Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                        Paşinyan İstintaq Komitəsinə yeni sədr tapdı .....                        Çovğun 70 min nəfəri işıqsız qoydu .....                        Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir .....                       
Tarix : 3-02-2018, 22:13
Nəhayət, güc toplayıb, yoluma davam etdim...


Nəhayət, güc toplayıb, yoluma davam etdim...
Bu gün bir qərar verdim,
Dedim, bulvara gedim,
İşdən sonra, 6-da,
"Sahil"in yolun tutdum.
Bəxtim yaman gətirdi,
Gözəl hava var idi
Yüngülcə külək əsir
Günəş də məst edirdi.
İnsanlar az deyildi
Uşaqlar və yaşlılar,
Göy dənizlə üzbəüz
Mahnı deyən cavanlar.
Dəniz çox qəzəbli,
Dalğalar güclü idi,
Qağayılarsa sakit,
Öz aləmlərindəydi.
Çoxdandır ki, gəlmirdim,
Bulvar heç dəyişməyib,
Ola bilsin, bir azca
Yaş üstünə yaş gəlib.
Amma daşlar, qayalar
Son qoyduğum kimidir,
Sonuncu dəfə sənlə
Gördüyümüz kimidir.
Məndən sonra, yəqin , sən
Daha tez-tez gəlmisən
Bəlkə, bir saat qabaq,
Elə burdan keçmisən.
Yanındakı oğlana,
O gəncləri göstərib
"Bir biz də qoşulaqmı?"
Maraqla soruşmusan.
Bir vaxt hərdən mənimlə
Oxuduğun mahnını
İndi onla oxuyub,
Ona elə gülmüsən.
Bəlkə, belə olmayıb,
Sən indi evindəsən,
Ya da ki, çox uzaqda
Mənim tək düşünürsən.
Bir daş üstə oturub
Dənizə baxım dedim
Bu daş elə o daşdır
Sənlə mayda görüşüb
Şəkillər çəkdiyimiz.
Uzaqdan bir səs gəlir,
Kimsə zümzümə edir
O da yaman qəmlidir,
Səsi ahəstə gəlir.
Ola bilsin, onun da
Dostu atıb gedibdir
Xəbərdarlıq edərək,
"Sabah olmaram"deyib,
Sabahı yaşadıbdır.
Yəni ki, taleyimi,
Elə o da yaşayıb,
O da xeyli ümidlə,
Öz dostunu gözləyib.
Eh, həyat necə zalım,
Gör necə də qəddardır,
Xeyli də unutqandır.
Axı necə olur ki,
Sənlə keçən günləri,
Gözəl xatirələri,
O, belə tez unudur,
Heç yaşanmamış kimi
Albomdan bir-bir silir?
Hava bir az tutuldu,
Göy üzün bulud aldı,
Birazdan çiskin yağış,
Öz hünərin göstərdi.
Hərə bir yana qaçdı-
evinə, eşiyinə.
Bəs mən hara gedim,
Sənsiz necə mən gəzim?
Neçə saat gözlədim,
Bəlkə, gələrsən deyə.
Amma ki, sən gəlmədin,
Heç xəbər də etmədin,
Axı belə etməzdin,
Nə məni gözlədərdin
Nə özün gecikərdin.
Nəhayət, güc toplayıb,
Yoluma davam etdim,
Bilirəm, daha sənlə
Yolumuz heç kəsişməz
Kəsişsə də, nə bilim,
Çox illər sonra olar.
İkimiz də qocalıb,
Yenə parka çıxarıq
Saat beşi vuranda
Bəlkə də, həmin tində,
Yenə qarşılaşarıq.
Bir təsəvvür elə ki,
Xeyli dəyişmişəm mən
Yaşım qırxı haqlayıb,
Daha bığ saxlayıram.
Beş ildir, redaktoram,
Altı kitabım çıxıb...
Artıq cəsarətliyəm,
Amma bir şey də var ki,
İndi yaş o yaş deyil,
Görünür, həqiqətən,
O vaxt dediyin kimi,
Mən qəti bacarmadım,
Nə anı yaşamağı,
Nə də sənlə birlikdə,
Arzulara çatmağı.
Sən elə həmin sənsən,
Həmin gözlər, o qaşlar.
Yenə həmin xasiyyət...
Məni görən andaca,
Həsrətlə baxacaqsan,
Olub keçən hər şeyi,
Səbirlə anacaqsan.
"O çox yaxşı dost idi,
Mən qədrini bilmədim,
Hər xırda şeyə görə,
Qəlbini çox sındırdım."
Yəqin, belə deyərsən
Yanındakı oğlana
Əlində bulka yeyən
Beş yaşlı o körpəyə...

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!