Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
28-07-2022, 07:37
Təbrizdə tarixi əsər baxımsız qalıb

Təbrizdə tarixi əsər baxımsız qalıb

Güney Azərbaycanda tarixi tikililərə qarşı laqeydlik davam edir.
"Azərəncümən" xəbər saytının yazdığına görə, Təbrizin tarixi "Nobər" hamamı dağılmaq üzrədir. Məlumata görə, Qacarlar dövründə tikilən və 150 il yaşı olan hamam Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin məsullarının laqeydliyi üzündən dağılır. Hamam Təbriz bələdiyyəsinin balansındadır. Buna baxmayaraq, onun malikiyyət hüququ Mədəni İrs Təşkilatına aiddir. İki qurum arasındakı ixtilaflar tarixi əsərin baxımsız qalmasına səbəb olub.
25-07-2022, 20:04
“Titanik”in məşhur aktyoru vəfat edib


“Titanik”in məşhur aktyoru vəfat edib

Britaniyalı məşhur aktyor Devid Uorner 80 yaşında vəfat edib. “BBC” xəbər verir ki, aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib. O, “Titanik” filmində, “Doctor Who”, “Tvin Piks”, “Qorxulu nağıllar” və digər məşhur seriallarda rol alıb. Sonuncu dəfə 2018-ci ildə “Meri Poppins geri qayıdır” filminə çəkilib.
24-07-2022, 17:59
Şuşada daha hansı tədbirlər keçiriləcək?


Şuşada daha hansı tədbirlər keçiriləcək?

2022-ci ilin əvvəlindən etibarən mədəniyyət paytaxtı Şuşa şəhərində “Şuşa ili” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Lakin müvafiq tədbirlər planına uyğun olaraq, hələ bir çox layihələr həyata keçirilməmiş qalır. Butov.az Nazirlər Kabineti tərəfindən təsdiq edilən tədbirlər planına daxil edilmiş, bundan sonra həyata keçiriləcək layihələri təqdim edir:
- “Şuşa-2022” beynəlxalq incəsənət festivalı
- “Şuşa yaradıcılıq emalatxanası” layihəsi
- “Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin və qaliblərin Qala-konserti
- Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş silsilə tədbirlər
- “Şuşa İli”nə həsr olunmuş çövkən oyunu üzrə turnir
- “Wonderland-Azerbaijan 2022” beynəlxalq skaut düşərgəsi
- Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş şahmat turniri
- “İşıq festivalı. Şuşa” adlı audiovizual layihə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Youth Art Camp Shusha” adlı beynəlxalq layihənin təşkili
- Şuşa ətrafında “Yaşıl Qurşaq” yaratmaq məqsədilə ağacəkmə aksiyalarının təşkili və meşə bərpa işlərinin aparılması
24-07-2022, 17:39
Azərbaycan beynəlxalq festivalda təmsil olundu


Azərbaycan beynəlxalq festivalda təmsil olundu

Türkiyənin Malatya vilayətində keçirilən 25-ci Beynəlxalq Ərik Festivalında Azərbaycan da təmsil olunub. Tədbirdə Azərbaycan tərəfdən Türkiyədə fəaliyyət göstərən həmvətənimiz jurnalist Səidə Ömər çıxış edib. Bununla bağlı müsahibə verən Səidə Ömər festivala Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən dəvət olunduğunu qeyd edib. Uzun illərdir qardaş ölkədə Vətənimizi təmsil etdiyi üçün qürur hissi keçirdiyini deyən həmvətənimiz bildirib. “Festival çox möhtəşəm təşkil edilmişdi. Tədbirin ilk günü TÜRKSOY-un Baş katibi Sultan Rayevin rəhbərliyi ilə Malatya valisi Hulusi Şahinlə görüşdük. Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr də iştirak edirdilər. Çox gözəl qarşılandıq və Hulusi Şahinə Bakını əks etdirən suvenir hədiyyə etdim. O, bu hədiyyəni çox böyük məmnuniyyətlə qəbul etdi. Görüş zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə yazdığı qəhrəmanlıq dastanı haqqında söhbət etdik. Bu Zəfərin bütün türk dünyasının Qələbəsi olduğu bir daha vurğulandı”. Festivalda həmyerlimizin “Sarı gəlin” rəqs kompozisiyası ilə çıxışı böyük rəğbətlə qarşılanıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Malatya Valiliyi və Böyükşəhər Bələdiyyəsi tərəfindən birgə təşkil olunan festival beş gün davam edib.
23-07-2022, 19:17
Məşhur türk yazıçı vəfat etdi


Məşhur türk yazıçı vəfat etdi

Türkiyənin məşhur yazıçısı Rasim Özdənörən 82 yaşında vəfat edib. Butov.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 1940-cı ildə Kahramanmaraş bölgəsində anadan olan yazıçı Ankara Universiteti Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişib. 30-a yaxın kitabın müəllifi olan Özdənörənin “Kirli şüşələr” adlı kitabı Azərbaycanda da nəşr olunub.
30-06-2022, 19:18
Jurnalistika "ikinci qədim peşə" olmamalıdır

Jurnalistika "ikinci qədim peşə" olmamalıdır
Azərbaycanın televiziya məkanı da ciddi islahatlar, mənəvi -əxlaqi təmizləmə tələb edir. Səviyyəsizlik, tərbiyəsizlik baş alıb gedir. Vaxtilə jurnalistika fakültəsində dəyərli müəllimlərimiz, ustad redaktorlarımız bizə təlqin edirdilər ki, müxbir, aparıcı sıravi vətəndaş deyil. O nəinki özünün yüksək səviyyəsini qorumalı, üstəlik oxucunu, tamaşaçını öz səviyyəsinə qaldırmalıdır. Jurnalist həm maarifçi, həm də ictimai rəyi formalaşdıran ideoloqur. Bu gün Azərbaycan mətbuatında bazar münasibətləri, səviyyəsizlik hökm sürür. Sözün həqiqi mənasında hər yoldan ötən tamaşaçını, oxucunu öz düşük səviyyəsinə endirməyə çalışır. Bu bazarda əsas alqı-satqı obyekti isə jurnalistdir. Azərbaycanda bir neçə kanal istisna olunmaqla qalanları qaraguruh, primitiv təfəkkürlü istehlakçı yetişdirməklə, bunu qazanc mənbəyinə çevirməklə məşğuldur. Məgər, Zaur Kamal təkdir? Qəzetlərdə, tele-radio kanallarında jurnalistikadan, peşə etikasından, əxlaqdan kənar onlarca dələduz var. Məgər bilmirsiniz ki, onların əsas fəaliyyəti özləri kimi səviyyəsiz "sənətçiləri", ara həkimlərini reklam etməklə kanal rəhbərliyinə pul qazandırmaqdır. Deməyin ki, jurnalist təşkilatları bundan xəbərsizdirlər. Sadəcə olaraq, dişsizdirlər.
İndi şərait dəyişib, Azərbaycan mətbuatına süpürgə çəkmək, jurnalistikanın nüfuzunu, ləyaqətini özünə qaytarmaq vaxtıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!