“Çalxanqalaya köç” .....                        Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı .....                        Aktyor və arvadının ölümü ilə bağlı cinayət işi açıldı .....                        Saakaşvili ermənilərə çağırış etdi .....                        Milli Məclis Avropa Parlamentinə etiraz etdi .....                        578 milyon manatlıq qaçaqmalçılıq: həbs edilənlər var .....                        Fransa Livana 100 milyon avro ayıracaq .....                        Əliyevlə Paşinyandan nazirlərə sülhlə bağlı tapşırıq .....                        Blinken terror aktını pislədi .....                       
Tarix : 29-06-2024, 11:50
Şuşada ''İlk Kəlağayı Festivalı'' keçirildi.


Şuşada ''İlk Kəlağayı Festivalı'' keçirildi.

Festival "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində çox möhtəşəm keçdi. Şuşa sakinləri qarşısında çıxış etmək, konsert vermək həm böyük sevinc, həm böyük məsuliyət, həm də qürurverici idi .
"Sazlı, sözlü kəlağayı günləri " layihəsi
çərçivəsində 200 qədimi kəlağayının sərgisi, Güllü Eldar Tomarlının əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, '' Anam kəlağaydı, kəlağay anam''
kitabı təqdim olundu və Şuşa sakinləri tərəfindən maraqla, sevgiylə qarşılandı.
Festivalı giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı qeyd etdi ki, kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdi və beynəlxalq səviyyədə tanıdılmışdı..Bu il həmin əlamətdar tarixin 10 illiyi münasibəti ilə Azərbaycanın bölgələrində, Naxçıvan MR-da, elm və təhsil ocaqlarında kəlağayıya aid festivallar, tədbirlər, sərgilər keçirilir və qədirbilən xalqımız tərəfindən sevgilərlə qarşılanır.

Bu gün ''Kəlağayı Festivalı'' işğaldan azad olunmuş Şuşada baş tutdu.
Vətənimizin bütövlüyü, azadlığı, severinliyi uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıldı. Azərbaycan himni səsləndirildi.
Sonra söz Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğluna verildi. O, son vaxtlar kəlağayımızın istifadəsinin kəlağayı istehsalına təsir etdiyini, kəlağayımızın təbliğinin nəticəsinin göründüyünü qeyd etdi.
Festivalda Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgər, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Mussyeva, Texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov,
arsşdırmaçı, tarixçi, yazıçı Vaqif Osmanlı, şəhid bacısı Lalə İsmayıl, Naxçıvan MR, Culfa rayon, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şairlər, aşıqlardan Əməkdar Mədəniyyət işçisi, Solmaz Kosayeva, Gözəl Kəlbəcərli, Rəvanə Lerikli çıxış etdilər.
Tədbirdə şəhid ailələri, Türkiyədən olan qonaqlar, türkiyəli elm adamı Murad Uzun və Şuşa sakinləri də çıxış etdilər.
Güllü Eldar Tomarlı bu festivala mənəvi dəstək olduğuna görə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimova, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzova və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
Sonda birliyimizin tərənnümü olaraq ''Yallı rəqsi'' oldu. Şuşa sakinləri ilə bu anlar çox möhtəşəm idi. Allah bir də qismət eləsin. Şəhidlırimizin ruhu şad olsun.

Festival iştirakçıları xatirə şəkili çəkdirdilər.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!