlanıldı


İnterpolun axtardığı türkiyəli Gürcüstanda saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları "İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü M.İ.-ni saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, saxlanılan şəxs Türkiyə Respublikası tərəfindən 2025-ci ilin dekabr ayından etibarən qəsdən adam öldürmə ittihamı ilə axtarışda olub.
Əlavə edilib ki, saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.
31-01-2026, 12:12
ABŞ nümayəndələri Milli Məclisdə


ABŞ nümayəndələri Milli Məclisdə

Bu gün Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan-ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirləri ilə bölüşüb. Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında və atılan praktiki addımlarda öz aydın ifadəsini tapır.
Vaşinqton sammitini dəyərləndirən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri, bu əsnada aparılan danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bildirib ki, sözügedən razılaşmalar Azərbaycan ilə ABŞ arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıyıb. Vurğulanıb ki, bu sənədlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycan-Ermənistan sülh gündəliyi kontekstində də xüsusi rol oynayır və regionda sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Söhbətdə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun əhəmiyyəti qeyd olunaraq bildirilib ki, Birləşmiş Ştatların dəstəyi ilə bu təşəbbüsün reallaşması Avrasiyanın nəqliyyat xəritəsini dəyişməklə yanaşı, daha geniş regionda əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verəcək.
Görüş zamanı həmçinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanaraq, bunun ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcəyi qeyd olunub.
Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev qonaqlara parlamentin səlahiyyətləri və onun fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar barədə məlumat verib. Bildirilib ki, parlamentin fəaliyyəti qanunvericilik təşəbbüslərinin müzakirəsi və qəbulu, parlament nəzarətinin həyata keçirilməsi və beynəlxalq parlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində ardıcıl və sistemli şəkildə qurulub.
Fərid Hacıyev çıxışında həmçinin parlamentin strukturu, ölkədəki seçki sistemi, parlamentdə təmsil olunan partiyalar, mövcud komitə və komissiyaların fəaliyyətinə də toxunub. Qonaqlara deputatların fəaliyyətini tənzimləyən qanunlar, habelə qanun yaradıcılığı prosesi və bununla bağlı prosedur qaydaları barədə də məlumat verilib.
Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri çıxış edərək son dövrlər ABŞ–Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın dərinləşdiyini və parlamentlərarası dialoqun yeni səviyyəyə çatdığını məmnunluqla vurğulayıblar. Onlar bu müsbət dinamikanın davam etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildiriblər.
Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Vüqar Bayramov, Erkin Qədirli, Sevinc Fətəliyeva və Gülşən Paşayeva qonaqları maraqlandıran sualları cavablandırıblar, Azərbaycan–ABŞ münasibətlərinin perspektivləri barədə fikirlərini bölüşərək, parlamentlərarası dialoqun genişləndirilməsinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini vurğulayıblar.
Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, parlamentin struktur bölmələrinin rəhbərləri, ABŞ-ın ölkəmizdəki diplomatik korpusunun əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
31-01-2026, 11:50
Səudiyyə ABŞ-ın İrana hücumunu dəstəkləyir


