Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
26-06-2025, 22:12
Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov


Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir - Əmirbəyov

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutundakı çıxışında Bakının strateji prioritetləri, Ermənistanla sülh müqaviləsinin perspektivləri və Meksika ilə münasibətlərin inkişafı barədə danışıb.
Bu barədə məqalə Meksikanın “Revista Mundo Internacional” nəşrində dərc edilib.
Meksikaya rəsmi səfəri zamanı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutunda tələbələr, diplomatlar və dəvət olunmuş qonaqlar qarşısında açıq mühazirə ilə çıxış edib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.
Əmirbəyov üç mövzuya diqqət yönəldib: Azərbaycan – Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi.
“Coğrafi uzaqlığa baxmayaraq, beynəlxalq məsələlərdə ortaq mövqelərə əsaslanan çevik və konstruktiv siyasi dialoq inkişaf etdirmişik”, – deyə diplomat Azərbaycan – Meksika münasibətilərini şərh edərkən söyləyib. Onun sözlərinə görə, BMT çərçivəsində diplomatik əlaqələr həmişə beynəlxalq hüquqa qarşılıqlı hörmətlə fərqlənib.
O, xüsusilə ADA Universiteti ilə Matias Romero İnstitutu arasında Anlaşma Memorandumuna diqqət çəkərək akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu anlaşma “müəllim və tələbə mübadiləsi vasitəsilə cəmiyyətlərimizi yaxınlaşdırmağa imkan verəcək”.
İqtisadi məsələlərə gəlincə, Əmirbəyov ölkələr arasında ticarət həcminin 239 milyon dollar olduğunu, lakin potensialın daha çox olduğunu qeyd edib. “Ticarəti gücləndirmək üçün maraq sahələrini müəyyən etməliyik”, – Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib.
Cənubi Qafqaz regionundakı transformasiyaları şərh edən diplomat yeni dünya nizamının yarandığını bildirib. Onun sözlərinə görə, ənənəvi ittifaqlar dəyişir, yeni konfiqurasiyalar meydana çıxır. “Regionumuz həm çağırışlar, həm də imkanlarla üzləşir”, – Əmirbəyov açıqlayıb.
O, ölkənin Şərqlə Qərb arasında enerji təchizatçısı və nəqliyyat qovşağı kimi strateji rolunu vurğulayıb.
Diplomatın sözlərinə görə, hərbi bloklara qoşulmama siyasəti və müstəqil xarici siyasətin dəstəklənməsində davamlılıq “bizi etibarlı, proqnozlaşdırıla bilən və etimad qazanmış tərəfdaş edir”: “Biz həmçinin regionlar arasında əlçatan danışıqçı, tez-tez nüfuzlu vasitəçi kimi çıxış edirik. Konsensusun qurulmasına dair bu öhdəlik Bakıda COP29-un ev sahibi kimi seçilməyimizə səbəb oldu və burada biz körpülər qurmaq və əsas qlobal oyunçular arasında vasitəçilik etməklə tarixi razılaşmalara kömək etdik”.
Ermənistanla sülh müqaviləsindən danışarkən Əmirbəyov qeyd edib ki, tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Bununla belə, bu yolda “iki maneəni aradan qaldırmaq lazımdır”. Birincisi, onun fikrincə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. İkincisi, o, hazırda köhnəlmiş və səmərəsiz hesab olunan “vasitəçilik institutlarını ləğv etməyi” zəruri olduğunu vurğulayıb.
Diplomat gələcək sülhün mühüm hissəsi kimi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılmasını qeyd edib. Diplomatın sözlərinə görə, bu, regionun logistika xəritəsini dəyişəcək və sabitliyi gücləndirəcək.
Sonda o, sülh sazişinin imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni bir səhifə açacağına əminliyini ifadə edib.
26-06-2025, 21:44
Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır


Trampla Netanyahu razılığa gəldi - Qəzzada döyüşlər dayandırılır

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki vəziyyətlə bağlı razılığa gəliblər.
Bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İrana zərbə endirməsindən dərhal sonra Amerika lideri Donald Tramp, dövlət katibi Marko Rubio, İsrailin Baş naziri Benyamin Netanyahu və strateji işlər naziri Ron Dermer arasında dördtərəfli telefon danışığı olub.
İddia olunur ki, danışıqlar zamanı Tramp və Netanyahu beş bəndlik fəaliyyət planı üzərində razılığa gəliblər.
Amerika liderinin və Netanyahunun planına görə, Qəzza zolağında müharibə iki həftə ərzində başa çatmalıdır.
Planda HƏMAS rəhbərlərinin üçüncü ölkələrə deportasiya edilməsi və girovların azad olunması nəzərdə tutulur.
İsrail və ABŞ liderləri qərara gəliblər ki, bir neçə ölkə Qəzza sakinlərini qəbul edəcək.
26-06-2025, 20:44
Ronaldo Səudiyyə klubunda qaldı


Ronaldo Səudiyyə klubunda qaldı

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə yeni müqavilə imzalayıb.
Yeni sözləşmə 2027-ci ilədək olacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.
26-06-2025, 20:23
Putin Belarusdadır


Putin Belarusdadır

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.
Putinin təyyarəsi Minsk hava limanına enib.
Kreml Rusiya prezidentinin qarşılanma mərasimindən görüntülər yayıb.
Bildirilib ki, Putin Avasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Minskə səfər edib.
26-06-2025, 20:00
Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...”


Kılıçdaroğlu sükutu pozdu: “əgər CHP sədrliyinə qayıtmasam...”

