Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 6-12-2021, 12:23
Hara soxulursunuz? MŞ niyə “narahat” olur?

Bəri başdan deyim ki, Dövlət Sərhəd Xidmətinin o məlum gün media ilə işi guya pis təşkil etdiyi barədə iddialarla razı deyiləm. Başlayaq ondan ki, hadisədən dərhal sonra yayılan məlumatda məkan, ünvan göstərilmişdi:

"Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında bildirilirdi ki, noyabr ayının 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var".

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

Artıq biz bilirik nə olub, harda olub. Yəni qəza Qaraheybət aviasiya poliqonunda baş verib. O da yazılıb ki, Qaraheybət poliqonu Xızı rayonu ərazisində yerləşir. Yəqin ki, hadisə rayonuna istənilən və ya istəyən kütləvi informasiya vasitəsi özü getməliydi. Hadisə rayonuna xüsusi avtobus reysinin təşkil edilməsini gözləmədən.

Yeri gəlmişkən, REAL-ın birinci çəkiliş qrupu poliqona məlumatı alandan təxminən yarım saat sonra getmişdi. Mən hadisənin miqyasını nəzərə alaraq özüm də qəza yerinə yola düşdüm. Düzü, çətin tapdıq. Amma bunun da səbəbi DSX-nın əməkdaşları deyildi. Ərazidə şəbəkə tez-tez itir. Əlaqə saxlamaq mümkün olmur. Qarşında azı beş-altı cığır var. Bəzən getdiyin cığırdan geri qayıdır, yeni cığırın izinə düşürsən. Yolumuzun üstdə başqa həmkar kanalların maşınları da var idi. Amma dayanmışdılar. Elə biz də tez-tez dayanmalı olurduq. Axır ki, birləşərək getdik. Kanallardan birinin əməkdaşını hətta biz öz maşınımıza götürdük. Hadisə rayonuna çatdıq.

Ərazidə gözləməyimizi xahiş etdilər. Ən təcrübəli və yaşlı reportyor kimi mən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin qəza baş verən ərazidə dayanmış nümayəndəsinə yaxınlaşmağa icazə aldım. Başa düşürdüm ki, dəhşətli hadisə baş verib. 14 nəfər hərbçi, pilot, superpeşəkar, Dövlət Sərhəd Xidmətinin əməkdaşları həlak olub. Gözümüzün qabağında qəzaya uğramış helikopter gövdəsi var. Araşdırma aparan bəzi əməkdaşlar predmetlə işləyirlər. Dərd üz vermiş qurumun təmsilçilərinin gərginliyinə anlayışla yanaşmaq lazımdır.

Amma eyni zamanda reportyor olaraq bizim də öz vəzifəmiz var. Hamının adından xahiş etdim ki, hadisə rayonunda brifinq versinlər. Düzdür, o saat razılaşmadılar. Amma 20-25 dəqiqə sonra alındı. Helikopterin yanında küləyin səsi mikrofonlara ciddi mane olduğundan, razılaşdıq ki, açıqlama yaxınlıqdakı məntəqədə verilsin.

Yeri gəlmişkən onu da deyim ki, brifinqi keçirən DSX rəisinin müavini İlham Mehdiyev İkinci Qarabağ Müharibəsində döyüşüb, bir sıra istiqamətlərdə aparılan əməliyyatlara şəxsən rəhbərlik edib, göstərdiyi fədakarlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” adı alıb. Həlak olanlar həm də onun döyüş yoldaşları, silahdaşları, dostlarıdır. Və general leytenant öz əzizləri haqqında danışırdı.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətini, bir az da irəli gedərək, ümumiyyətlə Dövlət Sərhəd Xidmətini ittiham, tənqid hədəfinə çevirən həmkarlarımızdan daha həssas, daha müdrik və daha ədalətli olmalarını xahiş edərdim. Adətən belə hadisələr ümumi girişə açıq olmur. Məsələn, bu saat yadıma 1995-ci ilin noyabr ayında Bakı metrosunun “Ulduz” stansiyasında baş verən dəhşətli yanğın düşür. Bizi hadisə yerinə buraxmamışdılar. Gözlədik, xüsusi qurum çəkdiyi kadrları özü bizə təqdim etdi. Sonra bütün güc strukturlarının rəhbərlərindən müsahibə aldım. Başqa belə hadisələrin media tərəfindən işıqlandırılması da müəyyən problemlərlə müşayiət olunur.

