Rusiyanın 55 milyon dollarlıq qırıcısı məhv edildi .....                        İlon Mask qalmaqallı postunu sildi .....                        11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub .....                        Helsinkidə Müdafiə Nazirliyinin binasına boya atdılar .....                        Bakıda faciəvi qəza - 3 nəfər öldü .....                        Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı .....                        17 il əvvəl həlak olan mayora şəhid statusu veriləcək - Yoldaşından AÇIQLAMA .....                        Valideynlərdən qızıl üzük alan müəllimə TÖHMƏT VERİLDİ .....                        “ƏDV geri al”dan istifadə edənlərə XƏBƏRDARLIQ .....                       
12-05-2025, 15:22
Türkiyədə yenə zəlzələ oldu


Türkiyədə yenə zəlzələ oldu

Bazar ertəsi, mayın 12-də Türkiyənin Amasiya vilayətində 4,2 və 4,4 bal gücündə iki zəlzələ baş verib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Qurumunun (AFAD) məlumatına görə, yerli vaxtla saat 12:23 və 12:26-da qeydə alınan yeraltı təkanların episentri Gümüşhacıköy bölgəsi olub.
Zəlzələnin ocağı 10 km-dən çox dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
12-05-2025, 14:51
Ötən həftə 1315 hektar ərazi minalardan təmizlənib


Ötən həftə 1315 hektar ərazi minalardan təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.05.2025 - 11.05..2025) açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 45 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 315,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.



12-05-2025, 14:43
Gəncədə yanğın: Kişi qadını bıçaqladı, mənzilə od vurdu, özü öldü


Gəncədə yanğın: Kişi qadını bıçaqladı, mənzilə od vurdu, özü öldü

Gəncədə baş verən yanğınla bağlı təfərrüat məlum olub.
Hadisə şəxsi zəmində baş verib.
Belə ki, mənzildə olan kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.
1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

14:11

Gəncə şəhərində yanğın beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 36 m² olan mənzildə baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, F.Əmirov küçəsində baş verən yanğına görə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

13:20

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.
Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.
Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
12-05-2025, 14:26
Velosiped və skuter idarə edənlərin NƏZƏRİNƏ!


Velosiped və skuter idarə edənlərin NƏZƏRİNƏ!

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi velosiped və skuter idarə edənlərə müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:
"Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqliyyat vasitələrinə, piyada keçidlərindən istifadə edən piyadalara təhlükəli vəziyyət yaradan belə şəxslərin törətdiyi qayda pozuntuları müşahidə kameraları tərəfindən qeydə alınır.
Qanunvericiliyin tələblərinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər. Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Skuter (kiçik elektrik nəqliyyat vasitələrini) idarə edənlər isə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, yolun sağ kənar zolağı ilə hərəkət etməlidirlər. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə, ümumilikdə isə piyadalara yol verməlidirlər.
Sürücülərimiz unutmamalıdır ki, törədilən hər bir qayda pozuntusu yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər".
11-05-2025, 17:00
Azarkeşlər klubun bazasına hücum etdilər


Azarkeşlər klubun bazasına hücum etdilər

İspaniyanın "Sevilya" komandasının azarkeşləri klubun bazasına hücum ediblər.
Hadisə "Selta"ya uduzduqları (2:3) La Liqanın XXXV turun oyunundan sonra baş verib.
Fanatlar bazada futbolçuları tapmağa çalışıblar və qapını sındırıblar. Klub münaqişənin böyüməsi təhlükəsi ilə əlaqədar polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dayandırmaq üçün rezin güllələrdən istifadə etməyə məcbuq qalıb.
Təhlükəsizliyə görə oyunçular gecəni bazada keçiriblər.
Qeyd edək ki, "Sevilya" La Liqada 38 xalla 15-ci pillədə qərarlaşıb.
11-05-2025, 16:42
Roma Papasından Ukrayna və Qəzza ilə bağlı çağırış


Roma Papasından Ukrayna və Qəzza ilə bağlı çağırış

Roma Papası XIV Lev Ukrayna və Qəzza ilə bağlı çağırış edib.
Roma Papası ilk bazar ayinində Ukraynada ədalətli və dayanıqlı sülhün təmin olunmasına, Qəzzada atəşin dayandırılmasına, girovların azad edilməsinə, humanitar yardımların çatdırılmasına çağırıb.
İkinci Dünya Müharibəsinin 80 il əvvəl başa çatdığını xatırladan XIV Lev bu gün dünyanı bürüyən münaqişələri yolverilməz sayıb, bunu Üçüncü Dünya Müharibəsinin “hissələri” kimi qiymətləndirib.
11-05-2025, 16:17
"Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi


"Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.
Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.
"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci ola bilib.
"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.
Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi "Real" (490 xal) başçılıq edir.
11-05-2025, 15:43
Britaniya kəşfiyyatının gözlənilən ilk qadın rəhbəri


Britaniya kəşfiyyatının gözlənilən ilk qadın rəhbəri

Böyük Britaniyanın M16 Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qurumun tarixində ilk dəfə qadın olacaq.
Bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.
Bu vəzifəyə üç qadının namizədliyi irəli sürülüb. Onların arasında favorit Böyük Britaniyanın Çindəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin əməkdaşı Barbara Vudvord favoritdir. Digər iki namizəd isə kəşfiyyatçıdır və kimliyi açıqlanmır.
Mİ6-nın hazırkı rəhbəri Riçard Mur 5 illik vəzifəsindən sonra 2025-ci ilin payızında istefa verəcək.
11-05-2025, 15:31
Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi


Xocalıdakı heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edildi

Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində 55 nəfər daimi işlə təmin edilib.
Xocalı rayonunun Xanabad kəndində iri heyvandarlıq kompleksi fəaliyyətə başlayıb.
“Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində ətlik-südlük istiqamətli iribuynuzlu heyvanlar saxlanılır.
Məlumat verilib ki, damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Heyvandarlıq məhsullarının istehsalında Türkiyə və Almaniya istehsalı olan avadanlıqlardan istifadə olunur.
Bildirilib ki, gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 nəfər daimi iş yerilə təmin edilib. Gələcəkdə istehsal gücünün artırılması ilə iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektar ərazidə isə yem tələbatını ödəmək məqsədilə payızlıq arpa və buğda əkilib.
11-05-2025, 15:12
Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan


Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilir ki, Ərdoğan Putinin İstanbulda Rusiya-Ukrayna danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb.
Türkiyə lideri bildirib ki, Rusiya- Ukrayna üzrə sülh danışıqlarına hərtərəfli atəşkəs üçün lazımi şərait yaradılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!