Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi - FOTO .....                        Millimiz İsrail yığması ilə heç-heçə etdi .....                        Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib? .....                        Avtomobil kanala aşdı - 5 nəfər yaralandı .....                        Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi .....                        ANAMA sədrinə birinci müavin təyin edildi - FOTO .....                        Mingəçevirdə 19 yaşlı qızın meyti tapıldı .....                        Votsapda yeni qayda tətbiq ediləcək .....                        Viktor Orban Tramp-Putin sammitinə nikbin baxır .....                       
11-05-2024, 16:54
Bu gecə “Avroviziya-2024”ün finalıdır


Bu gecə “Avroviziya-2024”ün finalıdır

Bu gecə İsveçin Malmö şəhərində “Avroviziya-2024” mahnı müsabiqəsinin finalı keçiriləcək.
Finalda 26 ölkə mübarizə aparacaq.
Finalçıların çıxış sırası da artıq məlumdur.
Konserti İsveç təmsilçiləri açacaq, sonuncu isə Avstriyadan olan iştirakçı olacaq.
Çıxışlar aşağıdakı ardıcıllıqla olacaq:

11-05-2024, 11:37
Heydər Əliyev Fondu ICESCO ilə memorandum imzaladı


Heydər Əliyev Fondu ICESCO ilə memorandum imzaladı

Mayın 11-də Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malikin görüşündə ikitərəfli əməkdaşlıq, ICESCO ilə Fond arasında ötən müddət ərzində mövcud əlaqələr müzakirə edilib.
Fondun prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası dialoq üzrə fəaliyyəti və xidmətləri vurğulanıb.
Görüşdə Fond tərəfindən təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla yanaşı, digər ölkələrdə humanitar sahədəki layihələri, xalqlar və dinlərarası yaxınlaşmaya yönələn fəaliyyət qeyd olunub. İmzalanan memorandumun əməkdaşlığın gələcək uğuruna zəmin yaradacağı bildirilib.
2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada Heydər Əliyev Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin qorunması, bərpası istiqamətində qısa müddətdə apardığı işlərin mədəni-tarixi irsin yaşadılması baxımından əhəmiyyəti qeyd olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq müzakirə edilib.
Sonra ICESCO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik Şuşada tarixi-dini abidələri ziyarət edib, işğal zamanı burada törədilmiş erməni vandalizminə dair faktlarla tanış olub.
Xatırladaq ki, Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan ICESCO-nun 1991-ci ildən üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib. Təşkilat Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında səmərəli əməkdaşlıq qurulub.
8-05-2024, 00:30
Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər


Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər

İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında Azəbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov çıxış ediblər.
Onlar “Özünlə apar” mahnısını ifa ediblər.
Təmsilçilərimiz səhnədə 12-ci nömrə ilə çıxış ediblər.
Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da, final isə mayın 11-də olacaq.
6-05-2024, 18:17
“Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək


“Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.
Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.
Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək.
Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq.
5-05-2024, 14:15
İçərişəhərdə Milli Xalça Festivalı keçirildi - FOTO


