Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
3-02-2025, 20:21
Rusiya ilə sərhəd rayonlarında polis postları qurulub? - AÇIQLAMA


Rusiya ilə sərhəd rayonlarında polis postları qurulub? - AÇIQLAMA

İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.
"Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır", - məlumatda deyilir.
3-02-2025, 20:13
Londona gedən təyyarə təcili Bakıya endi


Londona gedən təyyarə təcili Bakıya endi

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.
Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.
Qeyd olunub ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.
3-02-2025, 18:50
Vuçiç etirazçıları dialoqa çağırdı


Vuçiç etirazçıları dialoqa çağırdı

Serbiya Prezidenti Aleksandar Vuçiç bir neçə vaxtdır ölkədə keçirilən aksiyaların iştirakçılarını danışıqlara dəvət edib.
Aleksandar Vuçiç Belqrad Universitetinin rektorlar kollegiyasını fevralın 5-də görüş keçirməyə dəvət edib. O, mövcud vəziyyətlə bağlı həll yolu tapmağın, təkcə gənclərin deyil, bütün cəmiyyətin mənafeyi naminə dialoqun vacibliyin vurğulayıb.
“Tələbələr və professorlar bəzi tələblərin yerinə yetirilmədiyi və ya tam təmin edilmədiyi qənaətindədirlərsə mövcud vəziyyətdən çıxmaq üçün əhəmiyyət kəsb edə biləcək bütün digər məsələlər kimi, bununla bağlı da dialoq zəruridir”, - deyə Serbiya Prezidenti bildirib.
Qeyd edək ki, ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəza Serbiyada gündəmi formalaşdırmaqda davam edir. Son bir neçə gündür minlərlə insan həm paytaxt Belqradda, həm də ölkənin ikinci böyük şəhəri olan Novı Sadda etiraz aksiyası keçirib. Əsasən tələbələrdən ibarət olan nümayişçilər şəhərdən keçən Dunay çayı üzərindəki körpüləri bağlayıb, şəhər meydanına toplaşıblar.
Hadisədən ötən müddət ərzində, eləcə də etiraz aksiyaları başlayandan bəri tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, daxili və xarici ticarət naziri Tomislav Momiroviç, Baş nazir Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər. Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin yenidən formalaşdırılacağını bildirib.
Aleksandar Vuçiç ötən günlərdə etirazçıların bütün tələbələrini yerinə yetirib, o cümlədən Belqraddakı aksiya zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib. Yaxın günlərdə ölkədə seçkilər keçirmək və ya yeni hökumətin formalaşdırılması barədə qərar qəbul olunacaq.
3-02-2025, 18:31
Qaxda “QAZel” aşdı: yaralı var


Qaxda “QAZel” aşdı: yaralı var

Qorağan-Qax avtomobil yolunda qəza baş verib.
Qəbələ rayon sakini 44 yaşlı Kamran Əzizovun idarə etdiyi “QAZel” markalı avtomobillə digər yük maşını toqquşub. Nəticədə “QAZel” yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
3-02-2025, 17:59
Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü - FOTO


Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü - FOTO

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkədə akkreditə olunmuş MDB iştirakçı dövlətlərinin səfirləri ilə ənənəvi görüşü keçirilib.
Görüş zamanı Rusiyanın sədrliyi ilə 2024-cü ildə MDB formatında əməkdaşlığın nəticələrinə yekun vurulub. Xarici siyasət koordinasiyasının daha da gücləndirilməsi, ticarət sahəsində, iqtisadi, mədəni və humanitar sahələrdə, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub, 2025-ci il - Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ili - Nasizmə qarşı mübarizədə sülh və birlik ili üçün əsas vəzifələr müəyyən edilib.
Görüş iştirakçıları cari qlobal və regional problemlər, o cümlədən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması təşəbbüsünün həyata keçirilməsi kontekstində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.
3-02-2025, 17:48
Palata büdcənin icra vəziyyətini açıqladı


Palata büdcənin icra vəziyyətini açıqladı

Hesablama Palatasının 2024-cü il üzrə büdcəsinin icra səviyyəsi 80,5 % təşkil edib.
Bildirilir ki, Palatanın ötən il üçün təsdiq edilmiş büdcəsi 11 milyon 424,6 min manat olub. Lakin icra prosesi və yenidən baxılma zamanı müəyyən dəyişikliklər edilib.
"Dövlət büdcəsinə yenidən baxılarkən, Hesablama Palatasının xərclərinin ümumi məbləği daxilində bəzi istiqamətlər üzrə vəsait azaldılıb, digərlərinə isə artırılıb. Xüsusilə, “Azəristiliktəchizat” ASC ilə müqavilənin ləğvi səbəbindən istilik enerjisi (yanacaq) xərcləri azaldılıb. Eyni zamanda, beynəlxalq tədbirlərdə iştirak və COP29 iqlim konfransı ilə bağlı fəaliyyətlər üçün xarici ezamiyyə xərcləri artırılıb.
Büdcənin icrası çərçivəsində “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, vəfat etmiş işçinin vərəsələrinə müavinət ödənilməsi üçün 12,7 min manat ayrılıb. Ümumilikdə, il ərzində büdcəyə edilmiş dəyişikliklərin həcmi 52,7 min manat təşkil edib ki, bu da təsdiq edilmiş büdcənin 0,5 %-dən azdır", - hesabatda deyilir.
Hesablama Palatasına dövlət büdcəsindən əlavə vəsait də ayrılıb. İki beynəlxalq tədbir üçün 159 min manat, nəqliyyat vasitələrinin icbari sığortası üçün isə 2,7 min manat vəsait ayrılıb.
Beləliklə, 2024-cü il üçün nəzərdə tutulan 11 milyon 586,3 min manatlıq büdcənin 9 milyon 332,3 min manatı icra edilib ki, bu da ümumi büdcənin 80,5 %-ni təşkil edir.
3-02-2025, 17:38
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər


Əlilliyi olan şəxslər üçün yeni güzəştlər

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər
müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulacaq.
Eyni zamanda satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
3-02-2025, 17:33
Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndi


Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndi

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri də operativ nəqliyyat vasitələri hesab ediləcək.
3-02-2025, 17:24
Seçkilərdən sonra MSK-ya 20 müraciət daxil olub


Seçkilərdən sonra MSK-ya 20 müraciət daxil olub

Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) 20 müraciət daxil olub.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. O qeyd edib ki, 10 müraciət isə müvafiq dairələrə daxil olub:
"14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır. Bugünkü iclasda isə 2 müraciət araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərildi.
Hazırda əsas məsələ sosial şəbəkələrdə yayılan məlumatlara diqqət etməliyik".
MSK sədri bildirib ki, kimliyindən asılı olmayaraq, özünə bəraət qazandırmağa çalışan istənilən komissiya üzvü cəzalandırılmalıdır: "Bütün tərəflərin hüquqlarının qorunmasının tərəfdarıyıq".
3-02-2025, 17:12
Bu şəxslərə yaşayış sahələri veriləcək


Bu şəxslərə yaşayış sahələri veriləcək

Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara da dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!