AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
21-03-2026, 23:18
Nəriman Axundzadə MLS-də ilk oyuna çıxdı


Nəriman Axundzadə MLS-də ilk oyuna çıxdı

Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edib.
21 yaşlı hücumçu müntəzəm mövsümün V turunun "Toronto" ilə səfər oyununda meydana çıxıb. Gənc forvard 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.
Qarşılaşma qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
21-03-2026, 21:56
Məşhur serialın aktyoru vəfat etdi


Məşhur serialın aktyoru vəfat etdi

Braziliyalı aktyor, rejissor, yazıçı və dramaturq Juka de Oliveyra 91 yaşında vəfat edib.
Bu barədə aktyorun yaxınlarına istinadən "Poder360" nəşri məlumat yayıb.
Məlumata görə, o, martın 21-də, səhər saatlarında dünyasını dəyişib.
Juka de Oliveyra tamaşaçılara "Klon" və "Braziliya prospekti" seriallarındakı rolları ilə tanış idi.
Aktyor martın 13-dən San-Paulu şəhərində xəstəxanaların birində reanimasiya şöbəsində müalicə alırdı. Bildirilir ki, o, ürək problemləri fonunda inkişaf edən pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
21-03-2026, 21:15
33 ildən sonra Kəlbəcərdə Novruz tonqalı qalandı


33 ildən sonra Kəlbəcərdə Novruz tonqalı qalandı

Kəlbəcər şəhərində Novruz bayramı böyük coşqu ilə qeyd olunub.
İşğaldan azad edildikdən sonra şəhərdə ilk dəfə sakinlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.
Sakinlər 33 ildən sonra azad Kəlbəcərdə Novruz adətlərini yenidən yaşadıblar. Şəhərin birinci yaşayış məhəlləsində tonqal ətrafında əsl bayram konsreti keçirilib.
21-03-2026, 21:03
Avtomobil 49 yaşlı piyadanı öldürdü


Avtomobil 49 yaşlı piyadanı öldürdü

Cəlilabadda qəzada piyada ölüb.
Hadisə rayonun Günəşli kəndində baş verib.
Cəlilabad rayon sakini 29 yaşlı Məhəmməd Hüseynov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən piyada 49 yaşlı Ceyhun Rzayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
21-03-2026, 20:47
81 illik sülhdən beziblər - Üçüncü Dünya müharibəsi başlaya bilər


81 illik sülhdən beziblər - Üçüncü Dünya müharibəsi başlaya bilər

Bəzi siyasətçilər İkinci Dünya müharibəsinin bitməsindən sonra yaranan bu 81 illik sülhdən beziblər.
Bu sözləri Slovakiya Respublikasının Baş naziri Robert Fitso deyib. O, bu davranışın çox ciddi səhvlərə - Üçüncü Dünya müharibəsinə yol aça biləcəyi barədə xəbərdar edib.
Fitsonun sözlərinə görə, Kuba İran, Livan və Ukraynadakı mövcud münaqişələrə əlavə olunarsa, bu, Üçüncü Dünya müharibəsinə yol aça bilər.
21-03-2026, 20:18
Zavodda yanğın: 14 nəfər həlak oldu


Zavodda yanğın: 14 nəfər həlak oldu

Cənubi Koreyanın Tedjon şəhərində avtomobil hissələri zavodunda baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub.
Bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, hadisə nəticəsində iki yanğınsöndürən də daxil olmaqla 58 nəfər xəsarət alıb. İlkin məlumatlara əsasən, yanğın baş verən zaman zavodun ərazisində 170 nəfər olub.
21-03-2026, 15:30
Qətlə yetirilən müəllim haqda yeni məlumat


Qətlə yetirilən müəllim haqda yeni məlumat

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin qətlə yetirilən müəllimi Pərvanə Abbasova iki uşaq anası idi.
Bu barədə həmin məktəbin yaxınlığında yaşayan valideynlər məlumat veriblər.
Valideynlərin sözlərinə görə, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova 118 saylı məktəbdə informatika fənnindən dərs deyirmiş.
36 yaşlı P.Abbasova Bakı kompüter kollecini bitirib və 2021-ci ildə müəllim kimi fəaliyyətə başlayıb.
Onu ərinin bıçaqlayaraq öldürdüyü bildirilir.
Qeyd edək ki, Suraxanı rayon prokurorluğunun yaydığı məlumatda qeyd edilib ki, ilkin araşdırmalarla Pərvanə Abbasovanın 1983-cü il təvəllüdlü Vasif Abbasov tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
21-03-2026, 14:39
II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı


II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı

Bütün Ermənilərin Katolikosu II Qareginə Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər etmək icazəsi verilməyib.
Bu barədə sosial mediada vəkil Ara Zöhrabyan bildirib.
Katolikosun ofisi Gürcüstan Patriarxlığından 22 mart tarixinə planlaşdırılan dəfn mərasimlərində və liturgiyada iştirak etmək üçün dəvət alıb. Vəkil qonşu ölkədəki yas mərasimini nəzərə alaraq katolikosun mərasimdə iştirak etmək üçün müvəqqəti olaraq səfər etməsi üçün vəsatət qaldırıb, lakin rədd cavabı alıb.
Qeyd edək ki, fevral ayında Masiatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın vəzifəsindən azad edilməsi ilə əlaqədar katolikosa qarşı cinayət işi açılıb. Bu işin bir hissəsi olaraq, onun ölkədən çıxışı qadağan edilib.
Xatırladaq ki, II İliya 17 martda Tbilisi klinikalarından birində 93 yaşında vəfat edib. O, sabah - 22 martda Tbilisidəki Sioni Katedralında dəfn olunacaq.
Bütün Gürcüstanın yeni Katolikos-Patriarxı 40 gündən tez və iki aydan gec olmayaraq seçiləcək.
21-03-2026, 14:18
ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu


ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu

Bu səhər Amerika-İsrail aviasiyası İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə qurğusuna zərbə endirib.
Bu barədə "Tasnim" məlumat yayıb.
İran kütləvi informasiya vasitələrinin məlumatına görə, bu kompleksdə radioaktiv materialların sızması barədə heç bir məlumat yoxdur və qurğuya bitişik ərazilərin sakinləri üçün təhlükə yaranmayıb.
21-03-2026, 14:15
İsrailli generalın elektron poçtu sındırıldı


İsrailli generalın elektron poçtu sındırıldı

İsrail generalı Eran Ortalın elektron poçt hesabı "Hanzala" haker qrupu tərəfindən sındırılıb.
İran mediasının məlumatına görə, qrup 100.000 məxfi elektron poçtu ələ keçirib.
İddia edilir ki, bu məlumatlar soyqırımı siyasəti və hərbi strategiyaların təfərrüatlarını açıqlayır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!