İçərişəhərdə Milli Xalça Festivalı keçirildi - FOTO

4 may 2024-cü il tarixdə İçərişəhərdə Milli Xalça Festivalının açılışı keçirilib. Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.
“İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə öz çıxışında: “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin Milli Xalça Festivalına ev sahibliyi etməsi heç də təsadüfi deyil. İçərişəhər Qoruğu üçün Azərbaycanın qədim milli-mədəni ənənələrinin, sənət nümunələrinin yaşadılmasına töhfə vermək və bu istiqamətdə işlər görmək prioritet istiqamətlərdən biridir. Bu baxımdan, UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin İçərişəhərdə təşkil olunan Milli Xalça Festivalı vasitəsilə təşviqi və yaşadılması önəmlidir”, - deyib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışında: “Bu gün Azərbaycan xalçaçıları üçün əlamətdar gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə 5 may - “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilməyə başlanıb və eyni zamanda 5 may “Azərxalça” ASC təsis edildiyi gündür. Xalçaçı gününün rəsmi səviyyədə qeyd olunması, Milli Xalça Festivalının təşkili xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsində vacib rol oynayır”, - vurğulayıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev çıxışında bildirib: “Azərbaycan xalçaçılıq sənətini beynəlxalq səviyyədə təşviq etmək məqsədilə AZPROMO mütəmadi olaraq sərgilər keçirir və bugünki Milli Xalça Festivalı da həmin işə töhfədir. Azərbaycanın mədəni-irsinin xalçalar vasitəsilə dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin qonaqlarına xalça istehsalatımızı göstərmək vacibdir”.
Tədbirdə iştirak edən Milli Məclisin üzvləri, rəsmi qonaqlar, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı festivalının digər ziyarətçiləri açılış mərasimindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix və “Heydər Əliyev 100” xalça sərgilərini ziyarət ediblər. Həmçinin, xalçaçıların nümayiş etdirdiyi xalça emalı prosesinin müxtəlif mərhələlərini maraqla izlədikdən sonra, İçərişəhərdəki gül xalçası da daxil olmaqla, digər sərgi məkanları ilə tanış olublar.
İki gün davam edən festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər keçirilməkdədir. Bura qədim, müasir, eləcədə müəllif xalçalarından ibarət eksklüziv sərgilərin nümayişi, xalçatoxuma sənəti ilə bağlı böyüklər və uşaqlar üçün ustad dərsləri, maarifləndirici seminarlar, interaktiv teatr tamaşası, yarmarka, muğam axşamı və konsert proqramı daxildir. Festivalın ilk günündə İçərişəhərin sakinləri və qonaqları üçün açıq səma altında film nümayişi təşkil olunub.
Qeyd edək ki, Milli Xalça Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilir.


4-05-2024, 07:32
GÜLNARIN RƏNGLƏR DÜNYASI


GÜLNARIN RƏNGLƏR DÜNYASI

Şəkinin Baş Zəyzid kəndində yaradıcılıq ezamiyyətindəyəm. Hər gün onlarla sakinlə görüşür, milli adət-ənənələrimizlə bağlı söhbətlər aparır, qədim yurd yerlərimizin tarixi, folklor və etnoqrafiyamızla bağlı müəyyən məlumatlar toplamağa çalışıram. Deməliyəm ki, yaxın iki aydakı görüşlərimizdən, söhbətlərimizdən belə anlaşıldı ki, bu yerlərdə illərlə toplasan belə tükənməyəcək zəngin milli-mənəvi dəyərlər xəzinəsi yatır.
Kəndimizin Seyid dayı adlı məşhur bir zurna ustası olub. Başının dəstəsi ilə saysız-hesabsız toy və el şənliklərini idarə edib. Hətta 1991-ci ildə kənd fəallarının böyük fədakarlığı sayəsində kəndimizdə ilk dəfə baş tutan milli Novruz bayramı şənliyinin musiqi bəzəyi də Seyid dayının adı ilə bağlıdır.
“Gülnarın rənglər dünyası” sərlövhəli yazıma Seyid dayını xatırlamaqla başlamağım heç də səbəbsiz deyil. Çünki haqqında söhbət açacağım gənc rəssam qızımız məhz Seyid dayının nəticəsidir. Doğru deyiblər ki, həyatda heç nə təsadüfi olmur. Bizə təsadüf kimi görünən hadisələrin alt qatında əslində böyük həqiqətlər gizlənir. Belə ki, mən Seyid dayı haqqında məlumat toplamaq məqsədilə onun oğlu Cəlal müəllimlə görüşmək qərarına gəldim və bu ailənin qonağı olarkən də Gülnar qızımızın bir-birindən gözəl əl işləri ilə tanış oldum.

