Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                        Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazandı .....                       
Tarix : 6-05-2016, 17:56
"Cəbhəboyu kəndlərə hər gecə 100-dən çox mərmi düşür"



Düşmən bilməlidir ki, nə qədər təhlükəli olsa da, insanlar bir addım geri çəkilməyəcəklər

"Cəbhəboyu kəndlərdə yaşayan insanların həyatı təhlükədədir. Amma kəndlər mühafizə olunur və ermənilər bilməlidir ki, nə qədər təhlükəli olsa da, insanlar bir addım da geri çəkilməyəcəklər".

Bunu Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinə cəbhədə son vəziyyətlə bağlı məlumat verərkən deyib.

İcra başçısı vurğulayıb ki, Ermənistan silahlı bölmələri cəbhəboyu yaşayış məntəqələrini hər gecə ağır silahlardan atəşə tutur: "Axşam saat 22:00-dan başlayaraq səhər saat 06:00-a qədər bu ərazilərə yüzdən çox mərmi düşür. Təmas xəttinə daha yaxın yerləşən yaşayış məntəqələrində axşam olan kimi uşaqlar, qadınlar, xəstələr və qocalar nisbətən aşağı kəndlərə və ya qohumlarının evinə göndərilirlər. Nə qədər çətin olsa da, həmin insanlar yenidən səhər evlərinə qayıdırlar və gündəlik təsərrüfat işləri ilə məşğul olurlar. Qoşunların təmas xəttində Ağdamın 21 kəndi yerləşir və bu kəndlərdə 20 mindən artıq insan yaşayır".

Qeyd edək ki, cəbhə bölgəsinə səfəri çərçivəsində Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri Ağdam rayonunun təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrinə baş çəkiblər.


Report.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!