Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 5-09-2021, 09:42
Qəzvində dərman qıtlığı


Koronavirusun 5-ci dalğasının başlanması və yayılması ilə eyni vaxtda Qəzvində COVİD-19 əleyhinə dərman preparatlarının çatışmazlığı yaranıb.
Bu qıtlıq dərman qara bazarının inkişafına səbəb olub.
Qəzvin Tibb Universiteti və başqa əlaqədar qurumlar dərman çatışmazlığının yaranmasını təkzib ediblər. Əczaxanaların qarşısında uzun növbələr isə rəsmi iddiaların əksini göstərir.
“İrna” xəbər agentliyi Qəzvin müxbirinin hazırladığı reportajda problemdən bəhs olunur. Qeyd edilir ki, əczaxanaların qarşısında izdiham yaranıb, vətəndaşlar evlərinə əliboş dönürlər.
Müxbir 40 nəfərin növbəyə durduğu əczaxanın qarşısında Əlirza Bəxşi adlı qəzvinlidən açıqlama alıb.
“İki saatdır növbədə dayanmışam, bu ikinci gündür ki, dərman almaq ümidi ilə əczaxanaya gəlirəm. Ancaq dərman tapılmır, koronavirusa qarşı dərman preparatları yoxa çıxıb”-deyə, Əlirza Bəxşi bildirib.
Mənijə Zackani adlı başqa bir qəzvinli həkimin yazdığı dərmanları bir həftədir axtardığını və tapa bilmədiyini deyib.
“Bir həftədir dərman axtarıram, bütün əczaxanalara getmişəm, ancaq dərman preparatları yoxa çıxıb. Mənə qara bazardan onları əldə etməyi məsləhət görürlər, dərmanlar qara bazarda dəfələrlə baha qiymətə satılır".
İqtisadçı Məhəmməd Həsən Yəqubi məsələ ilə bağlı verdiyi müsahibədə vətəndaşların dediklərini təsdiq edib, bir çox dərman preparatlarının qara bazara ötürüldüyünü və adi vətəndaşların onları əldə etməkdən məhrum olduqlarını qeyd edib.



کمبود دارو در جولانگاه کرونا و یکه تازی بازار سیاه

C.E


Paylaş



Bölmə: Ana seife / Güneyin sesi / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!