"Azərsu" ASC Neftçala şəhəri və rayonun bir sıra kəndlərinin içməli su təminatı üçün yeni magistral su kəməri çəkir. Bu barədə qurumdan bildirilib. Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görülür. 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə yeni magistral su kəmərinin çəkilməsi ilə rayon mərkəzi və bir neçə kənd içməli su ilə təmin edilib. Şəhərin su təchizatında etibarlılığın artırılması, eləcə də su çatışmazlığından əziyyət çəkən digər yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli içməli suya çıxışını təmin etmək məqsədilə Şirvan-Muğan qrup su kəmərindən ikinci magistral kəmərin tikintisinə başlanılıb. 38 km uzunluğunda layihələndirilən magistral su kəməri 450 və 560 mm diametrli polietilen borularla inşa edilir. Artıq kəmərin tikintisi üzrə işlərin 30 faizə qədəri icra olunub. Kəmərin inşaasının qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Yeni kəmər 2020-ci ildə inşa edilmiş birinci Salyan-Neftçala magistral su kəməri ilə əlaqələndiriləcək. Bu da gələcəkdə baş verə biləcək qəzalar zamanı, eləcə də suya tələbatın artdığı yay aylarında bütün yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq. 2020-ci ilin yayında Xəzər dənizinin suyunun Kür çayı istiqamətində axması suyun keyfiyyətinin pisləşməsinə səbəb olub, bu mənbədən qidalanan sutəmizləyici qurğuların fəaliyyəti dayandırılıb. Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq 2020-ci ilin iyun ayında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər, Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib.
Ermənistan sərhəd döyüşlərindəki mövqeyinə görə İrana təşəkkür etdi
Ermənistan-İran hökumətlərarası komissiyasının 17-ci iclasının yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun iclası yaxın vaxtlarda İranda keçiriləcək. Bu barədə baş nazirin müavini Mher Qriqoryan və İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Zohuri arasında keçirilən görüşdə bildirilib. Hökumətin mətbuat xidmətinin məlumatına görə, Qriqoryan İranla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı İranın İrəvanı müdafiə etməsini yüksək qiymətləndirib və Tehranın məqsədyönlü bəyanatlarına görə minnətdarlığını bildirib. Tərəflər həmçinin regional kommunikasiyaların bağlanması halında Ermənistan və İran arasında dəmiryol xəttinin istifadəyə verilməsi imkanlarını da müzakirə ediblər. Ermənistan hökumətinin sədr müavini və iranlı diplomat xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini də açıqlayıblar.
Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılacaq. Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Pensiya yaşında çatmadan ölənlərin pulu yaxınlarına verilməlidir
“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların sayı çoxdur. Bu, reallıqdır”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. “Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu, nə dərəcədə ədalətlidir?. Artıq məsələ ilə bağlı yeni mexanizm hazırlanmalıdır", - F.Mustafa vurğulayıb.
“Sosial sahəyə dəstək artırılacaq” - Sahil Babayev
“2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “Belə halların yaşandığı çox az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq”, - deyə nazir vurğulayıb.
“Sosial sahəyə dəstək artırılacaq” - Sahil Babayev
“2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “Belə halların yaşandığı çox az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq”, - deyə nazir vurğulayıb.
Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi
“Pensiya yaşı ilə bağlı müəyyən yanlış rəqəmlər səsləndirilir. Bu gün 60%-dən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda 40% sosial müavinət alan şəxslər var”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. "Bu gün pensiyaya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır", - deyə nazir deputatların təkliflərinə münasibət bildirib. Qeyd edək ki, bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif ediblər.
Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Brüssel görüşü ləğv olundu – Prezident səbəbini açıqladı
Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. Dövlət başçısı görüşün keçirilməməsinin səbəbini açıqlayıb: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
Pakistan hər zaman bizim yanımızda olub - İlham Əliyev
Son iki ayda mən Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə görüşmüşəm və biz ikitərəfli münasibətlərimizin gündəliyini, dostluq və qardaşlıq gündəliyini geniş müzakirə etmişik. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?”