25-07-2017, 13:15
Azərbaycanın istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan, fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
25-07-2017, 13:04
Butov.az xəbər verir ki, iyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin mətbuat konfransı keçirilib.
25-07-2017, 12:24
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üzrə təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu Samux rayonunun ərazisində yerləşən taxılçılıq təsərrüfatlarına göndərilib. Burada məqsəd taxıl biçini prosesində yaxından iştirak etməklə universitetdə əldə olunmuş praktik bilik və bacarıqların daha da möhkəmləndirilməsi, istehsalatda tətbiq olunan yeni texnika və texnologiyaların idarə edilməsinin mənimsənilməsidir.
25-07-2017, 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 140 dəfə pozub.
24-07-2017, 18:21
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Butov.az bunu DİN-in mətbuat xidmətinə istinadən xəbər. Müraciətdə bildirilir ki, son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün nazirliyə müraciətlər daxil olur:
24-07-2017, 11:31
Hüquq vә vәzifәlәrlә bağlı qәrarlar qәbul edәn dövlәt orqanları vә dövlәt hakimiyyәti
sәlahiyyәtlәrinin daşıyıcıları ilә münasibәtlәrdә hәr kәsin bәrabәr hüquqları tәmin edilir.
24-07-2017, 10:59
Butov.az xəbər verir ki, öllkədə modul tipli məktəblərin quraşdırılması davam edir. Bu günədək 30 modul tipli məktəb quraşdırılıb, 35 məktəbdə isə bu sahədə iş davam etdirilir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.
24-07-2017, 10:55
Butov.az xəbər verir ki, Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək.
24-07-2017, 10:25
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.