17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
Tarix : 3-10-2024, 15:21
SURAXANI RAYONUNDA “KƏLAĞAYI FESTİVALI” KEÇİRİLİB


SURAXANI RAYONUNDA “KƏLAĞAYI FESTİVALI” KEÇİRİLİB

24 sentyabr, 2024-cü ildə Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyi”nin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsindəki Hövsan parkında Ictimai Birliyin “Sazlı, sözlu Kəlağayı Günləri” layihəsi çərçivəsində “Kəlağayı Festivalı” keçirilib. Yerli sakinlərin və qonaqların böyük marağı və aktivliyi şəraitində keçən möhtəşəm tədbiri Suraxanı Rayon İcra Hakimiyyətinin İctiai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva açaraq sözü Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və şəxsi “Kəlağayı Muzeyi”nin direktoru şair, publisist Güllü Eldar Tomarlıya verdi. Güllü Eldar Tomarlı festival iştirakçılarını salamladı. Qarabağ müharibəsində Vətən, torpaq, el yolunda canlarını fəda edən şəhidlərin ruhu ehtiramla yad edildi, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Güllü Eldar Tomarlı xalqımızın milli dəyəri kəlağayının mənəvi dünyamızdakı yerindən, Azərbaycan xanımlarının başının tacı, abır-həya, namus, ismət, yaraşıq və gözəllik rəmzi olmasından, onun tanıdılmasında, təqdimi və təbliğində İctimai Birliyin, “Kəlağayı Muzeyi”nin gördüyü işlərdən söhbət açdı. Qeyd etdi ki, kəlağayı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il əlamətdar hadisənin 10 illiyidir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və şəxsi “Kəlağayı Muzeyi” bununla əlaqədar Azərbaycanın bölgələrində müxtəlif tədbirlər - şəhidlərin anım günləri, ali və orta məktəblərdə görüşlər, ölkəmizdə ilkə imza ataraq Xətai rayonunda və Şuşada “Kəlağayı Festivalı” keçirilib. Bu gün də Suraxanı rayonunda bu möhtəşəm tədbir baş tutdu.

Festivalın bədii hissəsindən əvvəl sərgi təşkil olundu. Sərgidə Şəkidəki, İsmayıllıdakı kəlağayı ustalarının milli atributlarımızı təbliğ edən kəlağayıları, unikal portret kəlağayılar, mənəvi dəyərlərimizi, kəlağayıları vəsf edən kitablar, Güllü Eldar Tomarlının “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfələri - toxuma əl işləri, quramalar nümayiş olundu. Xalqımızın adət-ənənələrini, məşğuliyyətini, sənətkarlığını, dünyagörüşünü özündə yaşadan müxtəlif qədim məişət əşyaları tədbir iştirakçılarının marağına səbəb oldu.
Fesivalda şairlərdən -- Brilyant Atəş, Zərifə Sufi Mikayıkzadə, Könül İbrahimsoy, yazıçı, araşdırmaçı Vaqif Osmanlı, 327 saylı məktəbin direktoru Könül Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, türkoloq Aytən Qurbanova, biologiya üzrə elmlər doktoru Tubu Qasımzadə və başqaları çıxış edərək kəlağayının müxtəlif xüsusiyyətlərindən, min illərdir milli dünyamızı özündə yaşatmasından, ornament və naxışların ötürdüyü informasiyadan, milli mənəviyyata, geyimə, əxlaqa gənclərimizin laqeydliyindən söz açdılar. Belə tədbirlərin gənclərin tərbiyəsində müsbət rolunu önə çəkdilər.
Festival boyu milli musiqimizin, poeziyamızın, aşıq yaradıcılığının nümunələrini seyrçilərə uğurla təqdim edən Əməkdar Mədəniyyət işçisi aşıq və müğənni Solmaz Kosayeva, gnc müğənni, bəstəkar Arif Mehmandost, aşıqlardan Gözəl Kəlbəcərli, Şaiq İncəli, Rəvanə Lerikıi, muğam üçlüyü və başqalarının ifaları sürəkli alqışlarla qarşılandı.

Belə tədbirlərin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.
Sonda Güllü Eldar Tomarlı kəlağayının UNESCO-nun Qeyri-maddi Mənəvi İrs Siyahısına daxil edilməsinin 10 illiyi ilə əlaqədar “Sazlı, Sözlü Kəlağayı Günləri”nin ilboyu davam edəcəyini vurğuladı. Tədbirə dəstək olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə əməkdaşlarına, dövlət qurumlarına təşəkkürünü bildirdi.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!