Azərbaycanın dünyada artan nüfuzu Hindistanı narahat edir
Məlum olduğu kimi, Ermənistanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına ünvanladığı məktub əsasında sentyabrın 16-da şuranın toplantısı keçirilib. İclasda müzakirələr açıq rejimdə aparılıb və Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin və Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryanın çıxışları dinlənilib. Daha sonra toplantıda ayrı-ayrı ölkələrin təmsilçiləri çıxış ediblər. Bəzi ölkələrin nümayəndələrinin çıxışları onların əsl simasını ortaya qoyub. Bunlardan biri Fransa, digəri Hindistandır. Rəsmi Parisin mövqeyi əzəldən bəllidir. Fransa təmsilçisinin BMT iclasında Ermənistanı müdafiəyə qalxması təəccüb doğurmur. Hindistana gəldikcə isə, bu ölkə ikiüzlü siyasət yürütdüyünü bir daha ortaya qoydu. Belə ki, Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Hindistan nümayəndəsi sərhəddə baş verən hadisələrdən narahat olduğunu deyib və açıq-aşkar işğalçı Ermənistana dəstəyini ifadə edib.“Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan sərhədində olan gərginliyi izləyir və hadisələrdən narahatdır. Biz təcavüzkar tərəfi (Hindistan nümayəndəsi təcavüzkar dedikdə Azərbaycanı nəzərdə tutur-red) hərbi əməliyyatları dayandırmağa çağırırıq. Hindistan beynəlxalq hüquqa və ölkələrin suverənliyinə hörmətlə yanaşır. Beynəlxalq səviyyədə tanınan sərhədləri tanıyır” - Hindistan rəsmisinin çıxışında qeyd olunub. Maraqlıdır, Hindistanın erməni sevgisi nədən qaynaqlanır? Dehlinin işğalçının yanında olmasının səbəbi nədir?
Bu barədə danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Hindistanın bu addımı təəccüb doğurmur:“Hindistan Qarabağ münaqişəsində heç vaxt ədalətli mövqe tutmayıb. Biz bir dəfə də olsun, dünyanın bu böyük dövlətinin Ermənistanın işğalını pisləməsini, BMT Təhlükəsizilik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etdiyini eşitməmişik. Azərbaycanla siyasi əlaqələr saxlasa da, Azərbaycan ərazi bütövlüyü məsələsi Hindistan tərəfindən heç vaxt dilə gətirilməyib. 2020-ci ilə qədər Hindistanın Ermənistana silah satması barəsində məlumatlar yayılmışdı. Belə faktlar var idi. Ona görə də Hindistanın BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycana qarşı aqressiv mövqe sərgiləməsi gözlənilməz deyildi”. Deputatın sözlərinə görə, Hindistan tərəfinin sərgilədiyi siyasət təəssüf doğurur:“Hindistanın Azərbaycanın həqiqətləri barədə dolğun informasiya almaq üçün böyük imkanları var idi. Amma Hindistan bunun üçün çalışmadı. İndi biz Hindistanın bu hərəkətinə ancaq təəssüf edə bilirik”. A.Mirzəzadə bildirib ki, Hindistanın Ermənistana dəstəyi Azərbaycanı yolundan döndərə bilməz:“Bizim Hindistanla böyük iqtisadi əlaqələrimiz yoxdur. Eyni zamanda hərbi-texnolji sahədə də bu ölkə ilə əməkdaşlığımız mövcud deyil. Hindistanın bu addımı Azərbaycanı öz ərazi bütövlüyünü dəstəkləməkdən çəkindirə bilməz. Hindistanın Ermənistanı müdafiə etməsi onu gücləndirə bilməz. Bu gün Hindistanın sərgilədiyi mövqeyi onun Pakistanla gərgin münasibətlərinin əks-sədası kimi qiymətləndirmək lazımdır. Eyni zamanda Azərbaycan Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və qardaş ölkənin yanındadır. İndi Azərbaycanın dünyada artan nüfuzu Hindistanı narahat edir. Azərbaycan Qoşulmama Hərəkatının gənc üzvü olmasına baxmayaraq, bir müddət sonra həmin hərəkatın rəhbəri oldu. Bundan sonra təşkilatın nüfuzu daha da artdı. Hərəkatın parlamenti yaradıldı. Daha sonra qadın qolları yaradıldı. Hindistan da vaxtilə bu təşkilata rəhbərlik edib. Ancaq onun aktivliyi olmayıb. Qoşulmama Hərəkatında Azərbaycanın nüfuzunun daha da artması özlüyündə Hindistanı narahat edir. Ancaq problem yoxdur. Bu, Hindistanın özünə ziyandır. Bütün dünyada ədalətsiz mövqe tutan tərəf kimi tanınacaq”.
