Tramp İranda bu obyektin məhv edilməli olduğunu düşünür .....                        Zelenski yeni komandan təyin etdi .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        Kanalda batan var .....                        Marıxda yatanlar yuxuya, qardaşlar sevincə dalsın! .....                        Prezidentlər Maraş dondurması yedilər - FOTO .....                        Müharibədə mülki infrastruktura vurulan ziyanla bağlı sənədlər tədqiq olundu .....                        İran sərhədini keçən vətəndaşların sayı açıqlandı .....                       
4-04-2025, 17:59
Nazir Əliqismət Lalayevi işdən çıxardı, yerinə onu təyin etdi - FOTO


Nazir Əliqismət Lalayevi işdən çıxardı, yerinə onu təyin etdi - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.
Mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.
Nazirin digər əmri ilə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı Akademik Musiqili Teatrına yeni direktor təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.

4-04-2025, 17:29
"Zeytun" aptekləri Tarif Şurasının qərarına əməl etməyib


"Zeytun" aptekləri Tarif Şurasının qərarına əməl etməyib

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.
4-04-2025, 17:22
Nazirdən iki yeni təyinat


Nazirdən iki yeni təyinat

Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrına 2 direktor müavini təyin olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı 2 əmr imzalayıb.
Müvafiq əmrə əsasən, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub. O, digər əmrlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.
Adil Kərimlinin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin olunub.
4-04-2025, 17:05
Əli Əsədov nazirləri topladı - Tapşırıqlar verdi


Əli Əsədov nazirləri topladı - Tapşırıqlar verdi

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər, o cümlədən, ortamüddətli dövr üzrə dayanıqlı makroiqtisadi və fiskal çərçivənin formalaşdırılması, özəl sektorun inkişafı və özəl investisiyaların artırılması, qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi və digər aktual məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan makroiqtisadi məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun təqdimatı dinlənilib. Təqdim olunan iqtisadi suallara dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.
4-04-2025, 16:57
Dövlət Mahnı Teatrına yeni direktor təyin olundu


Dövlət Mahnı Teatrına yeni direktor təyin olundu

Azərbaycan Dövlət Mahnı Teatrına yeni direktor təyin edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ülviyyə Firudin qızı Bəbirova sözügedən vəzifəyə təyin olunub.
4-04-2025, 16:50
Zelenski güzəştə getməyə hazırdır


Zelenski güzəştə getməyə hazırdır

Ukrayna prezidenti Vladimir Zelenski yaxın həftələr və ya aylar ərzində Rusiya ilə münaqişə zonasında atəşkəs imzalana biləcəyini açıqlayıb.
Zelenski həmçinin bildirib ki, Ukrayna Rusiyaya keçən ərazilərlə bağlı kompromislərə getməyə hazırdır. O bu torpaqları Rusiya ərazisi kimi tanımaqdan imtina edib, deyib ki, onların geri dönüşü zamanla, diplomatik kanallarla baş verə bilər.
Rusiya istənilən ərazi güzəştlərindən imtina edir.
Zelenski isə qeyd etdiyi variantı münaqişəyə son qoymağın yeganə yolu hesab edib, çünki bu, əbədi davam edə bilməz. O, hansı əraziləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, Luqansk, Donbass, Xerson və Zaporojye vilayətləri 2022-ci ildə keçirilən qondarma referendumun nəticələrinə görə, Rusiyanın tərkibinə daxil olublar.
4-04-2025, 16:46
Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?


Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

"Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 aylıq müddət bu gün başa çatır".
Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncama əsasən, Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi:
"Ötən müddətdə hökumət tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması həyata keçirildi. Güman olunur ki, vaxt başa çatdığı üçün bu təkliflər hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq. Dövlət başçısına təkliflər təqdim olunduqdan sonra Prezident tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir. Bununla sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artımın olacağı gözlənilir. Eyni zamanda, neçə faiz artımın olacağı bundan sonra aydınlaşacaq.
Bu o deməkdir ki, yaxın zamanlarda dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşacaq. Bu o deməkdir ki, hazırda müavinət və təqaüd alan vətəndaşlarımızın aldıqları məbləğlərin artırılması istiqamətində addımlar atılacaq. Hansı müavinətlərdə artımların olacağı təkliflərin təqdimatından və müvafiq sənəd imzalandıqdan sonra bilinəcək. Üç milyon vətəndaşımızı əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlərin və təqaüdlərin artırılmasını özündə ehtiva edəcək. Bu o deməkdir ki, daha çox vətəndaşımız sosial paketdən faydalanacaq".
4-04-2025, 16:41
Xalq boykotçuları bağışlamadı - Ərdoğan


Xalq boykotçuları bağışlamadı - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin "boykot" çağırışlarına münasibət bildirib.
O deyib ki, xalq bu çağırışlara etibar etmir və iqtisadiyyata zərər vurmaq istəyənləri bağışlamır.
“Tam əksinə, daha çox alış-veriş edir, xalq onları bağışlamır” – deyə o qeyd edib.
O, həmçinin bildirib ki, xalqın milli və yerli mövqeyi olduqca önəmlidir: “Dün bir yerə qonaq getdim. Dedilər ki, bütün fabrik avadanlıqları səfərbər olunub. Hər kəsin çənəsi dolu şəkildə işə gəlməsi təmin olunub. Bu, milli ruhun göstəricisidir”.
Ərdoğan çıxışının sonunda vurğulayıb ki, Türkiyə hər sahədə – iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və beynəlxalq münasibətlərdə daha güclü şəkildə irəliləyir və bu prosesi fərqli formada davam etdirəcək.
4-04-2025, 16:37
Polisdən növbəti əməliyyat - 20 kq narkotik aşkarlandı


Polisdən növbəti əməliyyat - 20 kq narkotik aşkarlandı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir. Daxil olan məlumat əsasında paytaxt ərazisində keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərlə görə məhkum olunmuş 27 yaşlı Ruslan Nəsirov tutulub.
DİN-dən bildirilib ki, ondan 20 kiloqram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə İmişli rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. R.Nəsirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.
4-04-2025, 16:25
Zəlzələ qurbanlarının sayı 3301 nəfərə çatıb


Zəlzələ qurbanlarının sayı 3301 nəfərə çatıb

Myanmada zəlzələ qurbanlarının sayı 3301 nəfərə çatıb.
Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, 7.7 bal gücündə dağıdıcı zəlzələdə 4792 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Bundan başqa, 221 nəfərin ölüsü və ya dirisi tapılmadığından, onlar itkinlər siyahısına salınıb.
Xatırladaq ki, martın 28-də Myanmada ardıcıl iki güclü zəlzələ baş verib. Təbii fəlakət çoxsaylı insan itkiləri ilə yanaşı, genişmiqyaslı dağıntılara yol açıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!