Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
30-01-2026, 18:20
Qonşunun 13 yaşlı qızına təcavüz edən şəxs AĞIR CƏZALANDIRILDI


Qonşunun 13 yaşlı qızına təcavüz edən şəxs AĞIR CƏZALANDIRILDI

Salyan rayonunda qonşuya məxsus evə qeyri-qanuni yolla daxil olaraq 13 yaşlı qıza təcavüz edən şəxsə hökm oxunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmran Babayevə (şərti ad-soyadlı) hökm oxunub.
O, Cinayət Məcəlləsinin 150.3.3, 153.1, 157.1 və 180.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri, əxlaqsız hərəkətlər, mənzil toxunulmazlığını pozma və soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 18 il həbsə məhkum edilib.
Bildirilib ki, hadisə 2025-ci ilin avqustun 7-si baş verib. Həmin gün 1996-cı il təvəllüdlü İ.Babayev saat 05 radələrində qonşuluqda yaşayan qadının iş yerinə getmək üçün evi tərk etdiyini görərək gizli şəkildə mənzilə daxil olub. Həmin vaxt ev sahibinin 2 yeniyetmə və 1 azyaşlı qızı evdə olub. O, otaqda yatmış qızları oyadaraq çirkin əməllər törədib. Həmçinin ev sahibinə məxsus 1000 manat pulu götürərək uzaqlaşıb.
İ.Babayev gedəndən sonra qızlar hadisə barədə dayılarına məlumat veriblər və dərhal polisə müraciət edilib.
30-01-2026, 18:16
907-ci düzəlişin ləğvi müzakirə edildi


907-ci düzəlişin ləğvi müzakirə edildi

30 yanvar 2026-cı il tarixində xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Görüş zamanı həmçinin Azərbaycanla bağlı Konqresdə qaldırılmış təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb və Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanıb.
30-01-2026, 17:53
Avropa Rusiyaya sanksiyalardan 1.5 trilyon avro itirib


Avropa Rusiyaya sanksiyalardan 1.5 trilyon avro itirib

Avropa İttifaqı (Aİ) Rusiya ilə iqtisadi əlaqələrin dayandırılması səbəbindən 1,5 trilyon avro itirib.
Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko “Rossiya Seqodnya” Beynəlxalq Multimediya Mətbuat Mərkəzində keçirilən brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, bu hələ səthi hesablamadır.
Avropa İttifaqının Statistika Xidmətinin məlumatlarına əsasən, son dörd il ərzində Aİ-nin Rusiyaya ixracı 65% azalıb.
30-01-2026, 17:36
Tramp şəxsən Putindən xahiş edib


Tramp şəxsən Putindən xahiş edib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə şəxsi müraciət edərək fevralın 1-dək Kiyevə zərbələrdən çəkinməyi xahiş edib.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, doğrudan da, Prezident Tramp Prezident Putinə şəxsi xahişlə müraciət edərək danışıqların aparılması üçün əlverişli şərait yaratmaq məqsədilə fevralın 1-dək Kiyevə zərbələrin endirilməsindən çəkinməyi xahiş edib”,-deyə Peskov jurnalistlərə bildirib.
Kremlin nümayəndəsindən Trampın xahiş etdiyi atəşkəs müddətinə fevralın 1-i tarixinin də daxil olub-olmadığı soruşulub.
“Fevralın 1-dək”,-deyə Peskov cavab verib.
O, Putinin Trampın xahişi ilə razılaşıb-razılaşmadığı, həmçinin söhbətin bütün zərbələrin, yoxsa yalnız enerji obyektlərinə endirilən zərbələrin dayandırılmasından gedib-getmədiyi ilə bağlı suallara cavab verməkdən çəkinib.
“Artıq deyilənlərə əlavə edəcəyim detallı məlumat yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, söhbət danışıqlar üçün əlverişli şəraitin yaradılmasından gedir”,-deyə Peskov qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl Donald Tramp güclü şaxtalar səbəbindən Kiyevə zərbələrin bir həftəlik dayandırılması ilə bağlı Putinə şəxsən müraciət etdiyini bildirib. “O da bununla razılaşdı. Və deyə bilərəm ki, bu, çox xoş oldu”,-deyə ABŞ Prezidenti Nazirlər Kabinetinin iclasında vurğulayıb.
30-01-2026, 17:29
Baş nazir hökumət üzvlərini topladı - Tapşırıqlar verdi


Baş nazir hökumət üzvlərini topladı - Tapşırıqlar verdi

Bu gün İqtisadi Şuranın iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat, “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrup”un təqdimatı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və 2026-cı il üçün Fəaliyyət Planı və digər aktual məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və eləcə də ədliyyə naziri Fərid Əhmədov çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
30-01-2026, 17:24
Hakan Fidan: Türkiyə inanır ki, ABŞ İrana hücum etməyəcək!


