Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib .....                        Ukrayna Rusiyanın iddialarını “absurd” adlandırdı .....                        Qızlara söz atan məktəblini döydü, həbs olundu .....                        Müharibə istəmirik, amma... - İRAN .....                        İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı .....                        Gültəkin Hacıbəylinin evində axtarış aparılıb .....                        Sahibə Qafarova Fuad Oktay ilə görüşüb .....                        Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub .....                        Dneprdə məktəbdə sığınacaq məşğələsi zamanı şagird yaralandı .....                       
Tarix : 11-03-2020, 12:54
Qobustan Qoruğu fəaliyyətini qismən dayandırdı

Qobustan Qoruğunda koronavirus təhlükəsinə qarşı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, qoruq bu gündən etibarən fəaliyyətini qismən müvəqqəti olaraq dayandırır.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2020- ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirinin 06.03.2020-ci il tarixli müvafiq əmrinə əsasən Koronavirus (CoVİD-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda qabaqlayıcı profilaktik tədbirlər həyata keçiriləcək. Bununla əlaqədar olaraq bildiririk ki, profilaktik tədbirlərin keçirildiyi müddət ərzində Qobustan abidələrini əks etdirən açıq səma altında muzey fəaliyyətini tam şəkildə davam etdirəcək. Qoruğun muzey binası isə 11.03.2020-ci il tarixdən etibarən müvəqqəti olaraq ziyarətçilər üçün bağlı olacaq".


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!