Polşa prezidentindən Ukraynaya gözlənilməz səfər .....                        Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı .....                        Pakistanda partlayış - 13 nəfər həlak oldu .....                        Narkotikdən istifadə edən sürücü saxlanıldı .....                        İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO .....                        Masallıda minik maşını "KamAZ"la toqquşdu - Ölən və yaralılar var .....                        Gəncədə fəhlə iş vaxtı öldü .....                        XİN-dən İran səfirinin təxribatçı çıxışlarına cavab .....                        Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-ə çatdı .....                       
24-11-2022, 13:20
Paşinyan niyə Putinin maşınına mindi…


Paşinyan niyə Putinin maşınına mindi…

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkədən 5-nin prezidenti KTMT Şurasının növbəti sessiyasında iştirak etmək üçün dünən Ermənistana gəlmişdi. Ev sahibi kimi Ermənistanın təşkil etdiyi sessiya bir sıra maraqlı məqamlarla yadda qalıb. Diqqət çəkən məqamlardan biri dövlət başçılarının İrəvan hava limanında necə qarşılanmağı olub. Belə ki, İrəvana gələn 5 dövlət başçısından 4-nü Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. O, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentləri Kasım-Jomart Tokayev, Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmonu aeroportdan KTMT iclasının keçirldiyi “Dvin” mehmanxanasına qədər müşayiət edib. Yalnız Rusiya Federasiyasının prezidenti Vladimir Putini şəxsən erməni baş nazir Nikol Paşinyan qarşılayıb. Digər maraqlı hadisə prezidentlərin hərəkət etdiyi maşınlarla bağlı olub. Belə ki, 5 ölkənin liderlərindən yalnız Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xidməti maşınlarını özləri ilə İrəvana gətiriblər ki, burada öz avtomobilləri ilə hərəkət etsinlər. Qırğızıstan, Belarus və Tacikistan prezidentləri - Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmon isə erməni tərəfinin verdiyi zirehli maşınlarla qarşılanıb. İrəvan hava limanında müşahidə olunan digər maraqlı fakt Paşinyanın Putinin maşınına minməsi olub. Rusiya prezidentini şəxsən qarşılayan erməni baş nazir “Dvin” mehmanxanasına yola düşərkən Putinin avtomobilinə əyləşib. Maraqlı hadisələrdən biri də Putinin İrəvana Rusiya istehsalı olan “Aurus” zirehli maşınlarından ibarət kortejini gətirməsi olub. Putin özü ilə ayrıca təyyarədə 6 hamısı zirehli olan “Aurus” maşını gətirib, 3- sedan, 3-ü mikroavtobus. Putinin özü Paşinyanla birgə sedanlardan birində əyləşib. Putini müşayiət edən karvanda Ermənistanın verdiyi avtomobillər olub.



Diqqət çəkən məqamlardan biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin avtomobilinin nisbətən sadə olması idi: W222 kuzovlu zirehli Mercedes Maybach. Digər ölkələrin liderlərini - Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadir Japarovu və Tacikistan Prezidenti Emomali Rahmonu Ermənistanın təqdim etdiyi köhnə W221 kuzovlu S-Class Mercedes avtomobilləri aparıb. Onlar zirehli olsalar da fiziki cəhətdən köhnəlmiş maşınlar idi. Dövlət başçılarının zirehli maşınlarla qarşılanması protokol tələbidir. Yəni böyük tədbirlərə ev sahibi edən ölkə yüksək rütbəli qonaqları qarşılamaq, lazım gəldikdə onların təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlara malik olmağa borcludur. Erməni mətbuatı yazır ki, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin avtomobil parkı kifayət qədər bərbad və acınacaqlı vəziyyətdədir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra büdcə hesabına W222 kuzovlu iki zirehli Mercedes alınıb ki, onlardan biri və ya bəlkə hər ikisi növbə ilə baş nazirə xidmət edir. Təhlükəsizlik Xidmətinin avtomobil parkındakı digər maşınlar daha yaşlı, təxminən on və ya daha çox yaşı olan W221 gövdəli S-klass Mercedeslərdir. Həmin maşınlardan biri üçüncü prezident Serj Sarkisyana həvalə olunub. Ermənistan mətbuatının məlumatına görə, həmin maşın tez-tez texniki problemlər yaradır, mühərriki daha çox "yağ yandırır". Təhlükəsizlik Xidmətinin avtomobil parkında bir vaxtlar sabiq prezident Armen Sarkisyana xidmət etmiş bir zirehli BMW-760 da var. Amma onun da yaxşı texniki vəziyyətdə olmadığı qeyd edilir. 2018-ci ildə Almaniya kansleri Angela Merkel həmin BMW ilə qarşılanıbmış. Həmin gün Armen Sarkisyan qarşılanma mərasiminə şəxsi Cadillac avtomobili ilə getməli olub, çünki ona təyin edilmiş zirehli BMW Angela Merkelə verilmişdi.

