Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
20-09-2025, 12:09
Sabahın havası


Sabahın havası

Sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında hava şəratinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-18, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 16-20, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.
20-09-2025, 11:56
Ruanda Prezidenti Fəxri xiyabanı ziyarət etdi


Ruanda Prezidenti Fəxri xiyabanı ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Ruanda Respublikasının Prezidenti Pol Kaqame sentyabrın 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
20-09-2025, 11:31
Erməni analar məni şok etdilər! - Paşinyan


Erməni analar məni şok etdilər! - Paşinyan

“Erməni analar 9 noyabr 2020-ci il tarixli sənədi (İkinci Qarabağ müharibəsini dayandıran üçtərəfli bəyanat-red.) imzaladığım və müharibəni bitirdiyim üçün mənə təşəkkür etdilər”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı deyib.
“Bu mənim üçün əsl şok oldu. Erməni elitasının əhəmiyyətli bir hissəsi məni vətənə xəyanətdə ittiham etdi, onlara süd verən analar isə eyni şeyə görə mənə təşəkkür etdilər. Bu analardan soruşdum: nəyə görə mənə təşəkkür edirsiniz? Onların cavabı konkret oldu: on minlərlə əsgərin həyatını xilas etdiyinə və müharibəni bitirdiyinə, Ermənistanı xilas etdiyinə görə. Bizə dedilər: sülhə doğru gedin, bizə sülh lazımdır, ancaq sülh. Başa düşdüm ki, bu, xalqın, o cümlədən kişilərin səsidir”, - Paşinyan bildirib.
20-09-2025, 10:30
Kəlbəcər və Laçına QAR YAĞIB


Kəlbəcər və Laçına QAR YAĞIB

Ölkənin bəzi ərazilərinə leysan yağır, güclü külək əsir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Əksər yerlərdə leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Düşən yağıntının miqdarı Zaqatalada 49, Qusarda 41, Oğuzda 40, Daşkəsən, Balakəndə 37, Qubada 36, Qax (Sarıbaş), Xaltanda 32, Şəki, Gədəbəy, Qrızda 28, Tovuz, Xınalıqda 27, Göygöldə 23, Şamaxıda 22, Qəbələdə 21, Altıağac, Mingəçevirdə 20, Şəmkirdə 19, Gəncədə 18, Sədərəkdə 17, Şabranda 13, Goranboy, Bərdədə 11, Yevlax, Göyçay, Naftalanda 9, Şərur, Bakıda və Abşeron yarımadasında 8, Ağdam, Ağstafada 7, Tərtər, Şahbuzda 6, Qobustanda 5, Zərdab, Ceyrançöl, Sabirabad, Ordubadda 4, İmişli, Kürdəmir, Culfada 3, Ceyrançöl, Beyləqan, Lənkəranda 2, Biləsuvar, Astara, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lerikdə 1 mm-dək olub.
Yüksək dağlıq ərazilərə - Şahdağ (14 sm), Gədəbəy, Daşkəsən (Qoşqardağ), Göygöl (Hacıkənd-Kəpəz Murovdağ), Kəlbəcər, Laçına qar yağıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28, Culfa, Xızıda 25, Bakıda və Abşeron yarımadasında, Mingəçevirdə 23, Naxçıvan, Naftalanda 22, Şərur, Sabirabadda 20, Qobustan, Goranboyda 19, Bərdə, Sədərək, Kürdəmirdə 18, Qusarda 17, Ağdam, Tərtərdə 16 m/s-dək güclənir.
Göyçay, Lerik, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qrız, Şahdağda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.
20-09-2025, 10:13
"Əsrin müqaviləsi"nin 31 yaşı oldu


"Əsrin müqaviləsi"nin 31 yaşı oldu

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur.
Hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı günüdür. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, "Amoco", "McDermott", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "Itochu", "Ramco", "Delta") arasında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.
19-09-2025, 18:53
Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi


Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi

Rusiya Hərbi Hava Qüvvələrinin üç MiQ-31 qırıcısı Estoniya hava məkanına daxil olaraq paytaxt Tallinə cəmi 9 km məsafəyə qədər yaxınlaşıb və təxminən 12 dəqiqə orada qalıb.
Politico"nun məlumatına görə, Şimal Atlantika Alyansı bu təxribatı dayandırmaq üçün İtaliyaya məxsus F-35 qırıcılarını havaya qaldırıb.
MiQ-31-lər Rusiya ordusunun “Kinjal” hipersəs raketləri daşıya bilən ağır təyyarələridir və bu hadisə NATO-nun şərq sərhədində ciddi eskalasiya kimi dəyərləndirilir.
Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini çağıraraq hava sahəsinin pozuntusuna görə rəsmi etiraz notası təqdim edib.
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, bu il artıq dördüncü dəfə Rusiya Estoniya hava məkanını pozur:
“Bu gün baş verən hava məkanı pozuntusu misilsiz dərəcədə cəsarətli idi. Artan təzyiqlərə qarşı siyasi və iqtisadi cavablar daha da gücləndirilməlidir.”
Hadisə fonunda Estoniya Müdafiə Qüvvələri hava sərhədlərinin pozulması ssenarilərini məşq etmək üçün fövqəladə təlimlərə başlayıb.
Latviya Seymi Rusiyadan və Belarusdan gələn risklər səbəbindən sərhədlərin tam bağlanması qərarını qəbul edib. Polşa da Belarusla sərhəddə eyni addımı atıb.
Mütəxəssislər baş verənləri NATO-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.
19-09-2025, 18:03
Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq


Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq

Avropa İttifaqı Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq.
Bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos İrəvanda Baş nazirin müavini Mqer Qriqoryanla birgə mətbuata açıqlamasında deyib.
“Ermənistan üçün Dayanıqlılıq və İnkişaf Proqramının ikinci mərhələsi üçün maliyyə təmin etdiyimizi elan etməkdən böyük şərəf duyuram. Bu, 200 milyon avrodan artıqdır ki, bu da əlaqə, dayanıqlılıq və biznesin inkişafına sərmayələri artıracaq”, - Aİ komissarı vurğulayıb.
Aİ komissarı qeyd edib ki, 2021-ci ildən Ermənistan üçün 2,5 milyard avrodan çox investisiya səfərbər edilib.
19-09-2025, 17:48
Fransanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi


Fransanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi[/size]

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, səfir Sofi Laqutt etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfir Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov həmçinin səfir Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Sofi Laqutt qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməcəyini diqqətə çatdırıb.
Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19-09-2025, 17:36
Bakıda ödənişi hərəkət zolaqları yaradılacaq


Bakıda ödənişi hərəkət zolaqları yaradılacaq

Bakıda ödənişi hərəkət zolaqları yaradılacaq.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanda qeyd edilib.
Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Zolaqlardan əldə edilən gəlilər "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna daxil ediləcək.
19-09-2025, 17:33
Nazirlik əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin


Nazirlik əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda, hələ ki, epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir:
“Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”.
Təyyar Eyvazov qeyd edib ki, bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!