Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 1-10-2019, 19:50
Başında ölüm varsa, səbəb vətən olsun!


“Dünyada gözəl erməni ölmüş ermənidir”

Budəfəki səfərimiz cəbhə bölgəsindəki kəndlərə uzanırdı. Xocavənd istiqamətindən başlayıb ta Ağdamın Mahrızlı kəndinə kimi... Hər vaxt döyüşə hazır olan ayıq-sayıq hərbçilərimizi görmək bizi qürurlandırırdı. Bizi bir də onlarla çiyin-çiyinə dayanaraq hərbi bölgədə çalışan reportyorlar qürurlandırırdı. Onlar da hər vaxt informasiya müharibəsində ön səngərdə ayıq-sayıq dayanan "döyüşçü"lərdir. Hər repartyorun söz müharibəsində bir fənd payı varsa, vətən həmişə sağ olacaq!

Ağdama gəlib həmin söz "döyüşçü"ləriylə danışmamaq səfərimizi səmərəsiz edərdi.


Müsahibimiz sərbəst bloger, əsasən hərbi bölgədə çalışan reportyor Elgün Gəncimsoydur.

-Ağdamda çalışırsınız. Buranın xəritəsini necə verə bilərsiniz?

-Ağdamlılar Dağlıq Qarabağ müharibəsində ən çox əziyyət çəkən sakinlər olub. Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonların şəhər mərkəzi olduğuna görə qonşu rayon sakinləri təşkilatlanma məsələsində həmişə Ağdamdan bir umacaqları olub. 1988-ci ildə silahlı münaqişəyə çevrilən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ məsələsində ilk şəhidi də elə ağdamlılar verdi. Xankəndinə yürüyüşdə Ağdamdan Əli və Bəxtiyar şəhid oldular. İkisi də tələbə idi. Ağdamda ilk özünümüdafiə batalyonu da yaranıb. Azərbaycanın müstəqillik dövrünün hərb tarixində ilk hərbi hissə milli ordu bu rayonda qurulub. Yaranma səbəbi də daha çox könüllü döyüşçülərin olması idi. Güllənin tapılmayan vaxtı belə rus komendatlarından vətəni qorumaq üçün düşmənə atacaqları gülləni öz cibinin puluna alıb döyüşən insanlar olub.

Ağdamın 6600-ə yaxın şəhidi, 16 milli qəhrəmanı, 8 mindən artıq əlili var. Bu da 17 ailəyə düşür. Hazırda rayon əhalisinin sayı 200 mini keçib. 73.7 % torpaq işğaldadır (dəqiqləşdirmək lazımdır...). Qalan ərazi də gördüyünüz bu kəndlərdən ibarətdir. Bu ərazinin də yarıdan çoxu cəbhə bölgəsinə düşür.

-Cəbhə bölgəsində yaşayan sakinlərin çətinliyi nədir?


-Digər rayonların kəndlərindən fərqli olaraq ağdamlılar rahatlıqla təsərrüfat işləriylə məşğul ola bilmirlər. Təkcə, atəşkəsdən sonra əkin-biçinlə məşğul olan 40-dan çox ağdamlı ya həlak olub, ya da xəsarət alaraq əlil olub. Düşmən yalnız mülki insanları deyil, eləcə də kənd təsərrüfat texnikalarını da atəşə tuturlar. Ağdamda sonuncu ən dəhşətli belə hal 7 yaşlı Fariz Bədəlova açılmış snayper atəşidir. O, Ağdamın Orta Qərvənd kəndində yaşayırdı. Atəşkəsdən sonra Ağdamın ən azyaşlı şəhidlərindəndir.

Başında ölüm varsa, səbəb vətən olsun!


-Hazırda Mahrızlı kəndindəyik. Bu kəndin döyüşlərdəki rolu haqqında nə deyə bilərsiniz?


-Qarabağ müharibəsində burada yaralıların gətirildiyi ilk hərbi hospital yerləşib. İndi digər kəndə köçürülüb (Sarıcalı...). Həmin vaxt müəllimindən tutmuş ta suçusuna kimi hospitala gəlib ehtiyacı olan yaralı əsgərlərə qan veriblər, həkimlərə kömək ediblər. Şahidi olmuşa ki, üçüncü oğlunu yatızdırıb onun yemək payını gətirib əsgərlərə yedizdirən analar olub. Mahrızlı adı da dünyaya 1987-ci ildən məlumdur. Bu kəndin Rahib Məmmədov kimi oğlu sovet ordusuna xidmətə gedir və hərbi andı qəbul edəndən sonra son nəfəsinə kimi bizdən olmayan milləti – qonşu rayonun insanlarını xilas elədi. Onlara həyat vermək bahasına öz həyatını itirdi. Bu kənd həmin vaxt dünyanın bütün ölkələrində xəbər manşetinə çevrildi. Rahib Məmmədov Sovetlər İttifaqının Qızıl Ulduz kavaleridir. Bu ulduz da ölkəmizdə cəmi üç nəfərə, Əfqanıstan döyüşlərində iştirak edən azərbaycanlılara verilib ki, onlardan biri hələ də xidməti vəzifəsini icra edir, polkovnikdir. Digəri isə Qarabağ döyüşlərində həlak olub.

