Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu .....                        Reper Əkbər Novruzlu həbs olundu .....                        Ukrayna hökuməti istefa verdi .....                        "Əl Ərəbiyyə" telekanalının Suriyadakı ofisi vuruldu .....                        Qohumunu 40 manat borca görə bıçaqlayan şəxs azadlığa buraxıldı .....                        Ziya Bünyadov prospekti ilə Böyükşor-Pirşağı yolunun kəsişməsində dəyişiklik .....                        Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində .....                        Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək istəyir .....                        Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                       
18-09-2022, 18:43
İrəvanda ABŞ bayraqları ilə Rusiyaya qarşı etirazlar


İrəvanda ABŞ bayraqları ilə Rusiyaya qarşı etirazlar

Ermənistanın paytaxtı İrəvanda Amerika bayraqları ilə Rusiya əleyhinə aksiya başlayıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Rusiya əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları Ermənistanın KTMT-dən çıxmasını tələb edirlər. Xatırladaq ki, Ermənistan Azərbaycanla sərhəddə baş verən son hadisələrlə əlaqədar KTMT-yə müraciət etsə də, istədiyi cavabı almayıb. Qeyd edək ki, hazırda təşkilatın sədri Ermənistanın baş naziri Nikol Paşinyandır.
18-09-2022, 18:41
Millimiz Avstriyaya qalib gəldi


Millimiz Avstriyaya qalib gəldi

Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb. Butov.az xəbər verir ki, komandamız 1/8 finalda Avstriyanı məğlub edib. 73 kq çəki dərəcəsində çıxış edən Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib. 57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib. Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.
18-09-2022, 18:39
Türkiyədə yük gəmisi batdı


Türkiyədə yük gəmisi batdı

Türkiyənin Hatay vilayətində yük gəmisi batıb. Butov.az xəbər verir ki, hadisə Hatayın İskenderun rayonunda baş verib. Toqo bayrağı altında üzən “Sea Eagle” gəmisi yükünü boşaltmaq üçün yanaşdığı limanda su alaraq batıb. Gəmi heyəti qısa zamanda təxliyə edilib. Təhlükəsizlik tədbirlərinin alındığı bölgədə gəmidəki konteynerlərin quruya çıxarılması işləri aparılır. Hadisənin başvermə səbəbləri hələlik bəlli deyil.
18-09-2022, 18:36
Borreldən Ukrayna ilə bağlı çağırış – Müharibə uzanacaq...


Borreldən Ukrayna ilə bağlı çağırış – Müharibə uzanacaq...

"Ukrayna münaqişəyə son qoymaq üçün şərtləri müəyyənləşdirməlidir". Bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell deyib. Onun fikrincə, Ukraynada hərbi əməliyyatlar uzun müddət davam edə bilər. Bundan əlavə, Avropa diplomatiyasının rəhbəri Avropa İttifaqı ölkələrini Kiyevə dəstəyi artırmağa, Ukraynanın hərbi və iqtisadi ehtiyaclarını ödəməyə çağırıb.
18-09-2022, 18:34
İtaliyada ciddi böhran: Rusiya qazı kəsilsə...


İtaliyada ciddi böhran: Rusiya qazı kəsilsə...

İtaliya qaz böhranı ilə üz-üzə qalıb. Butov.az xəbər verir ki, İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığı riski yaranıb. Məlumata görə, cari ilin oktyabr ayından Rusiya qazının tədarükü tam dayandırılacağı təqdirdə böhran daha da böyüyəcək. Üstəlik, alternativ tədarük və ehtiyatların təşkili nəzərə alınarsa, İtaliyada istehlak səviyyəsindən təxminən 8%, yəni 6,4 milyard kubmetr qaz çatışmazlığı yaranacaq. Mütəxəssislərin fikrincə, bu, iqtisadi artımın azalmasına və 600 minə yaxın iş yerinin itirilməsinə səbəb olacaq.
18-09-2022, 18:32
Tbilisidə ermənilərin təxribat cəhdi - İnsident yaşandı


Tbilisidə ermənilərin təxribat cəhdi - İnsident yaşandı

Gürcüstanda yaşayan bir qrup erməni Tbilisidə aksiya keçirməyə cəhd edib. Butov.az xəbər verir ki, əksəriyyəti qadınlardan ibarət olan qrup paytaxt metrosunun Ablavari stansiyasının yanında Azərbaycan səfirliyinin binasına qədər yürüş etməyə cəhd göstərib. Lakin Avropa meydanının yanında polislə qarşıdurma olub. Təxribat törətməyə çalışan ermənilərin cəhdi baş tutmayıb. Erməni qadınlar küçələrdəki zibil qablarını dağıdıb, polisə qarşı güc tətbiq etməyə çalışıblar. Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.


