Milli Qəhrəmanların təqaüdü 200 manat artdı .....                        Tokayev parlament sədrləri ilə görüşdü - FOTO .....                        Dəfn pulu 600 manat oldu .....                        Şəhid ailələlərinin təqüdünü yeni məbləği .....                        Çoxuşağlı ailələrin təqaüdü 35 manat artdı .....                        Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM .....                        Vətən Müharibəsi Qəhrəmanları 2200 manat alacaq .....                        Sosial müavinətlər və təqaüdlər artırılır - Prezident Sərəncam imzaladı .....                        Kəlbəcərlilər bu tarixdə doğma yurda qayıdır .....                       
5-02-2025, 12:45
Qar yağacaq, 14 dərəcə şaxta olacaq - Sabahın havası


Qar yağacaq, 14 dərəcə şaxta olacaq - Sabahın havası

Fevralın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
5-02-2025, 12:29
Tramp İran prezidenti ilə görüşə razılıq verdi


Tramp İran prezidenti ilə görüşə razılıq verdi

ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianla görüşə razılıq verib.
Tramp bu barədə çərşənbə axşamı Ağ Evdə jurnalistlərlə söhbəti zamanı müvafiq bəyanatla çıxış edib.
ABŞ-ın İrana maksimum təzyiqini bərpa etmək üçün sərəncam imzaladıqdan sonra Tramp ümid etdiyini bildirib ki, o, bu vasitədən tez-tez istifadə etmək məcburiyyətində qalmayacaq.
"İran prezidenti ilə görüş və ya birbaşa əlaqə barədə düşünəcəkmi" sualına Tramp “hə” cavabını verib.
“Baxacağıq ki, İranla razılığa gələ bilərik, yoxsa sövdələşəcəyik”, - Amerika lideri qeyd edib.
Mümkün razılaşmanın təfərrüatları ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Tramp vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz.
“Biz İrana və ya başqasına qarşı sərt mövqe tutmaq istəmirik, lakin onlar nüvə silahına malik ola bilməzlər”, - ABŞ prezidenti bildirib.
Trampdan ona və ya komandasının üzvlərinə qarşı sui-qəsd olarsa, İranın hansı nəticələrlə üzləşə biləcəyi də soruşulub.
“Bunu etsələr, məhv olacaqlar. Mən göstərişlər vermişəm, onlar bunu etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”, - Amerika lideri vurğilayıb.
5-02-2025, 12:13
İtkin düşən daha 3 şəhid dəfn ediləcək


İtkin düşən daha 3 şəhid dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.
Məlumata görə, itkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq.

5-02-2025, 00:46
Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA


Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA

Təcili tibbi yardım ilkin tibbi yardımın göstərilməsi və lazım gəldikdə isə xəstənin hospitalizasiya üçündür.
Bunu Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə deyib.
O bildirib ki, meyit daşınması təcili tibbi yardım avtomobillərinin fəaliyyət profilinə aid deyil.
N.Adıgözəlzadə hansı hallarda meyitin təcili yardım maşını ilə daşındığına aydınlıq gətirib:
"Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir. Bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir", - mətbuat katibi bildirib.
Onun sözlərinə görə, ölüm hadisəsi kənd yerində baş veribsə, kənd sahə xəstəxanasının həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir.
"Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının həkimi, eləcə də feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir", - deyə N.Adıgözəlzadə bildirib.
5-02-2025, 00:30
İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ


İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ

Elm adamları ilk dəfə olaraq insan beyin toxumasında mikroplastiklərin olduğunu müəyyən ediblər. Bu, plastikin insan sağlamlığına təsiri ilə bağlı ciddi narahatlıq doğurub.
Bu barədə CNN telekanalı yeni araşdırmaya istinadla məlumat yayıb.
"Bu kəşf mikroplastiklərin orqanizmə necə daxil olması və bunun sinir sistemində hansı nəticələrə səbəb ola biləcəyi ilə bağlı elmi ictimaiyyət qarşısında yeni suallar yaradır", - tədqiqatın müəllifləri hesab edirlər. Onların məlumatlarına görə, tədqiqatda iştirak edən onlarla insanın beyin toxuması nümunələrində plastik hissəciklər aşkarlanıb. Hər bir insanda tapılan bu mikroplastikin miqdarı bir çay qaşığı doldurmağa kifayət edər.
Ölçüsü 5 mm-dən az olan kiçik plastik parçaları olan mikroplastiklər çoxdan havada, suda və qidada tapılıb. Lakin onun beyində olması alimlər üçün sürpriz olub. Hissəciklərin tənəffüs yolları və ya mədə-bağırsaq sistemindən bədənə daxil ola biləcəyi və daha sonra qan dövranı ilə yayıldığı bildirilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mikroplastiklərin beyinə uzunmüddətli təsirləri hələ də lazımi səviyyədə öyrənilməyib. "Biz bunun idrak funksiyasına, neyrodegenerativ xəstəliklərin inkişaf riskinə və ya ümumi sağlamlığa necə təsir etdiyini bilmirik", – deyə tədqiqat müəlliflərindən biri qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər plastik çirklənmənin təsirləri ilə bağlı daha çox araşdırma aparmağa çağırıb. Telekanal qeyd edir ki, yeni araşdırma plastikdən istifadəni azaltmaq və ekosistemləri qorumaq üçün təcili tədbirlərin görülməsi zərurəti ilə bağlı narahatlığı artırır.
4-02-2025, 23:45
İsveçrədə məktəbə hücum: 10 nəfər öldü


