Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
6-10-2025, 11:56
Prezident TDT-nin Baş katibini qəbul edib


Prezident TDT-nin Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.
Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.
Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkür etdi.
Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.
Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.


6-10-2025, 11:53
Makronun 1 ay əvvəl təyin etdiyi Baş nazir istefa verdi - TƏCİLİ


Makronun 1 ay əvvəl təyin etdiyi Baş nazir istefa verdi - TƏCİLİ

Fransa Baş naziri Sebastian Lekornyu istefa verib.
Bu barədə Fransanın BFM kanalı məlumat yayıb.
Qeyd edək ki, dünən Fransada yeni hökumət formalaşdırılıb.
Fransa Prezidenti Emmanuel Makron Lekornunu 1 ay əvvəl Baş nazir təyin edib. O, daha əvvəl müdafiə naziri postunu tutub.
6-10-2025, 11:45
Qripə qarşı vaksinlər gətirildi - peyvənd kampaniyası başlayır


Qripə qarşı vaksinlər gətirildi - peyvənd kampaniyası başlayır

Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır.
Bu məqsədlə əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.
Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
6-10-2025, 11:40
İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib


İlham Əliyev Qəbələdə Binəli Yıldırımı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
Söhbət zamanı dövlət başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəyə səfərləri məmnunluqla xatırlanıb.
Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğulayıb ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.
Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunulub, ölkədə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edilib.

6-10-2025, 11:28
Vətən müharibəsi qazisi vəfat etdi


Vətən müharibəsi qazisi vəfat etdi

44 günlük Vətən müharibəsinin iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib.
27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib.
Bildirilib ki, o bu gün qəsəbə qəbiristanlığında dəfn olunacaq.
5-10-2025, 01:55
Tbilisidə baş verənlərə görə o məsuliyyət daşıyır


Tbilisidə baş verənlərə görə o məsuliyyət daşıyır

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri kəskin bəyanat yaymağa, Tbilisi küçələrində baş verən qanunsuz hərəkətləri qətiyyətlə pisləməyə borcludur. Amma o, etiraz aksiyalarını dəstəklədiyini bildirib. Aİ səfiri buna görə xüsusi məsuliyyət daşıyır.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Hökumət başçısının sözlərinə görə, xaricdə bəzi şəxslər də Gürcüstanda konstitusion quruluşun zorla dəyişdirilməsini dəstəkləyiblər.
5-10-2025, 00:17
Misirdə Qəzza planı müzakirə ediləcək


Misirdə Qəzza planı müzakirə ediləcək

İsrail nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın Qəzza planını müzakirə etmək üçün Misirə yollanıb.
Heyətə strateji məsələlər üzrə nazir Ron Dermer rəhbərlik edir.
Baş nazir Benyamin Netanyahu İsrail mediasında yayımlanan çıxışında bildirib ki, İsrail hökuməti ilə Tramp administrasiyası arasında koordinasiya mövcuddur. O, müharibəni dayandırmaq üçün həm ölkə daxilindən, həm də xaricdən böyük təzyiqlərlə üzləşdiyini vurğulayıb.
İsrailin Baş naziri yaxın günlərdə həlak olanların nəşlərinin və bütün əsirlərin bir mərhələ çərçivəsində geri qaytarılacağına ümidini ifadə edib.
ABŞ Prezidenti Donald Trampın elçiləri Cared Kuşner və Stiv Uitkof da Qəzza planının təfərrüatlarını müzakirə etmək üçün Misirə yola düşüblər.
Onlar sabah keçiriləcək həlledici danışıqlarda iştirak edəcəklər. Görüşlərdə əsirlərin azad olunması üçün tədbirlər, Qəzza zolağındakı müharibənin dayandırılması yolları və davamlı sülh sazişinə nail olunması məsələləri müzakirə ediləcək.
4-10-2025, 23:48
"Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi


"Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.
VIII tura təsadüf edən prinsipial matçda "Qalatasaray" öz meydanında "Beşiktaş"ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, "Qalatasaray" məğlubiyyətdən qaça bilib. 54-ci dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra "Qalatasaray" 22 xalla turnir cədvəlinə başçılıq edir. "Beşiktaş" isə 13 xalla 5-ci pillədə yer alır.
4-10-2025, 23:17
Yadigar Muradovun vəziyyəti ağırlaşdı


Yadigar Muradovun vəziyyəti ağırlaşdı

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu qeyd edilib.
Xatırladaq ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir.
4-10-2025, 23:02
Marneuli şəhəri meri məlum oldu


Marneuli şəhəri meri məlum oldu

"Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının Marneuli şəhəri meri vəzifəsinə namizədi Daur İsmayılov qalib gəlib. O, yerli seçkilərdə 94 faiz səs toplayıb.
Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.
Marneulidə 81 seçki məntəqəsinin 41-nin nəticələrinə əsasən, soydaşımızın rəqibləri müxalif “Lelo - Güclü Gürcüstan” partiyasının namizədi Əsəd Əliyev 4,7 faiz, “Bizim Vahid Gürcüstan” partiyasının namizədi Əli Bədirov isə 1,4 faiz səs toplayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!