Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 12-07-2017, 11:46
“Murov qartalı”nın ad günüdür


Bu gün aprel döyüşlərində şəhid olan polkovnik - leytenant Raquf Orucovun doğum günüdür.

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və Azərbaycan Ordusunun sıralarına qoşuldu. Elə həmin günlərdə ermənilərin Ağdam rayonunu atəşə tutmasıyla Raquf Orucovun dayısı Azər Rəhimov şəhid oldu. 1993-cü ilin 12 iyununda rus-erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal nəticəsində beş övlad anası olan Raya xanım düşmən gülləsindən şəhid oldu. Elə həmin ildə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və həmin məktəbə qəbul oldu. Anasının qisasını ermənilərdən alacağı ümidilədə onun şərəfli hərbçi həyatı başladı.

“Murov qartalı”nın ad günüdür


Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. Qaynar nöqtələrdə kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi uğurlu əməliyyatların əsas təşkilatçılarından olub. o, yalnız təşkilatçı deyil, həm də o döyüşlərdə əsas iştirakçılardan olub.


Aprel döyüşlərində qəhrəmancasına şəhid oldu polkovnik-leytenant. Mayın 5 - də Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Polkovnik-leytenant R.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!