Rusiyanın Ukraynadakı hərbi itkiləri artır - 54250 nəfər
Son sutka ərzində Ukrayna hərbçiləri daha 200 rusiyalı işğalçını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunur ki, fevralın 24-dən sentyabrın 17-dək rusların ümumi döyüş itkiləri təqribən 54250 nəfər təşkil edir. Bundan əlavə, həmin müddət ərzində rusların 2202 (gündə 3) tankı məhv edilib. Digər itkilər aşağıdakı kimi ümumiləşdirilib: 4701 zirehli döyüş maşını, 1306 artilleriya sistemi, 312 raket sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 216 helikopter, 911 dron, 236 qanadlı raket, 15 gəmi/qayıq, 3 min 571 avtomobil texnikası və tanker, 121 ədəd xüsusi texnika.
Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçularının sayı 79-a çatıb. Bu gün Müdafiə Nazirliyi tərəfindən açıqlanan şəhidlərimizin adlarını təqdim edir: 10 iyul 2003-cü il təvəllüdlü Əsgər Omarov Eşqin Nəsib oğlu 11 oktyabr 1997-ci il təvəllüdlü Baş leytenant Nəcəfzadə Hüseyn Abbasqulu oğlu Qeyd edək ki, Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu bildirib. Daha sonra Müdafiə Nazirliyi hərbçimizə şəhid statusunun verildiyini açıqlayıb.
Tacikistanla sərhəddə yaralanan qırğızların sayı 121-ə çatdı
Tacikistanla sərhəddə münaqişə nəticəsində xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 121 nəfərə çatıb. Bunu Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti bəyan edib.“17 sentyabr da səhiyyə təşkilatlarına daxil olan zərərçəkənlərin ümumi sayı 121 nəfərdir, onlardan 7 zərərçəkmiş ambulator müalicəyə göndərilib”, - deyə Nazirlik bildirib. Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. Sərhədin demək olar ki, bütün perimetri boyu iki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər bütün gün davam edib. Atəşkəs yalnız axşama doğru əldə edilib. Qırğızıstan tərəfi qarşıdurma nəticəsində 24 vətəndaşının öldüyünü bildirib. Şənbə günü səhər toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsi tez-tez yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında sərhədin necə keçdiyini müəyyən etmək mümkün olmayan ərazilərdir.
Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbi qulluqçusu, əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, qanunvericiliyə əsasən E.Omarov şəhid statusu alacaq. Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır. O, silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib.
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğlu silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Faktla əlaqədar Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır.
Erməni təxribatçılarının basdırdığı minalar aşkarlandı
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Rəsmi məlumata görə, mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Hacıqabul şəhərində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Baladov Ruslan Allahyar oğlunun xatirəsi məzarı önündə anılıb. Butov.az xəbər verir ki, xatirə tədbirində rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edib. Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə tər qərənfillər düzülüb. Anım mərasimdə iştirak edənlər tərəfindən Şəhidin valideynlərinə baş sağlığı verilərək, Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açılıb. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışılıb. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb. Baladov Ruslan Allahyar oğlu 27.09.2020-ci il tarixdə Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Sonda Şəhidlərin ruhuna dualar oxunub.
Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan düşmən cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətini davam etdirir. Butov.az xəbər verir ki, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti növbəti erməni təxribatı barədə məlumat yayıb. Məlumata görə, sentyabrın 16-sı gündüz saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edib. Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri xüsusi texniki vasitələrlə düşmən PUA-sını endirilərək zərərsizləşdirib.
ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə Ukraynada taktiki nüvə və ya kimyəvi silahdan istifadədən çəkinməsi üçün xəbərdarlıq edib. Butov.az-ın məlumatına görə, Bayden CBS telekanalına müsahibəsində Putini Ukraynada nüvə silahından istifadəyə görə hədələyib. Deyib ki, əks təqdirdə, bunun nəticələri Kreml üçün ağır olacaq. Amerika liderinin sözlərinə görə, o, Putini bu addımla bağlı şəxsən xəbərdar edib."Bunu etmə! Nəticələri ağır olacaq. Yoxsa cavab verəcəksiniz!", - ABŞ prezidenti xəbərdarlğında qeyd edib. Lakin Amerika lideri Rusiyaya cavabın nə olacağını açıqlamayıb.