Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 4-11-2015, 11:02
Abidələrdə gizlənən tarixin izləri


Müstəqillik dövründə Azərbaycan dövləti tərəfindən ölkəmizdə mədəni irsin qorunmasına, öyrənilməsinə, təbliğinə qayğının və dəstəyin durmadan artdığının hər birimiz şahidiyik. Ulu öndər Heydər Əliyev yenidən rəhbərliyə qayıtdıqdan sonra azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Xalqımızın adət və ənənələrinə, dininə, mədəni irsinə diqqət bu ideyanın təməl xətlərindən biridir. Təsadüfi deyil ki, bu məqam Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır. Konstitusiyanın 16-cı maddəsində qeyd olunur ki, Azərbaycan dövləti xalqın tarixi və mənəvi irsini qoruyur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında mədəniyyət məsələlərinin, xüsusilə tarixi və mədəni dəyərlərin qorunmasının hüquqi bazasını təkcə yerli qanunvericilik aktları deyil, həm də beynəlxalq sənədlər təşkil edir. Bu sənədlərdən “Hərbi münaqişələr zamanı mədəni abidələrin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni irsinin qorunması haqqında” 1970-ci il Paris Konvensiyası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyası və digərlərini göstərmək olar.
Ümummilli lider milli-mənəvi dəyərlərin üç tərkib hissəsini - dil, din, adət-ənənə - xüsusi qeyd edir, dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.
Bu gün Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu məqamda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı xüsusi qeyd olunmalıdır. Artıq bir neçə ildir ki, ölkə prezidenti arxeoloji tədqiqatlar, tarixi, mədəni və dini abidələrin bərpası, yeni tikililərin inşası üçün büdcədə nəzərdə tutulduğundan əlavə olaraq milyonlarla manat vəsait ayırır. Bunun ən gözəl nümunələrindən biri də ötən il dövlətimizin başçısının təşəbbüsü ilə 12 min kvadratmetr sahədə Şirvan memarlıq ənənələrinə uyğun, 95 metr hündürlüyündə 4 minarə ilə inşa olunan və Qafqazın ən böyük ibadət ocağı adını alan Heydər məscididir.
Həmçinin,Heydər Əliyev Fondunun xüsusi fəaliyyət proqramına çevirdiyi və bu istiqamətdə reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasını xüsusilə vurğulamaq lazımdır.
Lakin dövlətin qayğısı və mühafizəsinə rəğmən yerlərdə insanlarımız tərəfindən mədəni irs abidələrimizin əhəmiyyətinin hələ ki, yetərincə başa düşülməməsi, dağıdılması, korlanması işin ağrıdıcı tərəfidir. Əlbəttə, bu cür xoşagəlməz hallar hər şeydən öncə, əhalinin böyük bir qisminin məlumatsızlığı, ictimai məsuliyyətin olmaması və yerlərdə lazımi maarifləndirmə işlərinin aparılmaması ilə bağlıdır. Müəyyən qədər məlumatsızlığın nəticəsidir ki, çoxəsrlik zəngin tarixə və mədəniyyətə malik xalqımızın maddi və qeyri-maddi mədəni irsi zaman-zaman saxtalaşdırılma və özgəninkiləşdirilmə təhlükələri ilə qarşılaşmışdır. Ən çox təsadüf olunan hal isə xalqımıza məxsus mədəni irs nümunələrinin başqa etnoslar tərəfindən özününküləşdirilməsidir. Həmçinin, təbliğat yönümlü əməllər də az rol oynamamışdır. Məsələn, XX əsrin əvvəllərində ermənilərin yaydığı “Azərbaycan ərazisində geniş yayılmış daş-qoç abidələrinin baş hissəsində qızıl var” kimi şayiələrə uyan yerli sakinlər Lənkəran, Qarabağ, Borçalı, Şamaxı, Naxçıvan və digər bölgələrdə qarşılarına çıxan əksər daş-qoç abidələrinin başlarını qızıl tapmaq ümidi ilə qırırdılar. Beləcə, babalardan qalma müqəddəs yadigarlarımıza ilk növbədə özümüz qənim kəsilirdik.
Abidələrdə gizlənən tarixin izləri