Gülnar Məmmədli ziyalı ailədə doğulub. Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbinin 9 “a” sinif şagirdidir. Gülnarın babası Cəlal Məmmədov, atası Səxavət Məmmədov da həmin məktəbin idman müəllimləridir. Nənəsi Rəfiqə Məmmədova ibtidai sinif müəllimi, anası Günel Məmmədova tibb bacısıdır.
Cəlal müəllim hazırda təqaüdçü olsa da, bütün ailə üzvləri kimi onun da diqqəti istedadlı nəvəsi Gülnarın gələcək həyat yolunda tutacağı istiqaməti müəyyənləşdirməyə, ona dəstək olmağa yönəlib. Bunu onunla söhbətimiz zamanı açıqca hiss etmək olur:
“Hələ üçüncü sinif şagirdi olduğu zamanlardan hiss etdik ki, Gülnar dərslərini yaxşı oxumaqla yanaşı, televizorda izlədiyi cizgi filmi qəhrəmanlarının rəngli qələmlərlə şəklini çəkir. Düzü, əvvəlcə bunu adi bir uşaq həvəsi hesab etdik. Sonradan onun fırçadan, rəngli qələmlərdən heç cür ayrılmadığını, rəsm sənətini qəlbən sevdiyini gördük. İstəyirdik ki, həkimliyi seçsin. Dərslərindən ancaq əla qiymətlər alırdı, biologiyaya isə xüsusi həvəsi vardı. Bu fənni çox yaxşı oxuyurdu. Bununla belə, Gülnarın get-gedə rənglərə daha dərindən bağlandığını gördük. Ev tapşırıqlarını yerinə yetirdikdən sonra, boş vaxtlarında ancaq şəkil çəkdiyini görüb ona mane olmamağı qərara aldıq. Şəkil çəkmək onda heç də pis alınmırdı. Düşündük ki, nəvəmin rəssamlıq sənətinə bağlılığı adicə həvəs çərçivəsindən çoxdan çıxıb. Soraqlaşıb Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədovu tapdıq. Onun kurslarına yazdırdıq Gülnarı. Sahib müəllimin yanına gedəndə Gülnarın abstrakt mövzularda işlədiyi şəkilləri də özümüzlə götürmüşdük. Müəllim həm onun çəkdiyi şəkillərə baxdı, həm də bu şəkillərin izahatına qulaq asdı və dedi ki, Gülnarı bu sənətdən ayırmaq günahdır...”

Öyrənirik ki, o vaxtdan etibarən – bir ildən çoxdur Gülnar davamlı olaraq Sahib müəllimin rəsm kurslarına gedir. Artıq Sahib müəllimin fikri qətiləşib ki, Gülnarın bügünəcən çəkdiyi əsərlərdən ibarət fərdi sərgisi təşkil olunmalıdır. Müəllimi düşünür ki, gənc bir rəssam kimi o öz yaradıcılıq fəaliyyətini daha da genişləndirməli, onun sənət uğurları ətrafdakı istedadlı uşaqlara da sirayət etməli, onları da sənət yollarında uğurlar qazanmağa ruhlandırmalıdır.
Gülnar barədə daha ətraflı məlumat əldə etmək üçün Baş Zəyzid kənd tam orta məktəbində olduq. İnformatika müəllimi Sevda Balənmədova Gülnar barədə yazmaq istədiyimizi eşidəndə çox sevindi. Bu cür istedadların həqiqətən xüsusi diqqət və qayğı ilə əhatə edilməsinin vacibliyindən danışdı. Məktəbin əlaçı şagirdi kimi Gülnarı digər şagirdlərdən fərqləndirən bacarıq və qabiliyyətlərə malik olmasını həm də bütövlükdə təhsil aldığı məktəbin və doğulub böyüdüyü kəndin uğuru kimi dəyərləndirdi.
Məktəbin rəsm müəllimi Gülxatın Məhərrəmova hələ aşağı siniflərdə Gülnarın istedadını büruzə verdiyini, onun digər uşaqlardan fərqləndiyini müşahidə etdiyini söylədi. Onu da qeyd etdi ki, məktəbdə hansısa əlamətdar günlər və bayramlarla əlaqədar təşkil olunan sərgilərdə Gülnarın işləri həmişə diqqəti cəlb edib.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Sahib Məhyəddinov, biologiya müəllimləri Aynur Qədirova, Sevinc Nəsrullayeva, sinif rəhbəri Aytəkin Həmidova da Gülnarın bütün dərslərdə xüsusi fəallıq göstərdiyindən böyük razılıq hissi ilə danışdılar.
Gülnar əlaçıdır, dərslərindən həmişə yüksək qiymətlər alır. Çünki elmin bütün sahələri ilə dərindən maraqlanır, dayanmadan, durmadan mütaliə edir. Mütaliəsinin zənginliyi elə çəkdiyi rəsmlərdən bəllidir.
“Əsərlərimin əksəriyyətini hiss edib duyduqlarımdan, oxuduğum əsərlərdən aldığım məlumat və enerjidən əxz eləmişəm. Eyni zamanda, bu əsərlərdə dünyanın yaranış, törəniş və gələcəyə doğru inkişafını, təkamül prosesini rənglərin dili ilə verməyə çalışmışam. İşlərimin bir çoxunu sürrealist əsərlər təşkil edir. Bunlar mənim duyğu və düşüncələrimin inikasıdır” – deyir Gülnar.
Əsərlərinin bəzilərinin adlarını çəkməklə bu işlərin mövzu müxtəlifliyinə və məzmun dərinliyinə diqqəti cəlb etmək istərdim: “Qaranlığın rəqsi”, “Yerin yaradılması”, “Qanadlı arzular”, “Bəyaz işıq” və s…

