Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
30-01-2026, 15:15
Dünyanın ən dadlı mətbəxləri açıqlandı - Azərbaycan neçəncidir?


Dünyanın ən dadlı mətbəxləri açıqlandı - Azərbaycan neçəncidir?

2025-ci il üçün dünyanın ən ləziz və dadsız mətbəxlərinin reytinqi dərc edilib.
Araşdırmaya görə, 99 ölkə arasında ən dadlı mətbəx Yunanıstana məxsusdur. Onu İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin izləyir. Nəşr qeyd edir ki, Yunan mətbəxi sadəliyi, düzgün hazırlanması və təzə inqrediyentlərdən istifadəsi ilə seçilir.
Azərbaycan mətbəxi reytinqin ortalarında, 56-cı pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələri arasında Gürcüstan ən yüksək yerdədir və 30-cu yerdə qərarlaşıb. Rusiya 34-cü, Litva 39-cu, Ukrayna 43-cü, Belarus 75-ci və Latviya 78-ci yerdədir.
Qazaxıstan və Ermənistanın yeməkləri ən zəiflər arasında yer alır. Belə ki, 99 ölkə arasında onlar 92-ci və 93-cü yerləri tutub. Ən dadsız yeməklər isə Nikaraqua, Laos və Boliviyaya aiddir.
30-01-2026, 15:07
Fevralda hava necə olacaq - Aylıq proqnoz


Fevralda hava necə olacaq - Aylıq proqnoz

Fevral ayına olan hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.
Bildirilib ki, fevral ayı əsl qış ayıdır və hava şəraiti yanvar ayından az fərqlənir. Ay ərzində arktik soyuq hava kütlələrinin ölkə ərazisinə tez-tez müdaxiləsi zamanı hava şəraiti daha soyuq, atmosfer proseslərin inkişafında isti hava kütlələri üstünlük təşkil etdikdə isə mülayim keçir.
Bu ilin fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Fevralın 1-2-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə şaxta, bəzi günlərdə 12-17 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlıq ərazilərdə gecə 8-13 dərəcə şaxta, bəzi günlərdə 17-22 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-35 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 0-3 dərəcə şaxta, bəzi günlərdə 8-13 dərəcə şaxta, dağlarda gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 mm).
30-01-2026, 14:46
Azərbaycan-Türkiyə münasibətlərinə zərər vermək məqsədilə dezinformasiya yayılır


Azərbaycan-Türkiyə münasibətlərinə zərər vermək məqsədilə dezinformasiya yayılır

Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptəkin Cihangir İşbilir, Azərbaycan–Türkiyə müttəfiqlik münasibətlərini zəiflətməyə yönəlmiş dezinformasiya fəaliyyətləri barədə açıqlama verərək, cəmiyyətin bu mövzuda diqqətli olmasının vacibliyini vurğulayıb.
İşbilir bildirib ki, region hazırda olduqca həssas və kritik bir mərhələdən keçir. Onun sözlərinə görə, Azərbaycan–Türkiyə münasibətləri yalnız iki ölkə üçün deyil, bütün Türk dövlətləri, regional sabitlik və qlobal sülh baxımından strateji əhəmiyyət daşıyır.
“Hazırda çox həssas bir dövrdən keçirik. Regionumuzda ciddi dəyişikliklər baş verir. Azərbaycan–Türkiyə münasibətləri regional sülh və sabitlik üçün etibarlı təminat rolunu oynayır. Bu münasibətlər təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dövlətləri və dünya sülhü üçün böyük əhəmiyyət kəsb edir”, – deyə İşbilir qeyd edib.
Media müşaviri son dövrlərdə bu münasibətləri zədələmək məqsədilə hazırlanmış dezinformasiya materiallarının artdığına diqqət çəkərək bildirib ki, bu cür məzmunlar gerçəyə olduqca yaxın formada təqdim olunur.
“Gerçəyə çox bənzəyən, hətta ilk baxışda fərq edilməsi çətin olan dezinformasiya yayılır. Bu səbəbdən sosial şəbəkələrdə və digər media resurslarında rast gəlinən məlumatlar mütləq şəkildə yoxlanılmalıdır. Əks halda, qərəzli qüvvələrə fürsət verilmiş olar”, – deyə o əlavə edib.
Alptəkin Cihangir İşbilir həmçinin vurğulayıb ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bu istiqamətdə Azərbaycan Medianın İnkişafı Agentliyi və Azərbaycan mediasının nümayəndələri ilə sıx əməkdaşlıq aparır.
30-01-2026, 14:23
Hikmət Hacıyev BMT-nin müvəqqəti rezident əlaqələndiricisi ilə görüşdü


