Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
23-10-2025, 19:49
Kamilo Duranın son durumu açıqlandı


Kamilo Duranın son durumu açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.
Klubdan bildirilib ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.
Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzləqnib.
23-10-2025, 19:27
Azərbaycanlı zabitə “Tələbələrin şərəf qılıncı” təqdim edildi


Azərbaycanlı zabitə “Tələbələrin şərəf qılıncı” təqdim edildi

Azərbaycan və İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əlaqələr uğurla davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov İtaliya Respublikasının ölkəmizdəki hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vizzini ilə görüşüb.
Görüşdə Azərbaycan-İtaliya HDQ-lərinin hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığına dair geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Sonda italiyalı qonaq "Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu"na əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini 2024-2025-ci tədris ilində fərqlənmə ilə bitirən leytenant Hümbət Qasımova İtaliya HDQ komandanı adından “Tələbələrin şərəf qılıncı” xatirə hədiyyəsini və sertifikatı təqdim edib.
23-10-2025, 19:06
Azərbaycan Qəzzada sülhməramlılara rəhbərlik edə bilər


Azərbaycan Qəzzada sülhməramlılara rəhbərlik edə bilər

Azərbaycan və İndoneziya Qəzza sektoruna göndərilməsi planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (International Stabilization Force) rəhbərliyini öz üzərinə götürə bilər.
Bu barədə İsrailin "Israel Hayom" nəşri yazıb.
Məlumata görə, bu iki ölkə “on minlərlə hərbçidən ibarət çoxmillətli kontingentin nüvəsini” təşkil edəcək.
Qəzet yazır ki, Azərbaycan və İndoneziyanın missiyaya daxil edilməsi barədə qərar İsrailin Türkiyə qoşunlarının əməliyyata qatılmasına veto qoymasından sonra qəbul edilib. ABŞ da bu məsələdə İsrailin mövqeyini dəstəkləyib.
Məlumatda qeyd olunur ki, İndoneziya BMT mandatı altında beynəlxalq sülhməramlı missiyalarda geniş təcrübəyə malikdir. Azərbaycan isə İsrailin təhlükəsizlik və müdafiə sahəsində ən yaxın tərəfdaşlarından biri hesab olunur.
Hazırda Azərbaycan və İndoneziya bölmələrinin Qəzzaya yerləşdirilməsi ilə bağlı koordinasiya prosesi aparılır. Bununla belə, missiyanın formalaşması ilkin mərhələdədir. İndoneziya tərəfi iştirak üçün əsas şərt kimi missiyanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsini tələb edir.
23-10-2025, 18:50
İran bu şəxsi Azərbaycana təhvil verdi


İran bu şəxsi Azərbaycana təhvil verdi

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli Müqavilənin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İran İslam Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.
22-10-2025, 18:15
Netanyahu Türkiyəyə qarşı çıxdı


Netanyahu Türkiyəyə qarşı çıxdı

İsrail hökuməti Qəzza zolağında yaradılması planlaşdırılan beynəlxalq sülhməramlı kontingentdə Türkiyənin iştirakına qarşı çıxıb.
Bu barədə "The Times of Israel" nəşri İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, rəsmi Təl-Əviv bu məsələdə mövqeyində birmənalıdır:
“Heç bir fikir ayrılığı yoxdur. Türkiyə missiyada iştirak etməyəcək,” – Baş nazirin ofisi bildirib.
Xatırladaq ki, Qəzzada vəziyyətin sabitləşdirilməsi və atəşkəsin uzunmüddətli təminatı məqsədilə beynəlxalq qüvvələrin yerləşdirilməsi ideyası son günlər Qərb dövlətləri və ABŞ tərəfindən müzakirə olunur. Lakin İsrail hökuməti bəzi ölkələrin, xüsusilə Türkiyənin, bu kontingentdə yer almasına qarşı çıxır.
Ankara isə bundan əvvəl bölgəyə “sülh və sabitlik naminə” töhfə verməyə hazır olduğunu bəyan etmişdi.
22-10-2025, 18:09
Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb


Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib.
1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb.
Təqsirləndirilən şəxs "Trade A” MMC, ”Sumeksport A” MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B” və digər MMC-lərin fəaliyyətlərinə rəhbərlik edib. Onun vahid niyyətlə, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini gömrük orqanlarına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə qəsdən dövlət büdcəsinə ödəməkdən yayınması məlum olub.
İntizam Ağakişiyev məhkəmədə ifadəsində deyib ki, rəhbərlik etdiyi şirkətlər Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışını həyata keçirib. Bəzi MMC-lərin qanuni təmsilçisi özü olmasa da, həmin şirkətlərə faktiki olaraq rəhbərilik edib. O, rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə 18.000.000 manatdan artıq vergi ödənişləri etdiyini də bildirib.
İş adamının rəhbərlik etdiyi şirkətlərin həmin illərdə Abşeron rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və başqa bir sıra dövlət qurumlarında milyonluq tenderlərin qalibi də olması məlum olub.
Məhkəmə İntizam Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verib. Əvəzində o, Cinayət Məcəlləsinin 209.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 1 il 10 ay 27 gün azadlıqdan məhrum edilib. Həmçinin MMC-lərin fəaliyyəti üzrə 2.843.096,43 manatın təqsirləndirilən şəxsdən tutularaq Dövlət Gömrük Komitəsinin büdcəsinə köçürülməsi barədə qərar verilib.
Xatırladaq ki, İntizam Ağakişiyevin adı məşhur Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə işində zərərçəkmiş qismində hallanırdı.
22-10-2025, 17:49
Paşinyan:Azərbaycanla Gürcüstanın dostluq modelindən ruhlanırıq


Paşinyan:Azərbaycanla Gürcüstanın dostluq modelindən ruhlanırıq

İrəvan Azərbaycan və Gürcüstan arasında dostluq münasibətləri modelindən ruhlanır və bu təcrübəni Bakı ilə münasibətlərin normallaşdırılması prosesində tətbiq etməyə çalışır.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
“Biz Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərini gördük və bunu Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına köçürdük. Tarix göstərir ki, biz bir-birimizlə döyüşəndə ​​bu, ancaq itki və zərər gətirir”.
"Biz fürsətlərdən istifadə etməyə başladıq. Bizim regiona daha geniş baxışımız var; daha geniş üfüq açılıb", - Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, “cəmi bir il əvvəl Ermənistanın baş nazirinin Azərbaycan prezidentinə və baş nazirinə təşəkkür edəcəyini təsəvvür etmək çətin olardı”.
22-10-2025, 17:41
111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər


111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər

Bugünədək taksi sürücüsü olmaq istəyən 169 qadın müvafiq imtahanları keçib və şəhadətnamə əldə edib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir.
Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır. Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var.
Qeyd edilib ki, yaxın zamanda ilk qadın avtobus sürücüləri sükanın arxasına keçəcəklər.
22-10-2025, 17:36
Putin onu MDB ölkələri üzrə xüsusi nümayəndə təyin etdi


Putin onu MDB ölkələri üzrə xüsusi nümayəndə təyin etdi

Rusiya prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib.
Müvafiq fərman hüquqi aktların rəsmi saytında yerləşdirilib.
“Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Nikolayeviç Udoviçenko Prezidentin Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edilsin, habelə ona Rusiya Federasiyasının Abxaziya, Gürcüstan və Cənubi Osetiya respublikaları ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə səlahiyyət verilsin”, - sənəddə deyilir.
Bu fərman imzalandığı gündən, oktyabrın 22-dən qüvvəyə minib.

22-10-2025, 17:22
Keçmiş baş nazir öldü


Keçmiş baş nazir öldü

Portuqaliyanın keçmiş baş naziri, aktiv siyasətdən təqaüdə çıxan və milli media imperiyası quran Fransisko Pinto Balsemao vəfat edib.
Bu barədə “Frans-Press”in məlumatında bildirilib.
Onun 88 yaşı var idi. Balsemaonun təsis etdiyi Impresa media qrupu onun ötən axşam saatlarında öldüyünü bildirib, lakin ölüm səbəbini açıqlamayıb.
Pinto Balsemao 1981-ci ildə hakim Sosial Demokrat Partiyası onu Lissabonda təyyarə qəzasında həlak olan baş nazir Fransisko Sa Karneyronun yerinə seçərkən kabinetin üzvü idi.
Pinto Balsemao Sosial Demokrat Partiyasının qurucularından biri idi.
O, Portuqaliyanın səkkizinci hökumətinə rəhbərlik edərək baş nazir postunu tutub.
Pinto Balsemao 1983-cü ilin ortalarında istefa verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!