"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 3-04-2020, 08:37
Günün son zəngi

Az qala, bir aya yaxındır ki, bağ evimizdəyəm. Mövcud koronavirus pandemiyası səbəbindən əksər zəhmətkeşlər kimi, biz də işə getmirik. Amma fəaliyyətimizə davam edirik. Baş redaktordan tutmuş ən kiçik ştat vahidinə kimi hər birimiz başa düşürük ki, indiki fövqəladə vəziyyətdə ən vacib məsələlərdən biri də informasiya təminatıdır. Odur ki, də evdən çalışırıq...Nə isə, sözü çox uzatmayacam (ola bilsin, sonra bu haqda ətraflı yazdım). Keçək mətləbə-işlə əlaqədər olaraq gündə təxminən on adamla telefonla danışıram, onlardan bu və ya digər məsələ ilə bağlı fikirlərini öyrənirəm. Aralarında ən müxtəlif xarakterli insanlar, fərqli sahələrin nümayəndələri var- deputatlar, politoloqlar, iqtisadçılar, müəllimlər...Kimi zəngi qəbul edərək səmimiyyətlə “Buyurun, sizi eşidirəm” deyir, kimi də başından eləyirmişcəsinə tələm-tələsik bir bəhanə tapır (və ya cəhd edir). Hətta tanış nömrəni görüb telefonu açmayanlar da olur...Amma bütün bunlarla belə, işimin öhdəsindən mümkün qədər layiqli gəlməyə çalışıram. Danışmaq istəməyəni niyyətimin xoş olduğuna inandırır, ilk bir neçə dəqiqədən sonra sözün əsl mənasında ürəyini boşaltmağı qərara alanın sözünü isə nəzakətlə kəsib, “mənə bu qədər kifayətdir” deməli oluram. Çünki peşəkarlıq bunu tələb edir. Hər birilə ünsiyyətdə ən uyğun sözləri tapmaq istəyirəm. Xətai demiş, sözün savaşı da kəsə biləcəyini, başı da kəsdirə biləcəyini bilirəm. Ekspert danışdıqca qarşımda ağ vərəq, bir əlimdə qələm olur. Unutmamağım üçün ən əsas məqamları qeyd edirəm. Bir tərəfdən də diqqətimi respondentdən yayındırmayaraq cavabdan sual yaranma ehtimalını istisna etmirəm. Hər danışıqdan sonra smartfonumun “qeyd dəftərçəsi”ndə yazını hazırlayıram. Kompüterimi özümlə götürmədiyim üçün tez yoruluram, bir neçə materialdan sonra gözlərimin ağrıdığını hiss edirəm. Əslində isə nəinki gözlərim, elə zehnim də yorulur. Hər halda gündə filan qədər insanla bir az mübaliğə ilə desək, mütəxəssis səviyyəsində danışmaq, gah siyasət, gah iqtisadiyyat, gah da sosial həyat haqqında düşünmək o qədər də asan deyil. Hələ işimə aid olmayan müraciətləri, qayğıları demirəm. Biri mesaj yazır ki, filan şey lazımdı, biri deyir, bəhmən şeyi et. Axırda bezirəm. Telefonumu söndürüb özümdən xeyli aralı bir yerə qoyub, saatlarla üzünü görməməyi arzulayıram. İnsan nə qədər danışar, nə qədər yazar? Ancaq hər dəfəsində özümü məcbur edib, sona kimi dözürəm. Saat 5-6-dan (səhər saat 10-dan işə başlayırıq) sonra tədricən temp azalır. Həm işi gününün sonuna çatırıq, həm də cari məişət problemləri yerini qayğısız dəqiqələrə verir. Axşam yeməyindən sonra hərə öz otağına çəkilir. Bir az da keçir və günün sonuncu telefon danışığı baş tutur. Gün ərzində bezdiyim, bəzən pəncərədən aşağı tullamaq istədiyim telefonumu indi əlimdə ən əziz bir varlıq kimi saxlayıram. Bir əlimi başımın altına yastıq edir, digərilə isə smartfonu qulağımda tuturam. Başlayırıq danışmağa...Havadan, sudan...Bir də baxıram ki, nə isə bir mövzu açılıb. Əvvəl sözləri seçə-seçə danışıram. Lakin sonra bacarmıram. Ya da sadəcə istəmirəm. Özümü qayğısız, fikirlərdən uzaq hiss etmək istəyi məni riqqətə gətirir. “İnsan nə qədər düşünər, nə qədər beynini işləməyə məcbur edər?!” deyə öz-özümü danlayıram. Və qərara alıram ki, heç olmasa indi, bir neçə saat beynimin qatlarına istirahət verəcəm. Bütün gücü ürəyimə verəcəm. Qoy, nə istəyir etsin. Deyib-gülür, zarafatlar edirik. Buna baxmayaraq, çox qısa bir müddət sonra eyforiya bitir. Beyin “Ürək mənsiz hər şeyi məhv edəcək” etirazı ilə üsyana qalxır. Sağ olsun, düz də edir. Beynimlə ürəyimin bu mübarizəsindən də çox danışmaq fikrim qoxdur. Deməyim odur ki, bağ evimizdə olduğum gündən bəri həmişə günün son zəngi mənə qəribə bir hüzur verir, müxtəlif saatlarda yaşadığım bütün neqativ hissləri-əsəbi, həyəcanı, təlaşı, stressi...unutdurur. Həyatın gözəl, gülməyin dünyanın ən gözəl işi, mənim isə ən xoşbəxt insanı olduğumu başa salır. Xeyli, daha doğrusu, yuxumuz gələnə kimi danışırıq. Heç kim sağollaşmaq təklifini etmək istəmir. Əslində isə ikimiz də yorulur, gecə saatlarına kimi yuxusuzluqla mübarizə aparmalı oluruq. Xoşbəxtlikdən, bir-birimizi tez başa düşürük-bircə kəlmə sözdən, səs tonundan...Və xoş komplimentlərlə birlikdə bir-birimizə “Gecən xeyirə” deyir, şirin yuxular arzulayırıq. Hə, çox zaman bir-birimizi çox istədiyimizi də etiraf edir və buna dilə gətiririk. Hərçənd ki, söhbət zamanı atışmalarımız da az olmur. Fəqət, ikimiz də bilirik ki, problem yoxdur, heç kim heç kimdən inciməz. Bu da söhbətin dadı-duzudur da...
Kim bilir, bəlkə də, yaşamağın mənası elə budur-cəmi bir saatlıq qayğısızlıq üçün 23 saat (hətta yuxuda da) ölçüb- biçmək, götür-qoy etmək. Zənnimcə, bütün gün keflə keçsə, hər şey yalnız istəklərə uyğun olsa həmin bir saatın, günün sonuncu zənginin qədri bilinməz. İndi siz təsəvvür edin, günün sonuncu zəngi bu qədər əzizdirsə, onun ikinci səbəbkarı necə özəldir.
Hamıya arzum budur: Gün ərzində telefonla nə qədər çox danışıb, gərgin müzakirələr aparsanız da, sonuncu zəng bütün yorğunluğunuzu çıxarsın, sizə əvəzedilməz anlar yaşatsın. Sonuncu zənginizin də, sonuncu həmsöhbətinizin də qədrini bilin...
Kənan Novruzov


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!