Həqiqətən də, Gülnarın düşüncələri kimi, düşüncə və istedadının, təxəyyül və idrakının ortaq məhsulu kimi ortaya çıxan əsərləri adamı dərindən düşünməyə vadar edir. Düşünür və deyirsən ki, nə yaxşı bu bozbulanıq dünyada Gülnar və onun istedadlı yoldaşları kimi bəşəri ideallarla yaşayıb gələcəyə doğru inamla addımlayan gənclərimiz var. Çünki gələcəyimizi məhz bu cür azadfikirli, açıqdüşüncəli istedad sahibləri olan gənclərimiz quracaqlar. Gələcək onlarındır!

Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədovun Gülnar barədə dediklərindən:
“İlk dəfə Gülnarın işlərinə baxdıqda onda bu sənətə böyük həvəs olduğunu hiss etdim. Bir müəllim kimi ona bu sənətdə təkan verdim. Dərsində hər zaman çalışqandır. Gülnar Məmmədlinin özünəməxsus kompozisiyaları var. Gələcəkdə onun ali təhsil alıb, sənətdə daha da yüksək nailiyyətlər qazanacağına inanıram. Bu yolda ona uğurlar arzulayıram”.
Biz də Gülnara (Gül Nar) sevib-seçdiyi rəssamlıq sənətinin çətin və rəngarəng yollarında saysız uğurlar arzulayırıq.

Qiymət MƏHƏRRƏMLİ,
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi,
Filologiya üzrə fəlsəfə doktoru, şair.

3-05-2024, 20:42
“Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO


“Turan yolu-Zəngəzurum” əsərinin təqdimatı olub - FOTO

Mayın 3-də Bakıda Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə dekorativ tətbiqi sənət ustaları Lalə, Toğrul və İsgəndər Sərdarlıların ərsəyə gətirdiyi "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub.
Təqdimatda Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın əsər nümayiş olunub.
Sərdarlıların əl işləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək, qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.
Bakı Yunus Əmrə İnstitutunun başqanı Selcuk Karakılıç, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev və İstanbul millət vəkili Doğan Bekin sərginin əhəmiyyətindən danışıblar. Onlar Sərdarlılar ailəsinin yaradıcılığına xüsusi dəyər verdiklərini qeyd ediblər.
Çıxışlarda ailənin unudulmuş tətbiqi sənət nümunələrini yenidən fərqli məzmun və formatda ictimaiyyətə təqdim etməsinin əhəmiyyət vurğulanıb.
Azərbaycan Rəssamlar ittifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı bildirib ki, tədbirin əsas məqsədi unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etməkdir.
Daha sonra qonaqlar Sərdarlıların bir-birindən maraqlı əsərləri ilə tanış olublar.
Qərbi azərbaycanlılara məxsus tarixi memarlıq abidələrini, mədəni irs incilərini tərənnüm edən özünəməxsus üslubda işlənmiş dekorativ tətbiqi sənət nümunələri və digər əsərlər milli koloriti və orijinallığı ilə göz oxşayıb.
Sərdarlılar ailəsinin yaratdığı sandıq, mücrü və zinət əşyaları Azərbaycan mədəniyyət tarixində ilk dəfə olaraq sənət əsərləri kimi dəyərləndirilib.
Hazırda Sərdarlılar ailəsinin bir sıra əsərləri Macarıstan, Şimali Kipr, Kanada muzeylərində, həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.



3-05-2024, 13:59
Ağdamın mədəni irsi talan edilib - Nazir müavini


Ağdamın mədəni irsi talan edilib - Nazir müavini

30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib və oğurlanıb. Hazırda bura xarabalıqlar şəhəridir.
Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdamda keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda keçirilən xüsusi sessiyada deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Ağdam şəhəri yüksək standartlara uyğun şəkildə bərpa edilir.
Nazir müavini minaların mədəni irsə təsirindən danışarkən xatırladıb ki, UNESCO-nun bununla bağlı xüsusi konvensiyası var:
"Rəsmi rəqəmlərə görə dünya üzrə 110 milyondan çox mina quraşdırılıb. Azərbaycan isə mina problemi ilə bağlı əziyyət çəkən ölkələr siyahısında öndədir. Təkcə Ağdamda 1,5 milyona yaxın mina quraşdırılıb”.
1-05-2024, 17:00
“Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək?