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayı ilə bağlı məhkəmənin qərarı iyunun 30-da açıqlanacaq.
Həmin gün Ankaranın 42-ci Asliye Mülki Məhkəməsində baxılacaq iş üzrə qərarın partiyanın gələcək rəhbərliyi üçün ciddi nəticələr doğura biləcəyi bildirilir.
Əgər məhkəmədən “mutlaq butlan” - yəni qurultayın nəticələrinin ləğvi qərarı çıxarsa, sabiq sədr Kamal Kılıçdaroğlu yenidən CHP-nin rəhbərliyinə qayıda bilər.
Mətbuatda Kılıçdaroğlu ilə bağlı müxtəlif şayiələr yayılsa da, sabiq partiya sədri susmağa üstünlük verib.
Buna baxmayaraq o, bu gün bəzi KİV-lərə açıqlama verib.
Kılıçdaroğlu məhkəmə qurultayın nəticəsini ləğv edərsə, partiyanı sahibsiz buraxmayacağını deyib. Bu barədə o, "Sözcü" qəzetinə danışıb.
“Qərarı tanımıram deyə bilmərəm. Əgər mən sədrliyi qəbul etməsəm, qəyyun riski ortaya çıxır. Qəyyum gələrsə, "13 il partiyanı idarə etdin, indi də buna göz yumdun" deyəcəklər. Mən partiyamı qəyyuma təhvil verə bilmərəm. CHP-nin DNT-si ilə oynanırlar, buna icazə verə bilmərik.”
TGRT-yə verdiyi müsahibədə də oxşar fikirləri təkrarlayan Kılıçdaroğlu qeyd edib ki, “mahkəmə qərarını tanımıram” deməyin mənası yoxdur. Onun sözlərinə görə, bu halda qəyyum təyin edilər və partiyanın nə zaman qurultaya gedəcəyi bəlli olmaz.
“CHP qəyyuma təslim edilə bilməz. Mən qəbul etməsəm, kim idarə edəcək? Bu, partiyanı sahibsiz buraxmaq deməkdir”, – deyə o bildirib.
Kılıçdaroğlu məhkəmə işində “zərərçəkən” statusunda olsa da, iyunun 30-da keçiriləcək iclasa qatılmayacağını açıqlayıb. Onun vəkili Celal Çelik bildirib ki, sabiq sədr prosesin hüquqi və siyasi hissələrindən uzaq durmağa üstünlük verir.
26-06-2025, 19:36
SEPAH generalının öldüyü təsdiqləndi


SEPAH generalının öldüyü təsdiqləndi

İsrailin hücumu nəticəsində SEPAH-ın daha bir generalının öldürüldyü məlum olub.
SEPAH-ın "Qüds" qanadının Fələstin bölməsinin rəhbəri Hacı Ramazan ləqəbli Səid İzədinin Tehranda İsrail tərəfindən öldürüldüyü təsdiqlənib.
Bildirilir ki, onun öldürülməsi barədə ilk məlumat verən İsrailin müdafiə naziri İsrael Katz olub. Katzın sözlərinə görə, S.İzədi HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücum etməyə hazırlaşdığı dövrdə təşkilatı maliyyələşdirib və silahlandırıb.
26-06-2025, 18:57
Məktəbin işçiləri direktorun maşınını yuyur? - Araşdırma başladı


Məktəbin işçiləri direktorun maşınını yuyur? - Araşdırma başladı

240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb.
Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
26-06-2025, 18:46
Alim Qasımov tənqidlərə cavab verdi


Alim Qasımov tənqidlərə cavab verdi

Xalq artisti Alim Qasımov toyda rep dediyi üçün onu tənqid edənlərə cavab verib.
Xanəndənin sözlərinə görə, həmin video dost məclisində çəkilib.
“Dostumun toyu idi, dəvət etdilər. Mən də çıxdım ora zümzümə elədim. Mən bilməzdim ki.. Bu boyda muğamlar oxumuşam, heç onları demirlər. İki kəlmə ağlıma gələn sözü demişəm, onu yaydılar ki, o olmaz, bu olar. Mən rep deyənəm?! Qarğış edirlər, söyüş söyürlər. Mən heç vaxt peşman olmuram. Çünki o təb gələndə, camaatın xoşu gəlməsə də, deyirəm. Mən fikirləşmirəm ki, bu, kiminsə xoşuna gələcək və ya gəlməyəcək.
Təb gəldisə, gedir. Gələcəkdə inşallah, rep və muğamın birlikdə layihəsini də edəcəyik. Hətta bundan sonra elə edəcəyik ki, görsünlər rep də demək olar, meyxana da, muğam da, mahnı da oxumaq olar, amma eşqlə, ilhamla, səmimi... Tənqid edənlərin Allah canını sağ eləsin ki, məni işıqlandırdılar”, - deyə Alim Qasımov bildirib.
Qeyd edək ki, xalq artisti bir neçə gün öncə toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Onun bu fərqli ifasını müsbət dəyərləndirənlərlə yanaşı, tənqid edənlər, yaşına yaraşdırmayanlar da var idi.
26-06-2025, 17:56
Paşinyan daha bir erməni keşişi cəzalandırır


Paşinyan daha bir erməni keşişi cəzalandırır

Ermənistanın Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapaxyana cinayət işi açılıb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, M.Ajapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci (Hakimiyyəti qəsb etməyə, ərazi bütövlüyünü pozmağa, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanıb.
26-06-2025, 17:42
Bakıda narkotik satan ata-oğul saxlanıldı


Bakıda narkotik satan ata-oğul saxlanıldı

Bakıda narkotik maddələr satan ata və oğlu saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, onlar narkotikləri soyuducuda saxlayıblar.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.
Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.
D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!