Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
17-06-2025, 22:08
Dani Bolt "Qarabağ"da


Dani Bolt "Qarabağ"da

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.
Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın “Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.
25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
17-06-2025, 21:52
Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ


Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ

İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyat həyata keçirməyib və yalnız xəbərdaredici xarakterli zərbələrlə kifayətlənib.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bəyan edib.
“İndiyədək həyata keçirilən əməliyyatlar sadəcə qarşı tərəfi çəkindirmək məqsədi daşıyan bir növ xəbərdarlıq idi”, – deyə Musəvi "Al Alam" telekanalına açıqlamasında bildirib.
Musəvi həmçinin Tel-Əviv və Hayfa sakinlərini şəhərləri tərk etməyə çağırıb.
17-06-2025, 21:37
Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı


Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, İsrail-İran qarşıdurması nəticəsində mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri müzakirə olunub.
Birləşmiş Krallıq naziri Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Kralın Təvəllüd Günü münasibətilə edilmiş təbriklərə görə təşəkkür edib. O həmçinin Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşlarının həlak olması ilə bağlı Prezident İlham Əliyev tərəfindən göndərilmiş başsağlığı məktubunu yüksək dəyərləndirdiklərini bildirib. Nazir Ceyhun Bayramov öz növbəsində təbrikə görə təşəkkür edib və başsağlığı diləklərini çatdırıb.
Tərəflər İsrail-İran toqquşması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
17-06-2025, 21:22
Cüdoçumuz Macarıstanda gümüş medal qazandı


Cüdoçumuz Macarıstanda gümüş medal qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Macarıstanda keçirilən dünya çempionatında uğurla çıxış edib.
90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristofer Kaljulaidə qalib gələrək bürünc medala yiyələnib.
17-06-2025, 21:06
Mahmud Əhmədinejad öldürüldü - İDDİA


Mahmud Əhmədinejad öldürüldü - İDDİA

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad öldürülüb.
İddiaya görə, sabiq dövlət başçısı Tehranda küçədə gəzdiyi zaman qətlə yetirilib. Xəbər portalı hadisə ilə bağlı məlumatın rəsmi qurumlar tərəfindən hələlik təsdiq və ya təkzib olunmadığını bildirir.
Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İran İslam Respublikasının Prezidenti olub.
17-06-2025, 20:50
Trampdan sərt paylaşım: Xameneinin yerini bilirik!


Trampdan sərt paylaşım: Xameneinin yerini bilirik!

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xamenei ilə bağlı paylaşım edib.
Tramp Xameneinin yerini dəqiq bildiklərini, onu hədəf ala biləcəklərini, lakin hələlik bu addımı atmayacaqlarını qeyd edib.
"Biz "Ali Lider" adlandırılan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu hələlik sıradan çıxarmayacağıq (öldürməyəcəyik). Amma mülki şəxslərə və Amerika əsgərlərinə raket atılmasını istəmirik. Səbrimiz tükənir. Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirik!"
Trampın digər paylaşımında isə ABŞ-ın İran üzərində tam hava üstünlüyünə malik olduğunu vurğulayıb:
"Hazırda İran üzərində tam və qəti hava nəzarəti bizdədir. İranın yaxşı hava izləmə sistemləri və müdafiə avadanlıqları var idi, həm də xeyli miqdarda, amma bu, ABŞ istehsalı olan texnologiyalarla müqayisə oluna bilməz. Heç kim ABŞ qədər bu işi bacarmır".
17-06-2025, 20:34
Sahibə Qafarova həmkarı ilə danışıqlar apardı


Sahibə Qafarova həmkarı ilə danışıqlar apardı

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.
Görüşdə Nataliya Kiselovanın Azərbaycana bu ilk səfərinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyin Bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.
Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında siyasi əlaqələr, Prezident İlham Əliyevin və Prezident Rumen Radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır. Qeyd edilib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə intensiv və məhsuldar əməkdaşlıq mövcuddur və enerji sahəsində əməkdaşlıq əsas sahədir.
Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olunub, humanitar, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın, qarşılıqlı dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən məmnunluq ifadə olunub.
Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova Bolqarıstanla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. Qonaq ölkələrimiz arasında əlaqələrin inkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
17-06-2025, 20:23
Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR”


Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR”

