10-08-2025, 21:07
Türkiyədə güclü zəlzələTürkiyənin Balıkesir şəhərində 6,1 maqnitudalıq zəlzələ olub.
Zəlzələ İstanbulda da hiss edilib.
Hadisənin fəsadları barədə hələ məlumat yoxdur.
10-08-2025, 21:03
Pezeşkian məcburi hicabdan danışdıİran Prezidenti Məsud Pezeşkian ölkədə qadınların hicabdan məcburi istifadəsi ilə bağlı maraqlı açıqlama verib.
Pezeşkian bu barədə hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə danışıb.
İran Prezidenti deyib ki, hicab məsələsində zor tətbiq etməklə nəticə əldə etmək mümkün deyil.
Onun sözlərinə görə, qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə təlqin etmək doğrudur.
Pezeşkian bildirib ki, burada uğurlu nəticə yanlız mədəni yollarla əldə edilə bilər.
O bildirib ki, bu xüsusda işin böyük qismi məscidlərin öhdəsinə düşür.
10-08-2025, 20:28
Şəhid atası qəzaya düşdüBiləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bəydili kəndində qeydə alınıb.
Belə ki, Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya düşüb.
Qəza nəticəsində sürücü və sərnişin Qəhrəman Bağırov suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar yaxınlıqda olan kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıblar. Ə.Əhmədli və Q.Bağırov müxtəlif xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, Q. Bağırov Vətən müharibəsi şəhidi Hikmət Bağırlının atasıdır.
Faktla bağlı araşdırma aparılır.
10-08-2025, 18:56
Bakıda itkin düşən uşağı polislər tapdıBakıda evi tərk edən uşaq polis əməkdaşları tərəfindən tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin bölmə rəisi Nurlan Əliyev xəbər verib.
“Nəsimi rayonu ərazisində polis əməkdaşları tərəfindən valideynindən xəbərsiz yaşadığı ünvandan çıxan uşaq tapılıb. 7 yaşlı Abbasov Yusif Nurxan oğlu dediyinə görə Sabunçu rayonunda yaşayır. Hazırda uşaq polis nəzarətindədir”, - N.Əliyev bildirib.
10-08-2025, 18:45
Netanyahunun sülh şərti"Qəzza ilə bağlı yeni hücum planlarının məqsədinin HƏMAS-ın qalan iki bazasının məhv edilməsidir".
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu qatıldığı konfransda bəyan edib.
"Biz Qəzzada HƏMAS və ya Fələstin rəhbərliyini deyil, dinc bir mülki idarəçilik görmək istəyirik. Qəzzada hərbi əməliyyatları ən qısa zamanda yekunlaşdırmağı hədəfləyirik. HƏMAS silahı yerə qoyarsa, müharibə bitəcək. Mən müharibəni uzatmaq istəmirəm. Müharibənin uzanması girovların çoxunun aclıqdan ölməsi deməkdir", - deyə o bildirib.
10-08-2025, 18:30
600-dən çox zəvvar xəstəxanaya yerləşdirildiİraqda nəfəsalma problemləri yaşayan 600-dən çox zəvvar xəstəxanaya yerləşdirilib.
Hadisə gecə saatlarında Nəcəf və Kərbəla şəhərləri arasındakı marşrutda baş verib.
Belə ki, onlar su təmizləyici stansiyadakı sızma nəticəsində xlorlu havanı tənəffüs ediblər.
Səhiyyə Nazirliyindən bildirilib ki, 621 nəfər tənəffüs problemləri ilə xəstəxanaya müraciət edib. Onlara lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan ayrılıblar.
10-08-2025, 18:17
Ərdoğan nazirləri toplayır - Vaşinqton sazişi gündəmdədir
Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
İclasda avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən tarixi görüşdə əldə olunan razılaşmalar və sülh istiqamətində atıla biləcək növbəti addımlar müzakirə olunacaq.
Həmçinin Yaxın Şərq, o cümlədən Qəzzadakı son durum barədə də fikir mübadiləsi aparılacaq.
Hökumətin iclasında, eyni zamanda, terrorla və meşə yanğınları ilə mübarizə də gündəlikdə olacaq.
10-08-2025, 18:08
Odessa sahilində iki mina partladı - Ölənlər varUkraynanın Odessa vilayətində çimərliklərdə iki mina partlayıb.
Bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper öz "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində üç nəfər - iki kişi və bir qadın ölüb.
Minalardan biri sahildən təxminən 50 m aralıda dənizdə partlayıb.
Kiper xatırladıb ki, hazırda vilayətdə çimmək üçün 32 təhlükəsiz zona açıqdır, onlardan 30-u Odessadadır.
10-08-2025, 17:54
Ağdərədə yanğınlar davam edirAğdərədə yanğınlar davam edir.
Baş verən yanğının alovu genişlənərək meşəlik ərazisinə keçib.
Hazırda Suqovuşan kəndi ərazində dağlıq ərazidə yerləşən meşə massivində davam edən yanğına qurudan FHN-nin yanğınsöndürən əməkdaşları və havadan Aviasiya dəstəsinin 2 helikopteri cəlb olub.
Yanğınsöndürmə əməliyyatlarını davam etdirir.
10-08-2025, 17:17
İtaliyadan İsrailə XƏBƏRDARLIQİtaliya İsraili Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlamaqdan çəkinməyə çağırıb.
Bu barədə İtaliya xarici işlər naziri və Baş nazirinin müavini Antonio Tayani "Il Messaggero" gündəlik qəzetinə müahibəsində danışıb.
"Qəzzaya hərbi müdaxilə İsrail əsgərləri üçün Vyetnam təcrübəsinə çevrilə bilər", - deyə nazir xəbərdarlıq edib.
O, ərəb ölkələrinin rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının missiyasının "Fələstin dövlətini yenidən birləşdirmək" çağırışlarını təkrarlayaraq İtaliyanın prosesdə iştirak etməyə hazır olduğunu qeyd edib.