Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
27-06-2025, 20:31
İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı


İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı

“İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik”.
Bu haqda XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddialarına dair şərhində deyilir.
Bildirilir ki, bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir.
“Azərbaycan Prezidentinin İran Pezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk.
Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur.
İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik”, - o, bildirib.
27-06-2025, 19:50
Rusiyadan Ermənistana XƏBƏRDARLIQ


Rusiyadan Ermənistana XƏBƏRDARLIQ

Rusiya Ermənistana məktub hazırlayır, məktubda ölkənin Avropa İttifaqı ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər olduğunu qeyd edir.
Bunu Rusiya baş nazirin müavini Aleksey Overçuk TASS-a deyib.
“Mən həmkarım Mqer Qerbertoviçə (Ermənistanın baş nazirinin müavini Qriqoryan-red) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bizim fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları-red) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir. Buna uyğun olaraq, biz müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq", - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.
27-06-2025, 19:37
Əməkdar artist xəstəxanaya yerləşdirildi


Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist Rəhman Rəhmanov səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər məlumat verib.
Veriliş zamanı aktyor özü də xəstəxanadan görüntülü bağlantı ilə efirə qoşularaq vəziyyəti barədə danışıb.
Rəhman Rəhmanov bildirib ki, son günlərdə burnundan şiddətli qanaxmalar baş verib:
"65 yaşım var, bu günə qədər burnumdan qan gəldiyini görməmişdim. Dörd gündür ki, mütəmadi şəkildə burnumdan sel kimi qan axırdı. Gecə saatlarında təcili yardıma müraciət etdim və xəstəxanaya aparıldım. Orada qanaxma dayandırıldı. Lakin evə qayıtdıqdan sonra qan yenidən axmağa başladı. Daha sonra başqa bir həkimə müraciət etdim. İndi vəziyyətim stabildir və ümid edirəm ki, tezliklə tam sağalacağam".
27-06-2025, 19:26
3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO


3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO

Son günlər Şamaxı rayonunun Qaleybuğurd, Sis, Qaladərəsi və Keçmədin kəndlərinə aparan avtomobil yollarında təbii amillərin təsiri nəticəsində müəyyən çətinliklər yaranıb.
Torpaq sürüşməsi səbəbindən yolların bir neçə hissəsində deformasiya müşahidə olunur. Bəzi sahələrdə iri qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Bu hallar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə təsir göstərərək, bölgəyə gediş-gəlişdə müəyyən çətinliklər yaradır.
Şamaxının həmin kəndləri həm yerli əhali, həm də turistlər tərəfindən intensiv istifadə olunur. Bu yaşayış məntəqələri regionun turizm xəritəsində mühüm yer tutur. Qeyd olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün də yol infrastrukturunun əlverişli olması xüsusi əhəmiyyət daşıyır. Həm yerli sakinlərin, həm də bölgəyə üz tutan turistlərin rahat və təhlükəsiz şəkildə hərəkəti üçün yol şəraitinin yaxşılaşdırılması vacib hesab olunur.
Əraziyə baxış keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin sahə rəisi Anar Hacıyev bildirib ki, mövcud vəziyyət diqqətlə izlənilir və zəruri tədbirlər planlaşdırılır: “Bildiyimiz kimi, Şamaxı həm də seysmik zonadır və tektonik hərəkətlər nəticəsində yollarda çökmələr, sürüşmələr və müxtəlif təbii dəyişikliklər baş verir. Bizim idarə bu yolların istismarına cavabdeh olaraq, cari təmir işlərini davamlı şəkildə həyata keçirir. Hazırda təmir-bərpa işlərinə hazırlıq gedir. Yaxın müddətdə Şamaxı, Qaleybuğurd və Sis kəndlərini birləşdirən əsas yolların əsaslı təmirinə başlanacaq”.
Qeyd olunub ki, hazırda mövcud vəziyyətə nəzarət davam etdirilir. İqlim və relyef faktorları nəzərə alınmaqla texniki tədbirlər müvafiq ardıcıllıqla həyata keçiriləcək. Gözlənilir ki, görüləcək işlər nəticəsində Şamaxının dağ kəndlərinə aparan yollar yaxın gələcəkdə daha təhlükəsiz və rahat nəqliyyat axını üçün tam uyğun vəziyyətə gətiriləcək.
Qeyd edək ki, həyata keçiriləcək təmir işləri kəndlərə gediş-gəlişi daha da asanlaşdıracaq, bölgənin iqtisadi və turizm potensialına müsbət təsir göstərəcək. Yeni yol infrastrukturunun yaradılması həm yerli sakinlərin gündəlik həyatını asanlaşdıracaq, həm də turizm marşrutlarının daha səmərəli planlaşdırılmasına şərait yaradacaq.