Hikmət Hacıyev BMT-nin müvəqqəti rezident əlaqələndiricisi ilə görüşdü

BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə BMT-nin Azərbaycandakı nümayəndələyinin “X” səhifəsində məlumat verilib.
“İqor Qarafuliç Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşmək şərəfinə nail olub. Azərbaycanın çoxtərəfliliyə sədaqəti və yeni Əməkdaşlıq Çərçivəsi (2026-2030) əsasında davamlı tərəfdaşlığımızla bağlı geniş müzakirə aparıldı. BMT-nin Azərbaycandakı nümayəndəliyinin bütün komandası Azərbaycanın davamlı inkişaf üçün milli prioritetlərini dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.
30-01-2026, 13:40
Bu ölkə İrəvanda səfirlik açır


Bu ölkə İrəvanda səfirlik açır

Estoniya bu il İrəvanda səfirlik açmağı planlaşdırır.
Estoniya xarici işlər naziri Marqus Tsahkna bu barədə özünün X mikrobloqunda yazıb və həmçinin Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirəcəyini açıqlayıb.
"Brüssel insanları bir araya gətirmək üçün unikal bir məkandır. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirdim. Başqa bir şey olmasa, bu il İrəvanda Estoniya səfirliyinin açılışında yenidən görüşəcəyik", - Estoniya xarici işlər naziri yazıb.
29-01-2026, 18:40
İstanbulda məhkumları daşıyan avtobus aşdı - 19 yaralı


İstanbulda məhkumları daşıyan avtobus aşdı - 19 yaralı

İstanbulda məhkumları daşıyan avtobus aşıb.
Hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
Məlumata görə, avtobusda altı jandarm, bir sürücü və 12 məhkum olub.
Yaralanan xidməti əməkdaşlardan ikisinin vəziyyəti ağırdır.
29-01-2026, 18:32
Şirkət rəhbəri aylıq ödənişləri etməyən sakini vəhşicəsinə döydü - HƏBS OLUNMADI


Şirkət rəhbəri aylıq ödənişləri etməyən sakini vəhşicəsinə döydü - HƏBS OLUNMADI

Bakıda bina sakinlərinin təşkil etdiyi şirkətin rəhbəri qonşunu döyüb.
Hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, S. S. Axundov küçəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.
Sakinlərin bina xərclərini ödəmək üçün təşkil etdikləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə 60 yaşlı Vüsal Bədəlov (ad və soyad şərtidir) sədr seçilib. Onunla aylıq ödənişləri vaxtında ödəməyən qonşusu Afiq (şərti adla) arasında mübahisə yaranıb. Mübahisə zamanı şirkət sədri Vüsal Bədəlov Afiqi sinəsindən itələyərək yumruqla həmin nahiyəsinə zərbə vurub və boynundan tutaraq yerə yıxıb. Sonra isə yerdə Afiqin sifətinə yumruqla zərbələr vurub. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb.
Bu əməlinə görə V. Bədəlov saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmə istintaqı zamanı o, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının ona da şamil olunmasını xahiş edib. Zərərçəkən də həmçinin bu barədə qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və V. Bədəlov məsuliyyətdən azad olunub.
29-01-2026, 18:27
Zarubin də "qara siyahI"ya salındı