İsrail-İran toqquşmasının beşinci günündə ölkənin ali lideri Əli Xameneinin yaxın adamlarından hesab edilən Əli Şadmaninin öldürüldüyü barədə xəbərlər yayılıb. Tehran məlumatı rəsmi olaraq təsdiqləməsə də, xəbəri təkzib də etməyib.
Rəsmi vəzifəsi İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi olan general bir neçə gün əvvəl, iyunun 13-də təyin edilib.
Şadmani Xameneinin öldürülən ilk yaxın adamı deyil.
Belə ki, İsrailin hücuma başlamasından bu yana ali liderin yaxın ətrafında olan bir neçə yüksək vəzifəli şəxs hədəfə alınıb. Onların arasında SEPAH komandanı Hüseyn Səlami, İranın ballistik raket proqramının rəhbəri və eyni zamanda SEPAH-ın aerokosmik bölməsinin başçısı Əmir Əli Hacızadə, həmçinin SEPAH-ın kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Kazimi də var.
"Reuters" agentliyi yazır ki, bu şəxslər Xameneinin ən yaxın adamları hesab edilir, onlar ali liderin daxili müşavir dairəsinə daxil olub və qərarların qəbul edilməsində xüsusi rol oynayıblar. Agentliyə danışan mənbələr qeyd edir ki, onlar 86 yaşlı Xameneinin qeyri-rəsmi müşavirləri olub.
Bildirilir ki, müşavirlərin öldürülməsi İran rəhbərliyində ciddi boşluqlar yaradıb və qərar qəbuletmə prosesində potensial səhvlərin riskini artırıb. “Daxili sabitlik və müdafiə məsələlərində yanlış hesablamalar üçün risk son dərəcə təhlükəlidir”, - Xameneinin toplantılarında mütəmadi iştirak edən bir şəxs, vəziyyəti belə qiymətləndirib:
Mənbələrin bildirdiyinə görə, Xameneinin ətrafındakı 15-20 nəfərlik müşavir heyəti rəsmi orqan kimi deyil, qeyri-rəsmi və sadiq fiqurların daxil olduğu çevrə kimi fəaliyyət göstərir. Bu çevrəyə SEPAH komandirləri, ali rütbəli ruhanilər və mühafizəkar siyasətçilər daxildir. Onlar yalnız vacib məsələlər müzakirəyə çıxarıldıqda Xameneinin Tehrandakı iqamətgahında toplaşırlar.
İranın teokratik quruluşuna görə, ali dini lider ölkənin silahlı qüvvələrinin baş komandanıdır, müharibə elan etmək, yüksək çinli hərbçiləri və hakimləri təyin etmək vəzifəsi də məhz onun əlində cəmlənib. Mənbələr deyir ki, Xamenei qərarları şəxsən qəbul etsə də, müxtəlif baxış bucaqlarını dinləməyə, əlavə məlumat almağa və müşavirlərinin tövsiyələrinə açıqdır.
Ən yaxın müşavirlərinin itirilməsi həm hərbi komandanlıqda, həm də qərar qəbuletmədə ciddi boşluqlar yaradıb. Bu da İranın gələcəkdə İsraillə və ya regionda başqa aktorlarla potensial qarşıdurmalarında yanlış qərarlar vermə ehtimalını artırır. Müşahidəçilər və ekspertlər bu vəziyyəti təkcə İranın daxili sabitliyi narahatedici hesab edirlər.
17-06-2025, 19:56
QHT-lərə xəbərdarlıq edildi


QHT-lərə xəbərdarlıq edildi

QHT-lərə Dövlət Dəstəyi Agentliyi III sektor təmsilçilərinə xəbərdarlıq edib. Modern.az xəbər verir ki, Agentliyin aşağıdakı bəyanatla çıxış edib:
"Son zamanlar bir sıra QHT-lərin yenidən özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etmək istəməsi barədə siqnallar gəlir.
Bildiririk ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən təltifdir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.
İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik".
17-06-2025, 19:52
Məşhur iş adamı İrəvanda saxlanıldı


Məşhur iş adamı İrəvanda saxlanıldı

Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda saxlanılıb.
Məlumata görə, hazırda Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri müvafiq tədbirlər həyata keçirir.
Deputat Artur Hovannisyan Ermənistan Milli Assambleyasında bildirib: “Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq".
Bu ifadədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Karapetyanın evinə daxil olaraq onu saxlayıblar. Qeyd olunur ki, hazırda iş adamının Ulnetsi küçəsində yerləşən mənzilində axtarış aparılır.
Qeyd edək ki, buna səbəb Samvel Karapetyanın kilsənin müdafiəsi barədə səsləndirdiyi fikirlər olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!