18-09-2022, 18:29
Qırğızıstanda on minlərlə insan təxliyə olundu


Qırğızıstanda on minlərlə insan təxliyə olundu

Son iki gün ərzində toqquşmaların baş verdiyi Tacikistanla sərhədə yaxın ərazidə yaşayan Qırğızıstan vətəndaşlarının təxliyəsi prosesi yekunlaşıb. Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və xilasetmə işləri departamentinin rəhbəri Bolot Şarşanəliyev bildirib. O deyib ki, evakuasiya prosesinin başa çatıb:"Biz demək olar ki, bütün əhalini təxliyə etdik. Ərazilərdə yalnız evlərin təhlükəsizliyini təmin etmək üçün yerli sakinlərdən yaradılan könüllü xalq dəstələri qalıb. Qadınlar, uşaqlar, qocalar isə artıq təxliyə edilib”. Onun sözlərinə görə, ümumilikdə, Batken və Oş vilayətlərinin bir sıra yaşayış məntəqələrinin sakinləri nəzərə alınmaqla, 142 minə yaxın insan təxliyə olunub.
18-09-2022, 15:59
Əməkdar Mədəniyyət işçisi vəfat etdi


Əməkdar Mədəniyyət işçisi vəfat etdi

"Ədəbiyyat" qəzetinin məsul katibi, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu vəfat edib. Bu barədə qəzetdən məlumat verilib. Allah rəhmət eləsin!

18-09-2022, 15:56
İtaliya daşqınlara təslim oldu


İtaliya daşqınlara təslim oldu

İtaliyanın Ankona şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 10 nəfər ölüb. Bu barədə Ankona şəhərinin rəhbərliyi məlumat yayıb. Bildirilib ki, daşqınlar səbəbindən üç nəfər itkin düşüb. Ostra bölgəsinə səfər edən İtaliyanın Baş naziri Mario Draqi rəsmilərdən məlumat alıb. Qeyd edək ki, Marke Regional Rəhbərliyi daşqınlar səbəbindən həyatını itirənlər ilə əlaqədar iki gün matəm elan edib.
18-09-2022, 15:52
Ukraynalılar erməni təxribatına niyə susdular...


Ukraynalılar erməni təxribatına niyə susdular...

Ermənistan silahlı qüvvələrinin sərhəddə Azərbaycan Ordusuna qarşı törətdiyi genişmiqyaslı təxribatlara dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdədir. Azərbaycana dost və strateji tərəfdaş olan ölkələr Ermənistanın hərbi təxribatlarını pisləyərək, rəsmi Bakıya öz dəstəklərini nümayiş etdiriblər. Lakin Azərbaycan daim müttəfiq kimi dəstək olduğu, Rusiyaya qarşı savaşında açıq mövqe sərgilədiyi Ukrayna isə sərhəd olaylarına neytral münasibət bildirərək, tərəfləri sülhə çağırmaqla kifayətlənib.“Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sərhəddəki təxribatlarla bağlı ölkəsinin mövqeyini ortaya qoyub. Təəssüflər olsun ki, Ukrayna vətəndaşlarından gözlədiyimiz mənəvi dəstəyi ala bilmədik. Doğrudur, hazırda hər bir ukraynalının başı ölkəsində davam edən qanlı müharibəyə qarışıb. Lakin ən azından haqsızlıqla üzləşən ölkənin nümayəndələri kimi Ermənistanın Azərbaycana qarşı xain hücumlarına səssiz qalmamalı idilər. Bu azmış kimi Bakıda konsert verməyə hazırlaşan ukraynalı müğənni Maks Barskixin ermənilərə açıq dəstəyi sosial şəbəkələrin Azərbaycan seqmentində etiraz doğurub. Onun dekabrın 10-da Bakıda keçirilməsi planlaşdırılan konsertinin ləğvi tələbi ilə çağırışlar edilib. Etirazlar fonunda Maks Barskixin konsertinə bilet satışı dayandırılıb. Dost Ukrayna vətəndaşlarının belə laqeyd münasibəti nədən irəli gəlir? Bu barədə danışan ukraynalı siyasətçi, hazırda döyüşlərdə iştirak edən Dmyotro Kulibaba ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib."Hazırda bizdə plüralizm var, insanlarda fikir ayrılıqları yaşanır. İnsanların fikirlərini bildirməsinə qadağa qoya bilmərik, amma həqiqətlər fərqlidir. Dövlətin məmurları var, onların dediklərini rəhbər tutmaq lazımdır. Tərəfdaşımız olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim hakimiyyət hər zaman azad Azərbaycanın yanındadır. İnsanlar müxtəlif düşünə bilər, amma xalqımız da Azərbaycan xalqı ilə birdir", - deyə Kulibaba vurğulayıb. Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrin 80 hərbi qulluqçusu şəhid olub. Baş verən silahlı toqquşmalardan sonra tərəflər arasında atəşkəs razılığı əldə edilib. Artıq 4 gündür ki, atəşkəs razılaşmasına riayət olunur. Bununla belə sərhəddə təhlükənin aradan qalxmadığı, vəziyyətin gərgin olduğu görünür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!