Düzdür, tez-tez 2-ci Qarabağ müharibəsinin gedişində brifinqlərin keçirilməsi, operativ məlumatlandırma sisteminin əla təşkili misal çəkilir. Əlbəttə belədir. Biz Prezidentin köməkçisinin, müdafiə nazirliyinin mətbuat xidmətinin operativ məlumatlandırma üsulunun birbaşa şahidləriyik. Amma onu da unutmayaq ki, birinci halda artıq dövlətin müharibənin rəsmi bəyan edilməsindən sonra vahid informasiya-məlumat sxemi var idi. Brifinqlər bu sxemin tərkib hissəsi idi. Ən gözlənilməz hadisələr belə burda dəqiqliklə nəzərə alınmışdı. Amma etiraf edək ki, 30 noyabrda Qaraheybət poliqonunda baş verən hadisə gözlənilməz idi. O helikopter müharibə hərəkətlərinin içində vurulmamışdı. Əgər belə bir hadisə olsaydı, heç şübhəsiz, İkinci Qarabağ müharibəsinin gedişi barədə verilən başqa məlumatlar kimi bu xəbər də brifinqdə veriləcəkdi.

İkinci məsələ, Dövlət Sərhəd Xidmətinin hər hansısa kanala xüsusi münasibəti barədə əsassız iddialar. Əgər belə bir yanaşma olsaydı, yəqin ki, korporativ maraqlar baxımından Real TV-nin rəhbəri kimi mən brifinq yox, eksklüziv müsahibə tələb edər, yəqin, ala da bilərdim. “Yaşınız qədər təcrübəm var” deyə biləcəyim yerdir burası. Amma demirəm. Hamı kimi mən də sıraya durmuşdum. Və brifinqi də hamı üçün istədim.

Əlbəttə, mənim də narazı olduğum məqamlar var idi. Amma mən bu detalları ictimailəşdirmədən, Sərhəd Xidmətinin Aparatına, qurumun mətbuat təmsilçisinə şəxsən çatdırırdım. Amma eyni zamanda onu, təmsil etdiyi qurumun vəziyyətini başa düşməyə çalışırdım. Təsəvür edin: ortada 14 meyit var! Ortada qəza var. Ortada bu şəkil var. General polkovnik Elçin Quliyevin şəhid atasından gözünü qaçırdığı bu şəklin ağırlığını təsəvvür edirsiz? Mən təsəvvür edirəm!

Hə, kimsə deyə bilər ki, jurnalist belə gəldi, qərəzsizlik bu yandan aşdı, operativlik o tərəfdən keçdi. Bağışlayın məni, dostlar, həmkarlar, mənim mənsub olduğum, təklif etdiyim jurnalistikada dövlət birinci gəlir. Nə bilirik: bəlkə “heç bir kənar müdaxilə baş verməyib” demək özü də lazımdır. Ola bilsin ki, bu xəbərin başqa əhəmiyyəti var?! Bilmədiyimiz. Sətiraltı! Bəlkə hansısa fərziyyənin yoxlanılması üçün işlədilən ifadə fintidir. Axı verilən brifinqdə “bütün ehtimallar araşdırılır” da deyilmişdi. Baş prokurorun birinci müavini “hadisə ilə bağlı intensiv zəruri istintaq hərəkətləri davam etdirilir” da demişdi. Hara soxuluruq öz qeyri-peşəkarlığımızla, Feysbuk həvəskarlığımızın laykpərvərliyi ilə!

Sosial şəbəkələrdə nə qədər Şerlok Holms peyda olub! Nə qədər boşboğaz çənə gimnastikası ilə məşğul oldu?! Olsun e, yəqin bu da lazımdır! Amma öz hobbiçiliyinizə ciddi dövlət qurumlarını qatmayın!

Hörmətli Mətbuat Şurasını hansı təzyiqdi belə narahat edən? Bəs neçə illərdir mən bədbəxt təzyiqlə, təhdidlə, təhqirlə üzləşirəm, hanı sizin həssas münasibətiniz?

Bütöv.az


Paylaş



Bölmə: Ana seife / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!