Prezident yeni qaz kəmərinin önəmindən danışdı .....                        Bu kəmər Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq .....                        Türkiyə ilə Azərbaycan nəhəng layihələr həyata keçirir .....                        İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi .....                        Prezidentlər İqdır-Naxçıvan qaz kəmərinin açılışında .....                        Azərbaycanda 75 min ailəyə ayda 470 manat yardım verilir .....                        Qubadlının Zilanlı kəndində 193 ev tikilir .....                        Kreml Rusiya-Ukrayna-ABŞ danışıqları üçün ən yaxşı yeri açıqladı .....                        Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır .....                       
Tarix : 20-05-2020, 14:57
Azərbaycanda Kino Şurası yaradıldı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.
Butov.az Axşam.az-a istinadən xəbər verir ki, Dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək Şura üç İşçi Qrupundan ibarətdir. Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci İşçi Qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü İşçi Qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək.
Kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyiyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamlarından təşkil olunan Kino Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru, Şuranın sədri.

Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi Qrupu:

Fikrin Bektaşi – hüquqşünas;
Orxan Əliyev – kino maliyyəçisi;
Leyla Vəzirzadə – kinoşünas, Şuranın Katibi.
Ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi Qrupu:
Yavər Rzayev – rejissor, ssenarist;
Mirbala Səlimli – rejissor, ssenarist;
Fariz Əhmədov – rejissor, prodüser;
Cahangir Səlimxanov – mədəni irs üzrə ekspert, Avropa Mədəniyyət Parlamentinin üzvü;
Roman Orkodaşvili – ssenarist, redaktor, «Что? Где? Когда?» (Rusiya) komandasının üzvü;
Orxan Abbasov – operator, Paris Beynəlxalq Kino və Televiziya Məktəbinin məzunu;
Mansur Şəfiyev – rejissor-animator;
Aygün Aslanlı – kino tənqidçisi;
Aydın Talıbzadə – teatrşünas.

Layihələrin iqtisadi qiymətləndirilməsi (pitçinq) üzrə İşçi Qrupu:

Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru;
Rüfət Həsənov – “Debüt” studiyasının direktoru;
Balakişi Qasımov – İctimai Televiziyanın baş direktoru;
Orman Əliyev – Bakı Media Mərkəzinin direktoru;
İlqar Nəcəf – “Buta Film” prodüser mərkəzinin təsisçisi;
Əli-Səttar Quliyev – “Mozalan” studiyasının direktoru;
Elmar İmanov – “Color of May” (Almaniya) prodüser mərkəzinin direktoru;
Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar meneceri.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!