26-03-2026, 00:17
Arda Gülərdən YENİ REKORDİspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.
21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.
Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib. Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.
Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.
25-03-2026, 23:47
Fidan Əraqçi ilə hərbi əməliyyatlardan danışdıTürkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər bölgədə davam edən son proseslər və hərbi əməliyyatlarla bağlı fikir mübadiləsi aparıblar.
25-03-2026, 23:26
Rusiyada dollar qadağası - RƏSMİRusiyadan Avrasiya İqtisadi Birliyi ölkələrinə 100 min dollardan çox məbləğdə nağd pul aparmaq qadağan edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Fərman imzalayıb.
Bundan artıq məbləğ üçün yalnız rəsmi icazə alınmalıdır.
25-03-2026, 23:00
Millimiz məğlubiyyətlə başladıAzərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb.
B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.
Kaunasdakı "Raudondvario" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:0.
Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.
25-03-2026, 22:10
"İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib""İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib".
Bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari deyib.
"Regionda bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və əsgərlər qaçaraq bazalardan kənardakı sığınacaqlarda gizləniblər və biz onları axtarırıq", - deyə o bildirib.
İ.Zülfəqari, həmçinin Yaxın Şərq bölgəsinin bütün sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə, habelə "öz təhlükəsizlikləri üçün onların qovulmasını tələb etməyə" çağırıb.
25-03-2026, 21:32
Mirzoyan: "İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır"Hazırkı gərgin regional mühitdə Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisin iclasında bildirib.
O, vurğulayıb ki, sülh hər iki tərəf üçün faydalı olduğu müddətcə qorunub saxlanıla bilər.
Onun sözlərinə görə, İrəvanın məqsədi uzunmüddətli sülhün qorunmasına töhfə verəcək Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq sistemi yaratmaqdır.
25-03-2026, 21:07
"ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir"ABŞ İranın “Buşehr” Atom Elektrik Stansiyası ilə bağlı vəziyyət üzrə heç bir zəmanət vermir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva bu obyektə zərbələrin yaratdığı təhlükə ilə bağlı öz mövqeyini Vaşinqtona çatdırır.
“Heç bir zəmanət yoxdur, lakin biz hər dəfə bu zərbələrin arxasında duran ciddi təhlükə ilə bağlı mövqeyimizi onların diqqətinə çatdırırıq”, – deyə Peskov qeyd edib.
25-03-2026, 20:41
Xaçmazda meşədə gənc oğlan meyiti tapıldıXaçmazda meşədə meyit tapılıb.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Xudat şəhər sakini, 25 yaşlı Şükür Rəsul oğlu Musayevin meyiti Xaçmaz şəhəri ərazisindəki meşəlik sahədə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Araşdırma aparılır.
25-03-2026, 20:29
Livanda ölənlərin sayı 1094-ə çatıbSon 24 saat ərzində İsrailin Livanın cənub və şərqində hava hücumları nəticəsində ən azı 22 nəfər həlak olub, daha 153 nəfər yaralanıb.
Bu rəqəmlər Səhiyyə Nazirliyinin hesabatında qeyd olunub.
"Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1094-ə, yaralılar isə 3119-a çatıb. Martın 2-dən 24-dək İsrailin hücumlarının qurbanları arasında 120 uşaq və 81 qadın var."
Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, əsasən Beyrutda 1 milyondan çox şəxs müharibə səbəbindən şəhəri tərk edib.
25-03-2026, 19:56
Zərdabda maşın kanala düşdü: 3 ölü, 4 yaralı - YENİLƏNİBBu gün Zərdabda yol qəzasında xəsarət alan 4 nəfərdən biri dünyasını dəyişib.
Xəsarət alan Mütəllim Mütəllimov həkimlərin səyinə baxmayaraq, Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.
***
10:50
Zərdabda yol qəzası olub, ölən ve xəsarət alan var.
Hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova ve Umud Mütəllimov isə xəsarət alıb.