“Avroviziya” 1 həftə sonra başlayır! - Azərbaycan nə vaxt çıxış edəcək?

Gələn həftə İsveçin Malmö şəhərində “Avroviziya” mahnı müsabiqəsi start götürəcək. Dünyanın ən böyük canlı musiqi tədbiri hesab edilən müsabiqəyə 37 ölkədən gələn iştirakçılar qatılacaq.
68-ci dəfə keçirilən yarışma üçün həftə ərzində 89 ölkədən təxminən 100.000 ziyarətçinin Malmöyə gələcəyi gözlənilir.
Mayın 7-də müsabiqənin birinci yarımfinalı, mayın 9-da isə ikinci yarımfinalı keçiriləcək. Mayın 11-də “Avroviziya”nın böyük final mərhələsi baş tutacaq.
İsveçin 362 min əhalisi ilə üçüncü ən böyük şəhəri olan Malmödə 1992 və 2013-cü illərdə də “Avroviziya”ya ev sahibliyi edib. İsveçdə ümumilikdə 7 dəfə bu müsabiqə keçirilib.
Müsabiqənin ilk yarımfinalında Kipr, Serbiya, Litva, İrlandiya, Ukrayna, Polşa, Xorvatiya, İslandiya, Sloveniya, Finlandiya, Moldova, Azərbaycan, Avstraliya, Portuqaliya və Lüksemburq, ikinci yarımfinalında isə Malta, Albaniya, Yunanıstan, İsveçrə, Çexiya, Avstriya, Danimarka, Ermənistan, Latviya, San Marino, Gürcüstan, Belçika, Estoniya, İsrail, Norveç və Niderland təmsilçiləri çıxış edəcək.
27-04-2024, 16:24
Ermənilər illərdi musiqimizi oğurlayır


Ermənilər illərdi musiqimizi oğurlayır

Agentlik sədri: Qərbi Azərbaycan ərazisindən xalq mahnıları lentə alınaraq erməni nümunələri kimi təqdim edilib
Qərbi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldıqdan sonra, artıq 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutunda xüsusi şöbə fəaliyyətə başladı. Onun vəzifəsinə xalq musiqisi və folklor nümunələrini toplamaq və tədqiq etmək daxil edildi. Onların toplanması və arxivləşdirilməsi keçmiş Azərbaycan torpaqlarında aparılırdı və təbii ki, onların mənşəyi türk-azərbaycanlı olmuşdu.
Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib. Qeyd edib ki, 1959-cu ildə nəşr edilmiş “Ensiklopedik musiqi lüğəti”nə əsasən, “müasir erməni musiqisinin atası” Komitas tərəfindən ümumilikdə üç mindən çox mahnı lentə alınmışdı. Komitasın Azərbaycan xalq musiqisinin oğurluqlarından ibarət olan bu etnoqrafik toplusu S.Melikyan tərəfindən şərhlərlə nəşr edildi.
“Özününküləşdirilən əsərlər arasında “Es kes tesa” adı altında “Sarı gəlin” mahnısı da olub. Bu mahnının dəfələrlə oğurlanması hallarına bu günə kimi də rast gəlirik. 1970-ci ildə “SSRİ xalqlarının musiqi tarixi” I cildində qeyd olunduğu kimi, bu kompilyasiya K.Zaxaryan tərəfindən erməni mahnısı kimi verilib”, - deyə Kamran İmanov bildirib. Agentlik sədri bildirib ki, XIX əsrin sonlarında nəşr olunan kitablarda “Uzundərə”, “Ceyranı”, “Şalaxo” Azərbaycan folklor rəqsləri erməni nümunələri elan edilib, 1959-cu ildə buraxılmış “Musiqili ensiklopedik lüğət”də isə “həm də Azərbaycanda geniş yayılmış erməni solo rəqsləri” kimi təqdim edilib.
“A.Babacanyanın “Vaqarşapat rəqsi”nin plagiat kökləri dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasına gedib çıxır.
Lakin ötən əsrin 80-ci illərində Mərkəzi Radio və Televiziyanın proqramlarından birində Babacanyan həyasızcasına bəyan etdi ki, o, Üzeyir bəyin başqa bir gözəl operettasının köklərini guya Qarabağın hansısa erməni kəndlərində oxunan melodiyalarda tapıb. Bununla o, dolayısı ilə dahi Azərbaycan bəstəkarını plagiatda ittiham etməyə çalışıb”, - Kamran İmanov qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!