-Elgün bəy, qısa da olsa 1980-90-cı illərdən danışdınız. Gəlin bir az da yeni dövrdən danışaq; Aprel Döyüşlərindən. Həmin döyüşlərdə Ağdam özünü necə göstərdi?

-Aprel hadisələrində Ağdamda yerləşən hərbi hissələrin tapşırığı tam fərqli idi. Bunu dəfələrlə hərbi ekspertlər də deyib. Buradakı döyüş tapşırığı yalnız artilleriya bölmələrinin üzərinə düşmüşdü. Bu bölmələr də düşmənin müəyyən istiqamətdə bəlli istiqamətə rabitə yollarıyla maşın karvanlarının hərbi texnikalarının daşınmasına mane olsun. Burada Silahlı Qüvvələrimizin Ağdamda yerləşən artilleriyaçıları qəhrəmanlıq göstərdilər. Onlar döyüş tapşırığını tam yerinə yetirdilər. Məhz o döyüş nəticəsində düşmən gördü ki, bizim ordunun mövqelərini dayandıra bilmir, başladı cəbhəboyu kəndlərə mərmi yağdırmağa. Təkcə Mahrılı kəndinə 200-dən çox mərmi düsmüşdü. Döyüşlərdə 2 mülki yaralı, 1 nəfər mülki isə şəhid olub. Buna baxmayaraq insanlar əsgərlərdən tələb edirdilər ki, əsgərlər istirahət eləsinlər və mərmiləri özləri daşısınlar. Sakinlər döyüşün gedişatına təsir etməyə və əsgərlərin ruh yüksəkliyini saxlamağa çalışırdılar. Aprel hadisələrində bu kənd mənim yaddaşımda belə qaldı.

Başında ölüm varsa, səbəb vətən olsun!


-Elə bir vəziyyətdəyik ki, hər an müharibə başlaya bilər. Maraqlıdır, siz münaqişənin həllinin necə olmasını istərdiniz; sülh, ya müharibə yolu ilə?


-Təbii ki, bütün konfliktlərin final mərhələsi sülhdür. Hüç bir konflikt daimi getmir. Həmişə bir barışıq olur. Baxın fransızlarla ingilislər 100 ildən artıq savaşdılar. Ancaq indi müttəfiq dövlətdirlər. Hətta hardasa ryni xətdə kəsişən məqsədləri var, buna görə bir-birlərinə dəstək olurlar. Bəlkə də hər iki tərəf savaşı unudublar. Amma 1905, 1918-ci illəri, daşnakları, 1988-94-cü illəri xatırlasaq, öz zəifliyimizi tapmış olarıq. Fikrimcə, 1988-ci ildə bizə 1918-ci ili unutdurmuşdular. Sovet ideologiyası bunu etmişdi. Ermənilər dəfələrlə üstümüzə qalxıb torpağımızın davasını ediblər. Bizsə düşmənimizə qucaq açıb onları Dağlıq Qarabağda rahat yaşamaqlarını təmin etmişdik. Sonra nə oldu? Dağlıq Qarabağda silahlı münaqişəyə, bundan da əlavə ətraf rayonların işğalına, torpaq iddialarına başladılar. İndi biz əlimizi, qolumuzu sallayıb düşmənlə barışsa, əmin olun ki, 50 ildən sonra onlar bizim övladlarımızı, övladlarımızın övladlarını şəhid edəcəklər. Erməni birmənalı şəkildə bizim bialoji, fiziki, ideoloji düşmənimizdir. Bunların körpəsi belə antitürkçü, terrorçu kimi böyüdülür. Ona görə düşünürəm ki, bu münaqişənin uzun müddətli sona çatmasının tək yolu var: işğalda olan nəinki Dağlıq Qarabağ, eyni zamanda digər tarixi torpağımızı azad etməklə onları əsarətimizdə saxlamaq. Sualın cavabını şəhid polkovnik Murov qartalı Raquf Orucovun bu sözüylə verirəm: “Dünyada ən gözəl erməni ölmüş ermənidir”.


-Həmkarlarınıza nə tövsiyyə edirsiniz?


-Mənim fəaliyyətim kifayət qədər şəffafdır, cəbhə bölgəsində çalışıram, hər kəs görür. İstəyərdim ki, yalnız Qarabağ münaqişəsinə diqqət ayıran jurnalistlər daha çox olsun. Əgər hərbdən yazmaq istəyirlərsə heç nədən qorxmasınlar. ən azı düşmən blogerlərnin sayı qədər olaq. Hazırkı vəziyyətdəsə informasiya müharibəsində həddin dən artıq fəaldırlar; istər sosial şəbəkələrdə, istərsə də KİV-də.
Hər şeyin başlanğın və bitmə nöqtəsi var. İnsan doğulduğu kimi də bir gün mütləq ölür, ya tez, ya gec. Başında ölüm varsa, səbəb vətən olsun!

Azadə,
Ağdam


Paylaş



Bölmə: Ana seife / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!