Hakan Fidan: Türkiyə inanır ki, ABŞ İrana hücum etməyəcək!

Türkiyə ABŞ-ın İsrailin təxribatlarına uymayacağına və İrana zərbə endirməyəcəyinə ümid edir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Biz İsrailin ABŞ-ı İrana zərbə endirməyə razı salmağa çalışdığını müşahidə edirik. İsrailin bu cəhdləri regionumuzda onsuz da həssas olan vəziyyətə ciddi zərər vərmə potensialına malikdir. Ümid edirik ki, ABŞ rəhbərliyi ağıllı və məsuliyyətli davranacaq və buna yol verməyəcək”,- Hakan Fidan deyib.
30-01-2026, 17:17
Prezidentin təltif etdiyi gənc əlil ifaçıdır


Prezidentin təltif etdiyi gənc əlil ifaçıdır

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gənc 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
Təltif olunan gənclərdən biri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzovdur.
Respublika və beynəlxalq müsabiqələr laureatı olan Səməd Novruzov 2024-cü ildən Mərkəzin Kollektiv yaradıcılıq şöbəsində təlimçi vəzifəsində çalışır. O, Mərkəzin konsert proqramlarında, müxtəlif tədbir və layihələrində fəal iştirak edir.
Səməd Novruzov ötən ilin avqust ayının sonundan noyabrın əvvəlinədək Heydər Əliyev Fondunun layihəsi çərçivəsində İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.
Uşaq yaşlarından musiqiyə həvəsi ilə seçilən tenor ifaçı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
30-01-2026, 17:08
“Kömək” adı ilə vətəndaşın çantasını oğurlayan şəxs saxlanıldı


“Kömək” adı ilə vətəndaşın çantasını oğurlayan şəxs saxlanıldı

Paytaxtın Xətai rayonunda talama cinayəti qeydə alınıb.
Naməlum şəxs paytaxt sakininin avtomobilindən 600 manat, mobil telefon, planşet və digər əşyalarını oğurlayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 55 yaşlı İ.Xudiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, rayon ərazisində yerləşən marketlərin birinin qarşısında dayanaraq kassaya yaxınlaşan vətəndaşları müşahidə edib. Daha sonra həmin şəxslərdən birinin maddi vəsaitini və dəyərli əşyalarını çantasına qoyduğunu görüb “kömək etmək” adı ilə çıxışda ona yaxınlaşıb və avtomobilinə qədər müşayiət edib. Çantanı yük yerinə qoyarkən isə oğurluq əməlini törədib. Hadisənin baş vermə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
30-01-2026, 16:59
Abituriyentlərə şad xəbər: test bankı təkmilləşdiriləcək


Abituriyentlərə şad xəbər: test bankı təkmilləşdiriləcək

Abituriyentlərin çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib
Dövlət İmtahan Mərkəzində (DİM) 26-30 yanvar tarixlərində fənlər üzrə elmi-metodik seminarlar keçirilib.
Seminarlarda 2025-ci ildə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş ədəbiyyat (II qrup), kimya (I qrup), fizika (I və IV qrup), tarix (III və II qrup), coğrafiya (III (TC altqrupu)), riyaziyyat (II qrup) fənləri üzrə test tapşırıqlarının müzakirəsi aparılıb.
Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
26 yanvarda informatika fənni üzrə seminarda I ixtisas qrupu üçün, 29 yanvarda isə biologiya fənni üzrə seminarda IV ixtisas qrupu üçün imtahan materiallarının hazırlanmasında istifadə edilən “Metodik göstərişlər” kitabçasının müzakirəsi aparılıb.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Müzakirələr nəticəsində bildirilmiş qeyd və təkliflər müvafiq fənn üzrə test bankının təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində abituriyentlərin cavablandırmaqda çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqlara dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci nömrəsində dərc ediləcək.
Müzakirələr növbəti həftə davam etdiriləcək.
30-01-2026, 16:53
Gömrükdə 164 milyon manatlıq narkotik məhv edildi


Gömrükdə 164 milyon manatlıq narkotik məhv edildi

Yanvarın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Bu barədə Dövlət Komissiyasından bildirilib.
Ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.
Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!