24-11-2022, 12:56
Erməni nazir Şoyqu ilə müzakirələr apardı


Erməni nazir Şoyqu ilə müzakirələr apardı

Ermənistanın müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında söhbət olub. Bu barədə Ermənistanın müdafiə naziri feysbuk səhifəsində məlumat paylaşıb. "İclasdan dərhal sonra Rusiya Federasiyasının müdafiə naziri ilə qısa söhbətim oldu. Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq", - Papikyan qeyd edib. Qeyd edək ki, noyabrın 23-də Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin milli təhlükəsizlik şuraları katiblərinin, xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.
24-11-2022, 12:54
ABŞ İrana qarşı sanksiyaları genişləndirdi


ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. İrandakı etirazları zorakılıqla yatırdıqlarına görə 3 iranlı məmur "qara siyahı"ya salınıb. Qeyd edək ki, İranda əxlaq polisinin nəzarəti altında vəfat edən Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edir. Təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində yüzlərlə şəxs həlak olub.
24-11-2022, 12:52
Rusiya Moldovanı qaranlığa qərq etdi


Rusiya Moldovanı qaranlığa qərq etdi

Rusiya Moldovanı qaranlığa qərq edib. Bunu Moldova Prezidenti Maya Sandu özünün "Twitter" hesabında yazıb. "Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, yaşayış məntəqələrini və enerji infrastrukturunu raketlərlə məhv edir", - o qeyd edib. Moldovada elektrik enerjisinin bərpa olunacağını vurğulayan Sandu müvafiq qurumların bu istiqamətdə işlərini davam etdirdiyini deyib. Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku paytaxt Kişinyov da daxil olmaqla bütün ölkədə elektrik enerjisinin kəsildiyini açıqlayıb. Nazir Rusiya səfirinin Moldova Xarici İşlər Nazirliyinə çağırılacağını qeyd edib. Ukraynanın “Ukrenerqo” enerji şirkəti Rusiya ordusunun raket hücumları nəticəsində bütün ölkə ərazisində su və elektrik enerjisinin kəsildiyini bəyan edib.
23-11-2022, 21:01
Məhkəmə Şotlandiyanın müstəqilliyinə yox dedi


Məhkəmə Şotlandiyanın müstəqilliyinə yox dedi

Britaniya Ali Məhkəməsi Şotlandiyanın müstəqillik referendumuna dair müraciətinə müsbət cavab verməyib. Məhkəmə Şotlandiya hökumətinin Britaniya parlamentinin təsdiqi olmadan ikinci müstəqillik referendumunun keçirilməsi tələbini yekdilliklə rədd edib. Məhkəmənin hakimi Lord Rid bildirib ki, Şotlandiyaya özünüidarə hüququ verən konstitusiya tənzimləməsinə əsasən, Şotlandiya parlamentinin səlahiyyətləri məhduddur və iki ölkə arasında birliyin taleyi ilə əlaqədar məsələlərdə Londonda Böyük Britaniya Parlamentinə verilən səlahiyyətlərdən istifadə edə bilməz. 2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib və seçicilərin 55 faizi Böyük Britaniyada qalmağa səs verib.
23-11-2022, 20:59
Günün sensasiyası: Almaniya məğlub oldu


Günün sensasiyası: Almaniya məğlub oldu

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk oyununda sensasiya qeydə alınıb. Butov.az xəbər verir ki, Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib. Yaponiya yığması qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rika ilə üz-üzə gələcək.
23-11-2022, 20:57
Putin İrəvanda sülh sazişindən danışdı: Mümkündür…


Putin İrəvanda sülh sazişindən danışdı: Mümkündür…

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkün olduğunu bildirib. Rusiya lideri bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının İrəvanda keçirilən iclasında danışıb. "Ümid var ki, nəticədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür", - Putin çıxışında bildirib. Rusiya lideri, həmçinin qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat və humanitar məsələlərlə bağlı qərarlar Bakı və İrəvana sülh müqaviləsi imzalamağa imkan verəcək. Qeyd edək ki, İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının toplantısı keçirilir.
23-11-2022, 20:56
Lukaşenko İrəvanda Paşinyana "söz atdı"


Lukaşenko İrəvanda Paşinyana "söz atdı"

İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyası öncəsi Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı qanıqara görüb. Lukaşenko KTMT sammitinin keçirildiyi Dvin kompleksinə gedərkən Paşinyanın onu salamlayan baxışından xoşlanmayıb. Belarus lideri erməni baş nazidən soruşub: “Niyə belə tutqunsan?” Buna cavab olaraq Paşinyan gülümsəməklə reaksiyasını ifadə edib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınının bugünkü toplantısında deyib ki, ermənilərin təşkilata ümidi doğrulmayıb, çünki KTMT indiyə qədər “Azərbaycanın Ermənistana qarşı aqresssiyasına münasibət bildirməyib”. Paşinyan sonrakı cümləsində təşkilata minnət qoyub. O, bildirib ki, KTMT Qazaxıstanın istəyinə müsbət cavab verib, bu ölkədə bir neçə gün içərisində qayda-qanun yaradarkən, o biri üzv – Ermənistanın “xahişini” görməzlikdən gəlir.
23-11-2022, 20:53
Rusiyanın raket zərbələri Lvovu işıqsız qoydu


Rusiyanın raket zərbələri Lvovu işıqsız qoydu

Rusiyanın raket zərbələri nəticəsində Lvov şəhərinin elektrik enerjisi tamamilə kəsilib. Bu barədə Ukrinform agentliyi məlumat yayıb. Bildirilib ki, Rusiya ordusu bu gün Ukraynanın infrastruktur obyektlərinə növbəti dəfə raket zərbələri endirib. Hücum nəticəsində şəhərin su təminatında da fasilələrin yaranacağı gözlənilir. Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.
23-11-2022, 20:37
Prezident Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi


Prezident Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib. Dövlətimizin başçısı abidələrin önünə əklil qoyub. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!