Hələ də bir çox bölgələrimizdə tarixi abidələrimiz anbarlara çevrilmiş durumdadır, arxeoloji qazıntı məkanları isə tullantı yerlərinə çevrilmişlər. Belə olan halda yerlərdə maarifləndirməyə (xüsusilə də mədəni irsimizin mühafizəsi istiqamətində) mütləq mənada ehtiyac var. Çünki milli-mənəvi dəyərlərin qorunması və təbliği təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm hissəsi cəmiyyətin, vətəndaşların, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Azərbaycan Konstitusiyasında (maddə 40) hər bir vətəndaşın ölkənin mədəni sərvətlərindən istifadə etmək hüququ qeyd olunmaqla yanaşı, bundan irəli gələn məsuliyyəti də əksini tapmışdır: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməlidir”. Odur ki, Azərbaycan xalqının milli-mənəvi irsini öyrənmək və təbliğ etməklə yanaşı, onun mühafizəsini də ölkəmizin milli təhlükəsizliyinin mühüm istiqaməti kimi diqqətdə saxlamaq gərəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 may 2014-ci il tarixli fərmanıyla yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da bu istiqamətdən yola çıxaraq “Dini abidələrdə tarixin izləri” adlı layihəsinə hələ fəaliyyətinin ilk günlərindən başlamış, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatların aparılması, abidələrin hərtərəfli öyrənilməsi, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamların üzə çıxarılması, ehtiyac olduqda müəyyən bərpa işlərinin aparılması kimi bir çox önəmli istiqamətləri hədəf kimi götürmüşdür. Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi və müəyyən qədər bu yolla qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsidir.
“Dini abidələrdə tarixin izləri” layihəsinin ideya müəllifi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin tövsiyyəsilə layihənin həyata keçirildiyi ilk məkan Bərdə İmamzadəsi oldu. Azərbaycan ərazisində qədim abidələrdən olan Bərdə İmamzadəsi kompleksi ilə yaxından tanışlıqdan və keçirilən müəyyən sorğu nəticələrindən sonra buradakı kitabələrin oxunmasına, abidə üzərində bərpa işlərinin aparılmasına böyük ehtiyacın olduğu aşkarlandı. İmamzadənin tarixi araşdırılarkən əldə edilən məlumat və materiallardan məlum oldu ki, bu qədim ziyarətgahda VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi şahzadə İsmayıl dəfn olunub. O dövrlərdə Abbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən şahzadə İsmayıl Azərbaycan torpağına sığınır. Bu yerlərdə xalqın dəstəyi və köməyi ilə Abbasi xəlifələrinin zülmündən amanda qalır, ömrünün sonuna kimi bu torpaqda yaşayıb, bu torpaqda da dünyasını dəyişir. XII əsrdə İbrahim adlı bir tacir Şahzadə İsmayılın Bərdə əhli tərəfindən mütəmadi ziyarət edilən qəbrinin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Qeyd etmək lazımdır ki, Ensklopediyada bu ziyarətgah “Tacir İbrahim” adı ilə gedir. Digər bir məlumata görə, İmamzadə 1322-ci ildə Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən inşa edilib. 1868-ci ildə İmamzadə türbəsinin 4 minarəsi şuşalı memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub. İmamzadənin həyətində, həmçinin, Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn edilib. Bunu 70-ə qədər daş və qəbirüstü yazılar sübut edir. Yazıların hamısı ərəb əlifbasında, ərəb, fars, bəziləri isə Azərbaycan dilindədir.
Həmin bu XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni Əlyazmalar İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü professor Möhsün Nağısoylu tərəfindən oxunub dilimizə çevrildi. Müasir əlifba ilə hazırlanan mətnlər dəmir lövhələrə köçürülüb İmamzadənin həyətinə yerləşdirildi.
Həmçinin, “Dini abidələrdə tarixin izləri – Bərdə İmamzadəsi” layihəsi çərçivəsində 15 oktyabr və 20 noyabr 2014-cü ildə Bərdə şəhərində keçirilmiş iki elmi konfransın materialları əsasında hazırlanmış “Bərdə və Bərdə İmamzadəsi” adlı kitab çapa hazırlanmaqdadır.
Bu və ya digər abidələr üzərindəki bu günə qədərki tarixi tədqiqatlar nəticəsində əldə olunan məlumatlardan bizə aydın olur ki, torpağımızda yaşamış qədim insanlar çox böyük və şərəfli tarixə malikdirlər. Ulu babalarımız elə dəyərli maddi mədəniyyət nümunələri yaratmışlar ki, bu abidələr xalqımızın, millətimizin mədəniyyətinin bariz sübutudur.
Abidələrdə gizlənən tarixin izləri

Mədəni irsimizi üzə çıxarmaq məqsədilə bu gün biz də aidiyyatı qurumlar olaraq öz növbəmizdə mütəxəssis araşdırmaları aparsaq, təklif və tövsiyələrimizi versək, şəhər və kənd sakinlərini maarifləndirib onlarla müvafiq iş aparsaq, bölgələrdə abidələrin qorunmasına və onların təbliğinə insanları inandıraraq səfərbər etsək, bununla keçmişdən gələcəyə körpü rolunu oynayar və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidənin mühafizəsi və təbliği sahəsində yaxından iştirak edərək gələcək nəsillərə nəinki dövlət, eləcə də hər bir azərbaycanlı kimi öz layiqli töhfəmizi vermiş olarıq.

Şəlalə Nəqşani,
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun
Ölkədaxili layihələr sektorunun məsləhətçisi


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!