Səudiyyə ABŞ-ın İrana hücumunu dəstəkləyir

Vaşinqtonda bağlı qapılar arxasında keçirilən brifinq zamanı Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Amerikanın İrana mümkün hücumunu dəstəkləyib.
Bu barədə “Axios” portal görüşdə iştirak edən dörd mənbəyə istinadən məlumat yayıb.
Şahzadə bildirib ki, İran rejimi ABŞ prezidenti Donald Trampın tələblərini yerinə yetirməkdən imtina edəcəyi halda yalnız güclənəcək.
Nəşrin məlumatına görə, Səudiyyə nazirinin bağlı qapılar arxasında danışıqlar zamanı mövqeyi Ər-Riyadın ictimai ritorikasından xeyli fərqlənir. Rəsmi olaraq, Səudiyyə Ərəbistanı gərginliyin artmasına qarşı xəbərdarlıq edib və diplomatik həll yoluna çağırıb ki, bu da xüsusilə Amerika hücumunun təxirə salınmasının səbəblərindən biri olub.
Cümə axşamı şahzadə Xalid bin Salman Ağ Evdə Tramp administrasiyasının əsas rəsmiləri, o cümlədən dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Haqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə bir sıra qapalı görüşlər keçirib. Danışıqların əsas mövzusu ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının mümkünlüyü olub.
“Axios” mənbələri hesab edir ki, Ər-Riyadın mövqeyinin dəyişməsi Səudiyyə Ərəbistanının zərbə endirmək qərarının artıq Vaşinqtonda faktiki olaraq qəbul edildiyinə inanması ilə bağlıdır.
Bu vəziyyətdə krallıq "İranın suverenliyinə hörmət" barədə açıq bəyanatlara baxmayaraq, ABŞ-ın hərəkətlərinə qarşı çıxmaq istəmir.
Eyni zamanda, nəşrin Fars körfəzi bölgəsindəki mənbələri vəziyyətin hələ də dalana dirəndiyini qeyd edirlər: ABŞ-ın potensial zərbəsi əhəmiyyətli eskalasiya riskləri daşıyır, lakin imtina İranın mövqeyini gücləndirə bilər.
Nəşr şahzadə Xalid bin Salmanın sözlərini də sitat gətirib: "Bu mərhələdə zərbə endirməmək rejimi yalnız cəsarətləndirərdi".
30-01-2026, 18:45
Azərbaycanda vulkan püskürdü


Azərbaycanda vulkan püskürdü

30 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Bu barədə AMEA nəzdində RSXM-nin məlumatında deyilir.
RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.
30-01-2026, 18:37
Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi" - Aqşin Yenisey


Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi" - Aqşin Yenisey

"Gün ərzində müxtəlif saytlardan zəng vurublar ki, Yazıçılar Birliyi sizi hüquq-mühafizə orqanlarına şikayət edəcək, bu barədə nə deyə bilərsiniz? Düzü, bu xəbərə həm təəccübləndim, həm də təəccüblənmədim".
Bunu yazıçı Aqşin Yenisey bildirib.
O təəccüblənməməyinin səbəbini də izah edib:
“Təəccübləndim ki, mən Elza Seyidcahan o quruma üzv seçiləndən sonra orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam. Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”.
A. Yeniseyin sözlərinə görə, nə AYB-də gedən ev davalarına qoşulub, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmayıb:
“Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya ilərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmrini?
Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz: bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək. İndi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər”.
“Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb.
Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...
Allahınız köməyiniz olsun!”- yazıçı sonda qeyd edib.
30-01-2026, 18:32
Yıldız Tilbe Vəfa Şərifovanı MƏHKƏMƏYƏ VERİR


Yıldız Tilbe Vəfa Şərifovanı MƏHKƏMƏYƏ VERİR

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe azərbaycanlı ifaçı Vəfa Şərifovanı məhkəməyə verməyə hazırlaşır.
Bu barədə türkiyəli müğənninin vəkili Handan Bakbak məlumat yayıb.
O bildirib ki, Yıldız Tilbe haqqında mətbuatda çıxan əsassız məlumatlar səbəbi ilə məhkəməyə müraciət olunacaq.
Qeyd edək ki, Vəfa Şərifova televiziya verilişlərinin birində Yıldız Tilbe ilə birlikdə duet oxumaq üçün ona 100 min dollar pul ödədiyini, amma yekunda türkiyəli məşhurun onunla duet oxumadığını və pulunun batdığını bildirib.
30-01-2026, 18:27
"Qurtuluş"un rəhbəri həbs edildi - YENİLƏNİB


"Qurtuluş"un rəhbəri həbs edildi - YENİLƏNİB

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır.
Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda digər təqsirləndirilən şəxslərin barəsində qətimkan tədbiri seçilməsi üçün təqdimatlara baxılır.

***

09:58

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı saxlanılıb.
Salmanov Ceyhun Məzahir oğlu, Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu tutulub.
Qeyd edək ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb.
Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.
Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub.
30-01-2026, 18:23
Arakçi Ərdoğanın qəbulunda


Arakçi Ərdoğanın qəbulunda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb.
Bu haqda “TRT Haber” məlumat yayıb.
Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!