27-06-2025, 18:53
Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır


Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır

İllərdir ki, Ukrayna öz müdafiəsini düşmən pilotsuz təyyarələrinə qarşı uyğunlaşdırmağa davam edir. Artan atəşə baxmayaraq, “Şahed” dronlarına qarşı həll yolları var.
Bu barədə jurnalistlərlə söhbəti zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov məlumat verib.
O bildirib ki, Ukrayna illərdir davamlı olaraq “Şahedlər”ə qarşı effektiv model üzərində işləyir: “Düşmən mütəmadi olaraq alqoritmləri dəyişdi, lakin Kiyev buna cavab olaraq taktikanı uyğunlaşdırdı. Bu gün onlarla texnoloji həllər və məhsullar artıq döyüş şəraitində istifadə olunur”.
Nazirin sözlərinə görə, “Şahed” dronlarına qarşı bu məhsullardan biri çox yüksək effektivlik nümayiş etdirib.
Rustem Umerov izah edib ki, müharibənin əvvəlində qəbul edilən qərarlar zaman keçdikcə öz təsirini itirib: “Belə qərarlar arasında, məsələn, səmərəliliyi azalmağa davam edən mobil atəş qruplarıdır. Bu gün Ukrayna yeni təkmilləşdirmələr - "tutucu dronlar", eləcə də bilərəkdən açıqlanmayan digər alətlər təqdim edir”.
Qeyd edək ki, Rusiya müharibə zamanı hər gecə Ukraynaya qarşı istifadə etdiyi uzaq mənzilli dronların sayını xeyli artırıb. Son zamanlar gecə hücumları sistemli təzyiq taktikasına çevrilib. Məsələn, yanvarın 27-nə keçən gecə Ukraynaya 371 hava hücumu edib, o cümlədən 363 pilotsuz uçuş aparatı göndərib.
27-06-2025, 18:29
“Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş


“Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş

"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir.
Bunu C.Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru, xalq artisti, kinorejissor Xamis Muradov deyib.
O hesab edir ki, hadisə insan müdaxiləsi ilə baş verməyib:
“Bu, təbiət hadisəsi kimi bir vəziyyətdir. Kino və konsert çəkilişlərində istifadə etdiyimiz qara, qırmızı, ağ tüstü effektləri var. O anbarda da həmin maddələr saxlanılırdı. Ola bilər, nəsə işə düşüb, maddələr alışaraq partlayıb. Bu maddələr partlayanda güclü səs çıxarır, söndürmək də çətin olur. Dəqiq deyə bilmərəm, anbarda bəlkə 20, bəlkə 30 kiloqram barıt ola bilərdi”.



Xamis Muradov 1970-ci illərdə çəkiliş zamanı baş vermiş faciəni xatırladıb:
"Onda “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı belə hadisə baş vermişdi. Lənkəranda müharibə səhnəsi çəkilirdi. Suyun altında pirotexniki maddələr yerləşdirilmişdi. Rejissor “motor” dedikdən sonra partlayışlar başladı. Birinci dubldan sonra ehtiyat üçün gətirilən maddələr partladı. Nəticədə 7 nəfər həyatını itirdi. Rejissor, assistent də vəfat etdi. Filmin operatoru Rasim Ocaqov idi".
O, əlavə edib ki, kinostudiya yaranandan bəri orada pirotexnik anbar olub:
“Bu tip anbarlar studiyanın fəaliyyəti üçün vacibdir. Bizdə hətta silah anbarı da var. Tikilinin əsası 1951-ci ildə qoyulub. O vaxt bu ərazi şəhərin kənarı idi, ətrafda mal-qara otarılırdı. İndi şəhər böyüyüb, yaşayış binaları ilə əhatələnib. Məncə, bu yer köçürülməlidir. O vaxt nazirlik tərəfindən hər il yoxlamalar aparılırdı. Mənim gənclik illərimdə kinostudiyada 1450 nəfər çalışırdı. Əgər bu hadisə o dövrdə və iş vaxtında baş versəydi, daha qorxulu vəziyyət yaranardı”.
Xatırladaq ki, iyunun 26-da saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, kinostudiya ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
27-06-2025, 17:36
Arxiyepiskop İstintaq Komitəsinə getdi


Arxiyepiskop İstintaq Komitəsinə getdi[size]

Arxiyepiskop Mikael Ajapakhyan və vəkilləri Eçmiədzindən İstintaq Komitəsinə gediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Mikael Adjapaxyanı saxlamaq üçün gəldikləri katolikosun iqamətgahının ərazisini tərk ediblər.
Milli Təhlükəsizlik Xidməti bildirib ki, geri çəkilmək əmri təhlükəsizlik məqsədilə və vəziyyətin mümkün və qəsdən gərginləşməsinin qarşısını almaq üçün verilib.
Bəzi keşişlər də arxiyepiskop Mikael Ajapakhyanla birlikdə komitəyə gediblər.
Xatırladaq ki, arxiyepiskop Mikael Ajapakhyana qarşı cinayət işi açılıb.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında arxiyepiskop Mikael Ajapakhyanı hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırıb.
Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin arxiyepiskop Mikael Ajapakhyan saxlamasına mane olan vətəndaşlara qarşı cinayət işi açıb.
27-06-2025, 16:33
Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var


Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Qusar - Şahdağ yolunda turistlərin olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində maşında olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üç nəfəri Azərbaycan, beş nəfəri isə Pakistan vətəndaşlarıdır.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
27-06-2025, 16:25
10-cu sinif şagirdi kanalda batdı


10-cu sinif şagirdi kanalda batdı

Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.
Hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.
Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.

27-06-2025, 16:17
Türkiyənin 5 bölgəsində meşə yanır


Türkiyənin 5 bölgəsində meşə yanır

Türkiyənin beş bölgəsində - Tekirdağ, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda meşə yanğınları baş verib.
Hazırda hava və quru vasitələri ilə yanğınlarla mübarizə davam edir.
Bu bölgələrə ümumilikdə 6 yanğınsöndürmə təyyarəsi, 10-dan artıq helikopter və çox sayda xüsusi texnika cəlb edilib.
Qeyd edək ki, İzmirdə baş verən meşə yanğını ilə mübarizə artıq bir neçə gündür davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!