Zarubin də "qara siyahI"ya salındı

Avropa İttifaqı rusiyalı jurnalistlərə sanksiya tətbiq edib
Jurnalistlər Yekaterina Andreyeva və Pavel Zarubin "qara siyahı"ya salınıb.
Qeyd edək ki, Zarubin Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan jurnalistlərdən biridir.
Sanksiyalara Avropa Birliyinə giriş qadağası və Avropa maliyyə qurumlarında saxlanılan aktivlərin dondurulması daxildir.
29-01-2026, 18:18
Görüş yerini dəyişmək olmaz


Görüş yerini dəyişmək olmaz

Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada sülh danışıqları aparmaq üçün təkrar göndərilən dəvətə hələlik heç bir reaksiyası olmayıb.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında mümkün görüşün təşkili məsələsində hazırda gündəmdə olan variant Moskvadır.
Peskov bu açıqlamanı Putinin Zelenski ilə Birləşmiş Ərəb Əmirliklərində görüşə hazır olub-olmaması ilə bağlı suala cavab verərkən səsləndirib. O qeyd edib ki, görüşün təşkili ilə bağlı ehtimal xarakterli mülahizələr yersizdir.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Rusiya Zelenskini Moskvaya dəvət edir və əgər o, Putinlə görüşə hazırdırsa, bu təklif qüvvədədir.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclasında çıxışı zamanı bildirib ki, Zelenski Putinlə görüşməyə və ən vacib məsələləri müzakirə etməyə hazırdır. Onun sözlərinə görə, bu müzakirələrə ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasının taleyi də daxildir.
Nazir əlavə edib ki, hazırda Ukrayna və ABŞ növbəti üçtərəfli görüşə hazırlıq aparır və bu görüşün yaxın vaxtlarda baş tutması planlaşdırılır.
29-01-2026, 18:09
Dezinfeksiya şirkətlərinə RƏSMİ XƏBƏRDARLIQ


Dezinfeksiya şirkətlərinə RƏSMİ XƏBƏRDARLIQ

Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi nə (AQTA) daxil olan müraciətlər və aparılan nəzarət tədbirləri zamanı müəyyən edilib ki, bəzi dezinfeksiya xidməti göstərən özəl şirkətlər tərəfindən Agentliyin adından sui-istifadə hallarına yol verilir.
Sözügedən şirkətlərin nümayəndələri qida sahəsində fəaliyyət göstərən obyektlərə daxil olaraq özlərini Agentliyin əməkdaşı kimi təqdim edərək, dezinfeksiya xidmətləri ilə bağlı müqavilə bağlamağı təklif edirlər. Bu xidmətlərdən imtina edildiyi halda isə obyektlərdə nəzarət tədbirlərinin aparılacağı, barələrində ciddi tədbirlərin görüləcəyi ilə bağlı əsassız iddialar irəli sürürlər.
AQTA bildirir ki, Agentlik dezinfeksiya xidməti göstərən qurum deyil. AQTA-nın hər hansı dezinfeksiya xidməti həyata keçirən şirkəti mövcud deyildir. Dezinfeksiya xidmətləri göstərən şəxslər lisenziya əsasında fəaliyyət göstərən müstəqil sahibkarlıq subyektləridir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qida obyektlərinin sahibləri öz müəssisələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirməli və bu tədbirlərin icrasını təsdiq edən müvafiq sənədləri saxlamalıdırlar. Agentlik isə yalnız bu tələblərə əməl olunmasına nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
AQTA sahibkarları diqqətli olmağa çağırır və bu kimi hallarla rastlaşdıqları təqdirdə, Agentliyin adından sui-istifadə edən şəxslər və ya şirkətlər barədə “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. Eyni zamanda, Agentliyin adından sui-istifadə edən dezinfeksiya şirkətləri belə hallara təkrar yol verəcəyi təqdirdə barələrində zəruri tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!