İsveçrədə məktəbə hücum: 10 nəfər öldü

İsveçrənin Örebro şəhərində yerləşən orta məktəbə silahlı hücum edilib.
Bu barədə "Expressen" nəşri yazıb.
Hadisə nəticəsində on nəfər həyatını itirir. Xəsarət alanların dəqiq sayı məlum olmasa da, son məlumatlara görə, altı nəfərdən artıqdır.
İlkin məlumata görə, atəş açan şəxs intihar edib.
İsveçin baş naziri Ulf Kristersson həlak olanların yaxınlarına başsağlığı verib. O, "bütün İsveç üçün çox ağrılı bir gün" olduğunu söyləyib.
Hadisə barədə polisə məlumat saat 12:30 radələrində daxil olub. Qatilin motivləri məlum deyil. Onun 35 yaşı var, polisin dediyinə görə, heç bir dəstə ilə əlaqəsi yoxdur və cinayəti yoxdur. Onun təkbaşına hərəkət etdiyi güman edilir. Polis artıq atəş açan şəxsin evində axtarış aparıb və bina tamamilə mühasirəyə alınıb.
Örebro İsveç paytaxtından 200 km aralıda yerləşir və 2000-ə yaxın əhalisi var. Atışmadan sonra məktəb boşaldılıb.
4-02-2025, 23:30
Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ


Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ

Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır.
Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildiriblər.
Qeyd edilib ki, məsələnin hüquqi, praktiki və dini-sosial tərəfləri var.
Bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizdə yaşayan hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
“Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nda ölmüş şəxsin dini mənsubiyyəti və inancına uyğun olaraq kremasiya olunması prosesini tənzimləyən müddəalar öz əksini tapıb. İndiyədək Dövlət Komitəsinə ümumi məlumat əldə etmək niyyəti daşıyan bəzi istisna hallardan başqa, konkret faktlarla əlaqədar müraciətlər daxil olmayıb. Hazırda müvafiq dövlət qurumları arasında kremasiya mərkəzlərinin açılması məsələsi ilə bağlı müzakirələr aparılmır", - məlumatda bildirilib.
Qeyd edək ki, son günlər mətbuatda ölkədə kremasiya (meyitlərin yandırılması) mərkəzlərinin açılacağı barədə xəbərlər yayılıb.
4-02-2025, 22:44
Kadi yenidən "Qarabağ"da


Kadi yenidən "Qarabağ"da

“Qarabağ” sabiq futbolçusu Kadi Borxesin yenidən heyətinə qatıb.
Braziliyalı oyunçu artıq Bakıdadır.
Qeyd edək ki, Kadi ötən ilin yayında Macarıstanın “Ferensvaroş” klubuna keçmişdi. O, 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “Qarabağ”ın formasını geyinib.
4-02-2025, 22:31
Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı...


Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Əhməd Əş-Şaara arasında görüş başa çatıb.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Ərdoğan bildirib ki, indiki məqamda ərəb və islam dünyası yeni iqtidara və Suriya xalqına lazımi maddi və mənəvi dəstəyi göstərməlidir: “Bu, çox vacibdir. Suriyalı qardaşlarımızın ölkələrini bərpa edə biləcəklərinə şübhəm yoxdur”.
Ərdoğan qeyd edib ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır.
Ə. Şaara isə 1967-ci il sərhədlərinin bərpa olunmasının vacibliyini vurğulayıb. O söyləyib ki, Suriya Türkiyə ilə əlaqələri inkişaf etdirmək niyyətindədir.
4-02-2025, 21:53
Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ


Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib.
Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilir ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub.
“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, - mənbə bildirib.
Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!