ABŞ bizim regionla bağlı səhv mövqe tutub - Ərdoğan .....                        Şolts siyasətdən gedir .....                        Gədəbəydə "Tofaş" aşdı: yaralılar var .....                        Məmur arvadını və ustanı öldürən kişiyə ömürlük həbs .....                        MSK bələdiyyə seçkilərinə yekun vurdu .....                        Azərbaycanla Ermənistan razılığa gəldi .....                        "Putin-Tramp görüşünü təşkil etməyə hazırıq" .....                        Putin Təhlükəsizlik Şurasının iclasını keçirib .....                        Azərbaycanda universitet rektoru istefa verdi .....                       
Tarix : 3-02-2025, 18:50
Vuçiç etirazçıları dialoqa çağırdı


Vuçiç etirazçıları dialoqa çağırdı

Serbiya Prezidenti Aleksandar Vuçiç bir neçə vaxtdır ölkədə keçirilən aksiyaların iştirakçılarını danışıqlara dəvət edib.
Aleksandar Vuçiç Belqrad Universitetinin rektorlar kollegiyasını fevralın 5-də görüş keçirməyə dəvət edib. O, mövcud vəziyyətlə bağlı həll yolu tapmağın, təkcə gənclərin deyil, bütün cəmiyyətin mənafeyi naminə dialoqun vacibliyin vurğulayıb.
“Tələbələr və professorlar bəzi tələblərin yerinə yetirilmədiyi və ya tam təmin edilmədiyi qənaətindədirlərsə mövcud vəziyyətdən çıxmaq üçün əhəmiyyət kəsb edə biləcək bütün digər məsələlər kimi, bununla bağlı da dialoq zəruridir”, - deyə Serbiya Prezidenti bildirib.
Qeyd edək ki, ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəza Serbiyada gündəmi formalaşdırmaqda davam edir. Son bir neçə gündür minlərlə insan həm paytaxt Belqradda, həm də ölkənin ikinci böyük şəhəri olan Novı Sadda etiraz aksiyası keçirib. Əsasən tələbələrdən ibarət olan nümayişçilər şəhərdən keçən Dunay çayı üzərindəki körpüləri bağlayıb, şəhər meydanına toplaşıblar.
Hadisədən ötən müddət ərzində, eləcə də etiraz aksiyaları başlayandan bəri tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, daxili və xarici ticarət naziri Tomislav Momiroviç, Baş nazir Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər. Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin yenidən formalaşdırılacağını bildirib.
Aleksandar Vuçiç ötən günlərdə etirazçıların bütün tələbələrini yerinə yetirib, o cümlədən Belqraddakı aksiya zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib. Yaxın günlərdə ölkədə seçkilər keçirmək və ya yeni hökumətin formalaşdırılması barədə qərar qəbul olunacaq.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!